“Kürdüstan dövləri” məsələsi gərginləşir Natiq Cəfərlinin Fb statusu və 3 il öncə yazdığı şərh


Tanınmış iqtisadçı Natiq Cəfərli dünən Fecebook səhifəsində kürdlərin dünən keçirtdiyi referendiumla bağlı aşağıdakı şərhi paylaşıb.

“Kürdüstan dövləri” məsələsi gərginləşir  Natiq Cəfərlinin Fb statusu və 3 il öncə yazdığı şərh



1) İraq parlamenti bir az öncə qərar verdi ki, Kərkükün neft yataqları mərkəzi hökumətə keçməlidir, bunun üçün hətta ora qoşun da yeritməyə hazırdır,

2) Ərdoğan bəyan etdi ki, "Kürdüstan" bölgəsindən Ceyhan limanına gələn neft boru kəmərini qapatacaqlar, bu boru gündə 600 min barel neft daşıyır,

3) Türkiyə və İran Şimali İraqda birgə hərbi əməliyyat keçirmək haqqında müzakirələr aparırlar. Qəribə durum yaranıb - Suriyada əks cəbhələrdə olan iki ölkə, bu məsələdə birgə hərəkət edirlər. Deməli siyasətdə daimi dostlar yoxur, daimi maraqlar var,

4) Dünyada 20-ci əsrdə xətkeşlə çəkilən sərhədlərin, 21-ci əsrdə dronlarla yenidən çəkilməsi prosesi gedir,

5) Barzani ciddi dəstək almasa heç vaxt referenduma getməzdi. İsrail də, ABŞ-da, Rusiya da "Kürdüstanın" yaranmasında maraqlıdırlar, yaradacaqlar da və bu bölgədə ciddi "sancılar" doğuracaq,

6) Növbəti addım Suriyanın "kürd kontonlarında" referendum keçirilməsi olacaq,

7) "Kürdüstanın" tanınması dənizə çıxışı baş verən zaman sürətlənəcək, çıxış ya Suriyadan, ya Türkiyədən ola bilər. Dənizə çıxışı olmayan "Kürdüstan" həmişə qonşulardan asılı olacaq, "layihənin" başbilənləri bunu istəmir,

8) Hər hansı bir xalqın müstəqil dövlət qurmaq arzusu təbii istəkdir, amma bu xalqın deyil də, "layihə" rəhbərlərinin istəyi ilə baş verəndə müstəqil yox, marionet dövlət qurulmuş olur,

9) "Kürdüstan", bu ideya yiyələrinə bölgədə dünyəvi, müsəlman, sosial-demokrat bir örnək ölkə modeli üçün, əsas da Türkiyə və İrana ciddi təzyiq bölgəsi yaratmaq üçün lazımdır. Neft amili də var, amma bu qısa vadəli qazancdır, orta və uzun vadədə əsas hədəfləri yuxarıda qeyd etdiyim məsələlərdir,

10) Bu hadisələr bütün bölgəyə, o cümlədən də Azərbaycana təsir edəcək, ölkəni bəzi çox çətin seçim qarşısında qoyacaq. Amma bizim buna nə hazırlığımız var, nə də strategiamız.


Bu hadisələrin ilk təsiri neftin dəyərinə oldu - qiymət 58 dollara qədər qalxdı. Təbii ki, iqtisadi və orqanik səbəblər olmadan, siyasi gərginlik hesabına qalxan qiymətlər düşəcək, amma hələ ki, bu gərginlikdən qazanan neft ölkələridir..

Natiq Cəfərli 3 il öncə, 1 iyul 2014-cü ildə isə bu məsələ ilə bağlı aşağıdakı məqaləni paylaşmışdı.

“Yaxın Şərqdə “Kürdüstan dövləti”nin yaranması tezləşir”

"Kürd probleminin aktivləşməsi, "Kürdüstan dövləti"nin yaranma

perspektivləri haqda məsələlər vaxtaşırı olaraq gündəmə gəlir" - İsrailin Baş naziri Binyamin Netanyahunun "Kürdüstan dövləti"nin yaradılması barədə fikirlərini şərh edib "Real" Hərəkatının icraçı-katibi Natiq Cəfərli belə deyib. N.Cəfərli qeyd edib ki, İŞİD-in İraq ərazisində geniş formada aktivləşməsi və etnik ərəb kökənli "Sünni-İslam dövləti"nin yaradılması haqda bəyanatlar verməsi kürdləri aktivləşdirib. "Real" rəsmisi vurğulayıb ki, kürdlər

özlərini müdafiə etmək adı altında müstəqil dövlətlərinin yaradılacağı barədə fikirlər səsləndirirlər: "Bəzi beynəlxalq təşkilat və dövlətlər də kürdlərin bu arqumentlərilə razılaşmağa başlayıblar. İraqın ərazi bütövlüyü artıq formal xarakter daşıyır. Çox güman ki, İraq yaxın gələcəkdə konfederativ dövlətə çevriləcək. Sünni, şiə və kürd olmaqla 3 yerə parçalanmış İraqın şahidi olacağıq. İraq parçalanacaqsa, bu "Kürdüstan"ın yaradılması

üçün ilkin addım olacaq. İraqın Şimalı ilə yanaşı Suriyanın şimalındakı kürdlər də 3 bölgədə yerli özünüidarəetməni ələ alıblar. Perspektivlər onu göstərir ki, yaxın gələcəkdə "Kürdüstan"ın yaradılması reallaşa bilər. Region dövlətləri hazır olmalı və buna qarşı strategiya hazırlamalıdırlar. Türkiyə hələlik məsələ ilə əlaqədar tədbirlər planı hazırlamayıb. Artıq kürd məsələsi regional, bəlkə də beynəlxalq problemə çevrilir. Regional

qüvvələrin iştirakı olmadan bu problemin həlli mümkünsüz olacaq. Natiq Cəfərli İsrailin"Kürdüstan"nın yaranmasında maraqlı olmasını 2 səbəblə əlaqələndirir. Onun birinci iddiasına əsasən, İran və Türkiyənin qonşuluğunda "Kürdüstan" kimi dövlətin yaradılması İsrailin strateji hədəflərilə üst-üstə düşür: "İsrailin Türkiyə ilə əlaqələri soyuqdur, İranla əbədi düşmənçiliyi var. Belə bir təşəbbüsün reallaşması isə

əlaqələri normallaşdıra bilər. "Kürd kartı"ndan bunun üçün istifadə etməyə çalışacaq. İkincisi, "Kürdüstan"böyük enerji ehtiyatlarına sahibdir. İsrail bu ehtiyatların işlənməsi və kürd neftinin Yaxın Şərqdən dünya bazarına çıxarılmasında da maraqlıdır. Ən azından enerji təhlükəsizliyinin təmin olunması, şirkətlərinin kürd nefti üzərindən Avropa ilə biznes əlaqələri qurması baxımından əhəmiyyətli ola bilər. Hesab edirəm ki, yəhudi lobbisinin fəaliyyəti

nəticəsində yaxın gələcəkdə "Kürdüstan dövləti"nin yaradılmasında xüsusi rol oynayacaq. İsrail bu istqamətdə səylərini artırsa, "Kürdüstan"nın yaradılması daha da tezləşəcək".
R4suloffR4suloff

OXUNMA SAYI :283

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff