Çəpərüstü söhbət 20 aprel 2010||--||


Çəpərüstü söhbət 20 aprel 2010||--||

1131 dəfə oxunub




- Qıza, deyirəm ki, dünyada çörək qazanmağın nə qədər yolu var imiş. Bəzisi çörək pulu üçün Rusiyanın və başqa uzaq ölkələrin bazarlarını məskən seçir, bəzisi isə oturan yerdə xeyli irəli düşür.

-Axı, necəye, necə?

-Bir az səbrin olsun, xırdalayacağam. İnsan alveri bilirsən də, nə deməkdir?



- Elə məndə də bu barədə xeyli xəbər var. Hətta belə işbazlar arasında bələdiyyə üzvlərinin, bəzi üzdəniraq müxbirlərin də adı çəkilir. İntəhası həmin aldanmış qızları pis vəziyyətdə qoymamaq üçün belələrinin adnı çəkmirəm.

- Düz eləyirsən. Bunları da ona görə danışıb aləmə yayıram ki, heç olmasa digər qızlar beləsinin toruna düşməsin.

- Yaxşı, keçək bir az böyük məsələlərə. 3-4 ay əvvəl bəh-bəhlə bələdiyyə seçkiləri keçirtdilər. İndi bunlar nə işlə məşğuldur?

- Çoxu kabab iyinə gəlmişdi, gördü eşşək dağlayırlar. Hətta bəzi bələdiyyə sədrləri öz qiymətinə, yəni verdiyi pula vəzifəsini satmaq istəyir. Amma bu işdə qazanan da yox deyil. Elə gözümüzün qabağındakı şəhər bələdiyyəsinə nəzər sal  işi-gücü Viləş çayının Olimpiya Kompleksinin arxasından keçən hissəsində qum çıxardıb satmaqdır. Təsəvvür et ki, hər qum maşını aşağısı 50 manata, gündə də 50-60 maşın. Bunu da aya, ilə vuranda gör neçə manat edir. Yəni, təkcə bu qum satmaqla bələdiyyə sədrliyinə qoyulan mayanı şəhərdə 5-6 aya çıxartmaq olar. İndi əbəs yerə şəhər bələdiyyəsinə qum bələdiyyəsi demirlər ki.

- Deyirəm, onlar bu qədər ki, daş-qum satır, olmaz ki, həmin qumdan 5-10 maşın da əyləşdikləri binanın 5-10 metrliyində olan xaraba yola töksünlər?

- Bilirsən, bacı qurban, bu daş-qumun pulunu böləndə o idarədə çox qarışıqlıq olur. Gah müavini qovurlar, gah bir-birinə atırlar, ona görə belə şeylər yada düşmür.

- Bu söhbətə yaxın vaxtlarda yenidən qayıdarıq. İndi isə səndən bir xahişim var. Qonşu rayonların birində dostumun qardaşını səhiyyə başqanı təyin etmək istəyirlər. O da məndən xahiş edib ki, bu vəzifəyə maya qoymağa dəyər, ya yox. Yəni bu vəzifədə hansı işdən, nə qədər pul qazanmaq olar?

- Daha dostuq, xahiş edirsən, deyim də. Bacı qurban, burada konkret tas var, yəni hər cərrahiyyə əməliyyatından 20 manat baş həkimindir, ayda təxminən 70-ə yaxın cərrahiyyə əməliyyatı olur ki, bu da təxminən ayda 1500 manat edir.

- Bəs deyirlər ki, baş həkim xəstəxanada dünyaya gələn hər uşağa görə hamıdan çox sevinir, bunun səbəbi nədir?

- Səbəb odur ki, hər doğulan uşağa görə analardan alınan 150-200 manatın 40 manatı baş həkimindir. Doğuşların ayda 70-80 olduğunu nəzərə alsaq bu da edir 3000 manat.

- Siyahının qalanın indi deyərsən, amma bir məqama toxunmaq istəyirəm. Necə olur ki, hər uşağa görə dövlətimiz anaya 3-4 ay xeyli kağız-kuğuz toplatdırandan sonra 75 manat verir, amma xəstəxanada həmin dünyaya uşaq gətirən anadan göbəyi kəsilməmiş 150-200 manat alırlar. (Hələ qayçı kəsmir, qayçı kəsmir deyə-deyə 2 manatlıq qayçıya görə alınan 10 manat göbəkkəsdini demirəm).

- İndi qayda belə qoyulub da - qarnı yırtılan kim, qarın yırtan kim, pul qazanan kim. İndi isə digər qiymətləri deyim. Saxta hərbi bilet almaq üçün burada yalandan adı yazılan, lakin özü kefdə-damaqda olan yalançı xəstənin hər birindən təxminən 150-200 manat baş həkimindir. Belələri da hər rübdə təxminən 100 nəfərdən çox olur. Bundan əlavə baş həkimin qazancına daxildir - hər şöbə müdirinin aylıq haqqı, sənədlə şöbələrə verilən, faktiki pulu baş həkim tərəfindən yeyilən dərmanların haqq-hesabı, nə bilim kadr işindən, ərzaqdan, təmirdən, VTEK-dən, baş həkimin şəxsi aptekindən və sairdən gələn pullar. Ən etibarlı maliyyəçilərin hesabladığına görə baş həkim böyüklərin payın verəndən sonra ayda azı 10-12 min manat qazanır?

- O ki bu qədər qazanır bəs nə əcəb qazancı 3-4 mindən o yana keçməyən Cəlilabad Diaqnostika Mərkəzinə rəhbər getmək üçün dəridən-qabıqdan çıxırdı?

- Ehtimal edilən odur ki, baş həkimin indiki yerində nəsə çox zibil bir əməli var, ona görə yarı ziyan da olsa aradan çıxmağa çalışır. Cəlilabad Diaqnostika Mərkəzinə isə başqa həkimi təyin etdilər. 

R4suloffR4suloff

OXUNMA SAYI :1029

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az