Çəpərüstü söhbət 10 avqust 2010||--||


Çəpərüstü söhbət 10 avqust 2010||--||

Çəpərüstü söhbət 10 avqust 2010




- Sübutların var?

- Sübuta nə gəlib. Məşhur çörəksatanlardan biri, hansı ki bir neçə mağazası var, günü də ölüsü 1000-1500 manata düşür. Hə, bu seyid bir südsatan arvada 1000 manatdan yuxarı borcludur. Yazıq arvad, onu görəndə adamı ağlamaq tutur, 2 ildir, həmin seyid biznesmenin dalınca sürünür, ancaq pulunu ala bilmir.

- Buna oxşar bir əhvalat da mən eşitmişəm. Belə ki, başqa bir seyid direktor aboy-rəng alır nisyə, kitab sifariş verir, nisyə, ət alır nisyə... guya pul yoxdur. Amma attestat satanda nisyə qalanların az qalır gözün deşə.

- Yaxşı ki, vicdanı, ləyaqəti nisyə vermirlər. Bunlardan da xeyli alıb...

- Eh, sən də gör nələrin fikir edirsən. Allah bizim milləti yaradıb gündüz ya idarədə, ya da bazarda alver etsin, axşam tərəfi yasa getsin, axşamlar da toya. Başqa heç nə veclərinə deyil. Necə deyərlər CİP-li kişilərin sayı artandan cəsarətli kişilərin sayı azalıb. Bir rayonun ki, 4 minə yaxın pedaqoquna ala-bula çöngələrin alverçisi rəhbərlik edə, onun da müdiri trasın ortasında söyülüb və bu söyüşləri yeyən ola, qalan işlər elə belə də olmalıdır. Qaldı ki, adlarını yalandan nisyə dəftərlərinə yazdıranlara, istəyirəm bir az da dəqiqləşdirmə aparandan sonra, XXI əsrin üzəduranları kimi onların da siyahısını çap edəm, xalqımız özünün varlı dilənçiləri ilə şəxsən tanış olsun.

- Bu söhbətlər öz yerində. Sənə xəbər verim bir oxucumuzun rayonun polis rəisinə təşəkkür və təklifindən. Adını açıqlamayan çox cəsarətli oxucularımızdan biri yazır: �Hörmətli rəis! Siz Masallıya yeni polis rəisi təyin olunandan sonra 10-a yaxın özündən deyən zabiti işdən çıxartdınız. Onların bir-ikisi �ay belə yazacam�, �ay belə haray-həşir salacam�, �Bir-iki həftə səbr edin, rəisin bəzi əməllərini belə faş edəcəyəm� desələr də, sonra hamısı quzu balası kimi susdu. Belə qorxaqları oradan uzaqlaşdırdığınıza görə çox sağ olun. Onlar öz hüquqlarını qoruya bilmədi, bizim hüquqlarımızı necə qoruyurmuşlar�

- Təşəkkürü bildik, bəs həmin şəxsin təklifi nədir?

- Oxucumuz yeni rəisin kirayə qaldığı evə gedən küçənin asfaltlanmasından vəcdə gələrək yeni rəisdən xahiş edir ki, kirayə qaldığı evləri tez-tez dəyişsin ki, bəlkə həmin küçələr də asfalt ola.

- Oxucularımızdan başqa birisi yazır ki, bir ərazi nümayəndəsi var idi, bütün qoyunlarını satıb, icra hakimiyyətində təlimatçı işləmək istəyirdi, o işin axırı nə oldu?

- Sığdaşda yaşayan müxbirimiz bildirdiyinə görə, həmin məsələ dilə-dişə düşdüyü üçün həmin vaxt bu vəzifə alveri alınmayıb. İndi həmin şəxs nəinki qoyunları, keçiləri də satıb bu məsələni reallaşdırmaq istəyir.

- Allah xeyirlərini versin. Belə getsə ölkəmizdə heyvandarlıq xeyli inkişaf edəcək � inək alverçisi ziyalılar oylağında, qoyun otaran icra aparatında məsul vəzifə tutandan sonra yəqin ki, bu yurdda qoyunla qurdun bir yerdə otlaması sahəsində heç bir problem olmayacaq.

- Qoyunların qurd olmasına yenə bir təhər dözmək olur, yəni zaman gəlir yenə qoyunluğuna qayıdar, bu özünü �qurd� sayanların qoyun, çəpiş, tülkü cildinə girib kolluqlarda eşələnməyi, quyruq bulamağı məni yaman yandırır.

Sərraf Zahir 

R4suloffR4suloff

OXUNMA SAYI :1056

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az