Çəpərüstü söhbət 31 yanvar 2010||--||


Çəpərüstü söhbət 31 yanvar 2010||--||

- Nə olub? Bu klubları da bağlayıblar?

- Yox, qıza, elə iş eləməzlər, Lənkəran mədəni, inteligentlər olan yerdir. Sadəcə polislər gəlib onlara xəbərdarlıq edib ki, bu klubları gecə saat 12-dən sonra işlətməyin. Bu söz də klublardakıları əsəbiləşdirib və onlar da narazılıqla bildiriblər ki, belə-belə edirsiniz də, hamı bizi 12-yə qədər lətifəsi ilə lağa qoyur. Biri deyir ki, əqrəbin biri yoxdur, o biri deyir ki, buradan Amerikaya körpünün eni nə qədər olsun? Və sair.

- Amma düz eləyiblər bu klubların 12-dən sonra işləməsinə icazə verməyiblər, yoxsa cavanlar səhərə qədər burada avaralanardı.

- Düz eləyiblər e. İntəhası hamı üçün eləməyiblər. Deyilənə görə şəhərdəki bütün internet klublara gecə 12-yə qədər qadağa qoysalar da, burada məskunlaşan bir kiçik torpağın nümayəndəsinə günün 24 yox a, lap 25 saatını da internet klub işlətməsinə etiraz etməyiblər. O biri klubları da ona görə bağlayıblar ki, bu oğlanın bazarı xod getsin. Həmin bərkgedən klub da düz məhkəmənin qabağındadır. Çox hay-küy salana o binanı göstərib, barmaqlarını da həbsxana raşotkası kimi üst-üstə qoyub, deyirlər ki, deyəsən axşamlar evində gecələmək istəmirsən ha.

- Bəs həmin cavanlar bu məsələyə etiraz etmir? Şikayətə getmirlər?

- Niyə etmirlər. Gediblər rəhbər işdə çalışan yerli müdirlərin yanına. Onlar cavanların dərdini dinləyəndən sonra başını bulayıb bildiriblər ki, dazlar dərman bilsə, öz başına çəkər. Biz öz başımızı güclə saxlayırıq. Hətta biri deyib ki, ay bala, biz indi bilirsən nəyə sevinirik? Hər iclasda 3-4 nəfərimizin abrını bükürlər ətəyinə. Çölə çıxanda kim ki, həmin iclasda söyülməyib, digərləri onu təbrik edir, o da pirlərə nəzir-niyaz qoyur ki, şükür olsun, bu iclasdan salamat çıxdım! İndi gördün biz nəyə sevinirik?

- Bunlar da avara qalıb e. Guya 20-30 il əvvəl internet-filan yox idi, səhər açılmırdı. Amma o müdirlərin söyülməsi çox çətin məsələdir.

- Elə ona görədir də, hamımızın fəxri, rəhmətlik Həzi Aslanovun heykəldə üzü heç gülmür. Allah bilir, bu gün sağ olsa idi tankı hansı tərəfə sürərdi.

- Sən də hər şeyi şişirtmə. Bir az da yaxşı işlərdən danış. Hələ axşamlar şəhərə çıx, lap Parisə oxşayır. Çox tapmırsan, az ye. Palsüdün ayranından iç, get şəhərdəki teatra, (bütün biletlər satılsa da, zalın yarısı həmişə boş olur), oradan gəl idman kompleksinə, stadiona, dairəvi qalada kruq vur, köhnə xatirələr yadına düşsə hava limanından uç Moskvaya. Yoxsa, internet klub belə gəldi, müdirləri söymək belə getdi, kimsə icra başçısına yarınmaq üçün o gedən yolda üzərrik yandırdı... daha nə bilim nə.

- Neynim e, onların çörəyi elə-elə şeylərdən çıxır, mənim də çörəyim belə-belə şeylərdən. 

R4suloffR4suloff

OXUNMA SAYI :955

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az