Çəpərüstü söhbət 20 fevral 2010||--||


Çəpərüstü söhbət 20 fevral 2010||--||

- Donuz-filan müvəqqəti söhbətlərdir. Quş qripi gedir, donuz qripi gəlir, bu qrip gedəcək başqası gələcək. Ən dəhşətlisi bələdiyyə qripidir.

- O nə təhər qripdir, qıza?

- Bu gündən-günə şiddətlənən qripdir. 5-10 nəfəri çıxmaq şərti ilə harada super saxtakar, baş kəsən, adını düz yaza bilməyən... var idisə, gətirib təyin elədilər bələdiyyə üzvü.

- Təyin eləmədilər, seçdilər.

- İndi şəhər bələdiyyəsinin işindən bilinəcək ki, onları seçiblər, ya təyin ediblər. Oxucularımızdan biri bizə belə bir sual ünvanlayıb. Əgər şəhər bələdiyyəsi Köhnə bazardakı 100-ə yaxın qanunsuz tikilinin torpaq sənədini təsdiqləməsə, onları demək xalq seçib, təsdiqləsə, demək elə baş konservaçının verdiyi haqq-hesab düzdür.

- 80 min manat məsələsini deyirsən? Vallah, adamın heç inanmağı gəlmir.

- Niyə inanmırsan ki? O gün televizorda dedilər ki, bələdiyyələr 16 milyon manatdan artıq pul mənimsəyib. Belə 80 min manatlarla bəzi böyüklərin ağızlarını yumub, sonra xalq əmlakını zəli kimi sovurarlar da. Başçı ilə axırıncı görüşdə çıxış edənlərin adlarına baxdın da - 1-2 nəfərdən başqa, hamısı bələdiyyə üzvlüyünə və sədrliyinə saxtakarlıqla seçilməsi ilə tanınanlardır. Bir az səbir elə, gör bacın sənə nələri açıqlayacaq.

- Bir az da xalqın dərdindən danış da. Oduy e, qar yağanda Lerikin 12 kəndi işıqsız qaldı. Yenə nə qədər dirək aşdı.

- Qıza, bu söhbətlər daha qurtardı. Dünyada inkişafa görə analoqu olmayan Bakıda balaca yel əsən kimi işıqlar yanmırsa, metroda, nəşriyyatda belə işlər dayanırsa, nə Lerikbazlıqdır. Yaxşı ki, bu dağları bizim məmurlar inşa etməyib, yoxsa, balaca külək əsən kimi həmin dağları külək ya İrana aparmışdı, ya da İraqa.

- Lerik dedin yadıma oradakı təhsil şöbəsi düşdü. Deyilənə görə, orada təhsil şöbə müdiri zor-xoş vəzifəsindən gedib. Dostlarına açıqladığına görə, deyib ki, qardaş, nə yuxarının (yəni təhsil nazirliyinin), nə də aşağının (yəni icra hakimiyyətinin) paylarını çatdıra bilmirəm.

 

R4suloffR4suloff

OXUNMA SAYI :955

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az