11 yanvar 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


11 yanvar 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Qıza, gördün də nə oyun çıxartdılar? İnsandan və qəzetdən başqa hər şeyin qiymətini bahalaşdırdılar.
- Sən belə şeyləri başa düşməzsən. Bu olduqca müdrik siyasətdir.
Başqa sahədə olmasa da, bahalıqda artıq Avropaya çatırıq. Sən demə, bizdə benzinin qiyməti ABŞ-dakıdan da baha imiş. Belə ağıllı rəhbərlər bir-iki il də vəzifədə qalsa, avropalılar illərlə bizə çata bilməyəcək. Nə olsun ki, əmək haqqımız onlardan 20-30 dəfə aşağıdır. Nə olsun ki, bağçada uşaqlara hər gün 3 dəfə yemək üçün cəmi 10 qəpik pul ayrılır.
- Qıza, bunlararın nəyi müdrikdir? Görüm, o tarif şurası tarmar olsun. Görüm, onlar o təzə körpülərdən, o göydələnlərdən elə yıxılsın ki, heç təzə yeraltı keçidlərdən keçə bilməsinlər. İki gündən-bir bəd-bəd qərar çıxartmaqla məşğuldur. İndi biri deyir ki, ölkə başçısı burada yoxdur. Yoxsa, imkan verməzdi məmurlar belə namərdlik etsin. Başqa birisi isə məşhur kinolardan birində Kərbəlayının sözünü yada salır: “Mən sabah kəndə gedirəm. Siz o 2 nəfərin ... o söz. Yəni başını kəsərsizniz”.
- Yaxşı ki, hamı sənin kimi fikirləşmir. Rayonumuzun bir qrup ağsaqqalı, Novruzəlinin rəhbərliyi ilə 420 nəfərlik ziyalılar ordusu, bəzi bələdiyyə sədrləri, onlarla “əl”şairi, AYB üzvü bu müdrik, dahiyanə qərara görə neçə gündür şadyanalıq edir, təzə başçımızın kəsdirdiyi ağacların kötüyü üstə, köhnə bazarın xarabalıqları ətrafında, yenidən qurulan büstlərin qabağında saatlarla rəqs edir, təzə qərara görə dərin minnətdarlıq bildirirlər. Bax bu kağızları görürsən? Bunu da onlar göndərib ki, böyüklərə çatdırım.
Onlara nə var e, arı-namusu atıblar dallarına, toyda da, yasda da elə eyni zurnanı çalırlar. Bu müsibətin nəyinə minnətdarlıq edirlər ki?
- Sən onlar kimi uzaqgörən ola bilməzsən. Həmin şəxslər qərarı dərindən öyrənib və dərk etdilər ki, benzin bahalaşdığı üçün insanlar bundan sonra piyada gəzəcək və daha sağlam olacaq. Maşınlar yola az çıxacaq, tıxac problemi həll ediləcək. Benzinə görə bütün ərzaqlar bahalaşdığı üçün adamlar daha nə gəldi yeməyəcək və nəticədə dişləri korlanmayacaq, mədəsi, böyrəyi sıradan çıxmayacaq.
- Deyirəm axı ,bizim icra başçısı niyə elə gələn gündən piyadalar üçün səki düzəltməklə məşğul olurdu. O bilirmiş ki, piyada gəzənlərin sayı artacaq.
- Bəli, elədir. İsrafçılığa son qoymalıyıq. Niyə də yaxın keşmişdəki kimi eşşəklərdən istifadə etməyək? Həm ucuz, həm sözə baxan. Onsuz da ötən il dizel yanacağı bahalaşdığı üçün heç kim taxıl əkməyib, hər yer ot-ələfdir. Eşşəyi sahədə yemlə, düş yola, təkəri buraxan deyil, dinamosu korlanan deyil, QAİ-də saxlayıb, qanını qaraltmır. Təssəvvür et, Lerikin bəzi kəndlərindəki kimi 15-20 eşşək yan–yana, hərəsinin də üstündə bir bərkgedən, necə də ekzotik mənzərədir. Tarixə nəzər sal. Hansı “Mersedes” sürənin adl tarixdə yaşayır? Heç kimin. Amma Molla Nəsrəddin, Bəhlul Danəndə, Məmmədhəsən əmi ... gör eşşəyin üstühdə nələr yaratdılar. Maşln sürəndə fikirləşə bilmirsən. Gərək elə qabağa baxasan. Amma eşşəkdə tərsə də otura bilərsən. Min, get kayfa, eşşək səni catdıracaq mənzilə.
- Qıza, eşşəkdən bizə az dərs de, o qədər qalustuklu eşşək görmuşəm, özlərindən betər eşşəkləri neçə illərdir çiyinlərində daşıyırlar.
- Qıza, sən də məsələni siyasiləşdirmə.
- Nə siyasibazlıqdır. Siyasi qalıb? İndi başa düşdüm ki, 1 ay qabaq ANS-in, ”Azadlıq”-ın “Turan”-ın bağrını niyə çatdadırdılar.
- Boş-boş şeylərlə beynini xarab eləmə. Məşhur bir lətifədə deyildiyi kimi, müdrik hökumətimiz iqtisadi inkişaf naminə gündə birimizi asmaq istəsə belə, dar ağacındakı kəndirlərin pulunu büdcədənkənar fonda özümüz keçirdərik. Biz dözumlü və sülhsevər xalqıq. Nə qədər gec deyil, özünü ver Həcdən gələnlərin ehsan yerlərinə, sonrası qalıb Allaha.
Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :412

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff