11 oktyabr 2007–ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


11 oktyabr 2007–ci il  ÇƏPƏRÜSTÜ SÖHBƏT - Hələ səsləri çıxmır, ortada bu qədər zırıltı var. Danışmağa başlasalar, səhiyyədəki həngamələri yazmaq üçün bütün şprislər qələm, bütün tənziflər, bintlər kağız olsa, yenə çatmaz.
- Qıza, çəpər üstdə söhbət etməkdən ayağım ağrı tapıb.
- Canın ağrıyır, get xəstəxanaya. Onsuz bütün millət ordadır. Camaatın yarldan çıxu xəstədir. Sən də onlardan biri.
- Getməyinə gedərəm e. Amma bir az qorxuram.
- Nədən qorxursan, qıza? Aləm səndən qorxur.
- Vallah, demək də bir təhər çıxır... Deyirlər ki, orda adamı cırırlar.
- Nə danışırsan, qıza. De görək kim cırır, kimi cırır? Yəqin əməliyyat etmək üçün cırırlar da.
- Yox, ay bacı. Deyirlər ki, indiki baş həkim həmkarlardan biri ilə balaca dalaşıb. Yəni həkim də ona xatırladıb ki, VETEK–dən alırsan, hərbiyə niqodniden alırsan, ... mənim xırda-xuruş çak-çukuma mane olma. Baş həkim də buna dözümsüzlük göstərərək onlara mesaj göndərib ki, gəlib sizi cıraram. Hələ bununla ürəyi soyumayıb, deyilənə görə, “5 dəqiqəlik“də öyünüb ki, filankəsə filan cürə “xox” gəlib. Mənim qəhrəman və mübariz “gəmilərim” bünyanı fəth edir, bir bölgəni ram etməyə nə var ki.
- Qıza, hökumət elə bu yaxınlarda məmurların ədəb qaydası haqqında qanun qəbul eləyib. Nə əcəb baş həkim ədəb qaydaların belə kobud şəkildə pozub?
- Heç mənim də inanmağım gəlmir. Onu ədəbli oğlan kimi tanıyıram. İşdir də olub – ya pulun çox gələn vaxtına düşüb, qızışışıb, ya da kefli olub. Yoxsa belə ədəbsizlik edib, sonra da...
- Məni bir başa sal görüm, həkim həkimdir, bu baş həkim nə deməkdir?
- Baş həkim o deməkdir ki, nə qədər yesə, nəyi yesə, heç doymur. Məsələn, bu xəstəxana 200-300 xəstə üçündür. İndi orda çox olsa, 20-25 nəfər yatır. Sənəddə olur 120-125 nəfər. Hər xəstəyə hər gün pulsuz dərman, yemək verilməlidir. Adı olub özü olmayan 100-dən artıq xəstələrin dərman və yeməyini çölə atmayacaqlar ki? Onun pulun yeyirlər, halal xoşları olsun. İntəhası bunların iştəhası elə böyükdür ki, xəstəxanada yatan 5-10 nəfərə də qarın dolusu çörək vermirlər.
- Bəs deyirlər ki, axır vaxtlar bir az düzəlib.
- Haçan ki, xəbər yayılır “nazir gəlir”, bir az tərpəşirlər. Nazir getdi – hər şey bitdi.
- Qıza, ərzağın, dərmanın pulun hamı yeyər, yumşaq şeylərdir. Bizim baş həkimin sənətkarlığı ondadır ki, o, dəmiri də yeyə bilir. Bu günlərdə xəstəxananın bir neçə metal borusunu oğurlayıblar. Baş həkim bu məsələyə görə bir neçə işçini danlayandan sonra deyib ki, siz oğrudan da zəifsiniz? Məgər sizə boru lazım deyil? Bundan sonra həmin boruların sorağı çox qəribə yerlərdən, hətta bəzi böyüklərin villalarından gəlib.
-Hər divin canı bir “şüşədə” olur. Bəs bunun canı kimin “şüşəsindədir”?
-Bu nə başçıdan qırxur, nə də adamtutanlardan. Bunun bir qorxusu varsa, o da ordakı özəl cərrahdandır. Bu özəl cərrah bir dəfə baş həkimlə dava edəndən sonra başlayıb onun haqqında material toplamağa. Bir neçə nəfərdən izahat alıb ki, doğrudan da baş həkim filankəslərdən filan qədər rüşvət alıb, filan–filan bəd əməllər edib. Daha sonra aləmə faş edib ki, bu özəl cərrahın öz hesabına işlədiyi şobəyə döşətdirdiyi 100 kv metrdən artıq metlax baş həkim sənəddə əvvəl eləyib 600 kv. metr, sonra da elə sənədləşdirib ki, guya bunu baş həkim hökumət hesabına elətdirib. Sonra da ürəyi soyumayıb sənəddə həmin 600 kv.metr metlaxı guya təzədən “sokdürüb”, təzədən “döşətdirib”, pulunu da güzəştli xəstələrə verilən dərmanların pulu ilə “zakuska” edərək həzmi–rabedən keçirib. Ona görə bərkə duşən kimi, həmin özəl cərrah baş həkimə bir balaca göz ağardır “açaram a” qara “papqanı” – deyən kimi baş həkim atır 15-ə.
- Bir də deyirlər ki, bu baş həkim yaman millətçi adamdır. Özü də “türkün türkdən başqa dostu yoxdur “ məsələni çevirib edib ”talışın talışdan başqa dostu yoxdur”.
- Qıza, eşit inanma. Bütün müdirlərin puldan və.... başqa dostu yoxdur. Baş həkim millətçi olsaydı, beynəlmiləlçilik edib Rusiyada yaşayan adamının adını burada ştatda saxlayıb adına hər ay pul yazdırmazdı. Hələ seçkiləri yadına sal – o, professor, həmişə ona arxa olan talış balasını, ”kık” edən kimi bir xanımın ayağına niyə verdi?
- Mən də eşitmişəm. Deyir ki, bərkə duşən kimi gözünün giləsi ola, verir bada, vay o gündən, hələ sonra da şəninə tərif deyir. Bizim indiki təhsil şöbə müdiri var a. Ötən il toyda möhkəm vurub, keflənib, xəstələnəndə, onu gətirdilər xəstəxanaya. Bizim hörmətli baş həkimdən xahiş etdilər ki, cavan oğlandır, bir səhvdir edib, bu keflilik məsələsin qabartma. Kimə deyirsən? Baş həkim dərhal faktı qoyub başçının ovcuna. Zəmanə dəyişir. Həmin kefli oğlan olur onun kimi müdir. Bir neçə aydan sonra da başlayır yubileyin keçirməyə. Onu “baqaja” qoyan baş həkimi isə orda onun şəninə bir sağlıq deyir ki, hər iki hadisənin şahidi olanlar baş həkimin” gedişinə “mat–məəttəl qalırlar. Şura iclaslarında da kimi yıxmaq, vurmaq istəsələr, birinci baş həkimin “baqajnik“ xidmətindən istifadə edirlər.
- Deyirəm, ən bərkgedən ziyalılardan sayılan həkimlər nə əcəb belə şeylərə görə səslərini çəxartmırlar?
Hələ səsləri çıxmır ortada bu qədər zırıltı var. Danışmağa başlasalar, ordakı həngamələri yazmaq üçün bütün şprislər qələm, bütün tənziflər, bintlər kağız olsa, yenə çatmaz.
Zahir Əmənov


R4suloffR4suloff

OXUNMA SAYI :470

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff