29 iyul 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


29 iyul 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Elə dediyim kimidir. 17 yaşlı bibioğlu 12 yaşlı dayısı qızına “sevgi dərsi” keçib. Oğlan qızı qaçırdıb Bakıya. Qızın atası da qıza nəzarət edə bilmə-diyi üçün arvadı edən qovub. İndi kimi dindirsən, deyərlər ki, rəsmi müraciət olmayıb, belə şey yoxdur. Amma bu məsələni rayon mərkə-zində bilməyən də yoxdur. Digər min iş kimi bunu da ört-basdır edəcəklər, gedəcək arxivə.
- İndiyə qədər nəyi ört-basdır ediblər ki?
- Qıza, yüz işdən birini kitab-dəftərə vururlar. Gör qudurğanlıq hara çatıb ki, oğurluğu kitaba vurmamaq, qeydə almamaq bir yana, bəzən evi, dükanı oğulrlanandan pul tələb edirlər ki, bura gələndə benzin iş-lətmişik, kontur işlətmişik, onun pulunu ver. Ya da bu başdan bir-iki yüz-lük düş, işi ürəklə araşdıraq.
- Bu priyomlar köhnədir. Təzəlikdə elə abırsızlıq edirlər ki, adam quruyub qalır. Hansı sahibkardan pul qoparda bilimirlər, yalandan yol hərəkət qaydasını pozmaq adı ilə gətirirlər polisin həyətinə. Ondan sonra dərhal maşından ”o zəhrimardan” tapılır. “Çörək” hazır. Hələ bu harasıdır? Pis yola düşən cavan qızları öz əlaltılarına çevirmək, valideynlərini susdurmaq üçün bilirsən, onlara hansı fəndlər öyrədirlər? Deyirlər ki, de, atam mənə sataşırdı, qardaşım mənə sataşırdı, ona görə evdən qaçmışam. Onu müdafiə etmək istəyənlərin matı-qutu quruyur, otururlar yerində.
- Sənin ki, əlin hər yerə çatır, özünü namus “zaşitniki” kimi aparan dostların da var. Onlara de, bir əncam çəksin də .
- Qıza, sən bilmirsən ki, indi “dost”larımızın çoxu “pultla” işləyir. Quyruqları kimin əlindədirsə, həmin şəxs desə, filankəsə salam ver, verəcək, desə yox, lal olub, elə xıyı-xıyı onun-bunun əmək haqqını boğmaqda olacaq.
- Deyirəm, yəni elə gün gələcək ki, bəzi-bəzi adamlar etiraf edib deyəcək ki, mən doğrudan da, filan-filan işlərdə vicdansızlıq etmişəm, filan vaxtı belə alcaq iş tutmuşam.
- Sən yuxu danışırsan? Bizdə nə etiraf mədəniyyəti var , nə də etiraz mədəniyyəti! Kimi ki tənqid edirsən, daha çox həyasızlıq edir. Ömründə fikirləşmir ki, əşi, bəlkə, haqqına yazır, belə mədəniyyətsizlik, belə paxıllıq etməməli idim. Misal var e. Eşşəyə deyirlər ki, qabiliyyətini göstər, başlayır ağanamağa. Özü də belə şeyləri ancaq doğmalarına qarşı edirlər a. Kənarların qarşısında elə quzuya dönürlər ki, gəl görəsən.
- Bax, onları qoyaq bir tərəfə. Sən bu qədər dərd çalxalayırsan a. Onun sənin yaxınlarına bir köməyi olub, ya yox?
- Niyə olmaylb. Bax, müəllimlərin məzuniyyət pulundan, hər məktəb müəllimdən 20-25 manat çırpışdırıblar. Lakin bizim pis qələmə düşmsin deyə, çalışdığımız məktəbdən heç kimdən o pul tutulmayıb. Yəni 50 müəllim bizim hesabımıza ünümilikdə 500-700 manat düşdü irəli. İndi həmin müəllimə desən ki, həmin irəli düşdüyün puldan 1 manat qəzetə ver, uşaq kimi zırıldayar.
- Qıza, bu gün sən çox yaxçı sohbətlər elədin, istəyirəm səni mükafatlandıram. Deyirlər, poçtda yaxşı kino çəkirlər, adı da “İşdə məhəbbət macərası”. Baş rolada da elə o idarədə oturanlar çəkilib. İndi gedək həmin kinonun “jurnalına” baxaq, özünə isə sonra baxarıq.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :655

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az