10 iyul 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-10 iyul 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Bəlkə, əvvəlcə millətin təhsilini artıraq.
- Qıza, nə qoyub nə axtarırsan. Elə bizi bu günə qoyan təhsil deyil bəs. 16 ildir ki, əlifba dəyişib, amma hələ də orta və yaşlı nəsil qəzet oxuya bilmir. Təhsilin başına elə adamlar əyləşdirilər ki, adam onlara heç 2 qoyun etibar etməz. Harda oturuşun, danışığın bilmə-yən, aldığı nəfəs də saxta olan var, tapıb təhsilin böyüyü edirlər. Adamın belələrini vəzifəyə gətirənə baballığı gəlir.
- Fakdın var, belə danışırsan?
- Qıza, fakta nə gəlib. Görmədin, orta məktəblərin buraxılış imtahanlarında nə rüsvayçılıq oldu. Buraxılış siniflərinin hər şagirdindən 20 manatdan 50 manatadək yığıblar. Təkcə bir rayonda bu məqsədlə 56 min manat pul yığılıb, onun 14 min manatını veriblər yuxarıdan gələn çox hörmətli və vicdanlı böyüklərə. İndi də keçiblər attestat satışına. Abır bilmirlər, həya bilmirlər. Bir bazar açıblar ki, qoyun–keçi bazarı onun yanında abırlıdır. Hacısı da, seyidi də, medallısı da, əməkdar müəllimi də ... vicdanlarını qısa müddətə verib lombarda, şappaşap atestat satırlar. Başçıların da bir-ikisi bu dərdə dözməyib getdilər istirahətə.
- Bəs bunlar nə Allahdan, nə hökmətdən qorxmurlar?
- Bayaq dedim ki, hökumətin nümayəndəsinə nə qədər veriblər. Qaldı ki, yuxrarıdakına, qurban olduğumuza, qabaqdan orucluq gəlir. Olmasın bir attestatın pulu, bir-iki iftar acıb, ya ehsan-fason verib, sonra da həccə gedib başlayacaqlar Xudavəndi Aləmə ilandili çıxartmağa ki, bir qələtdir eləmişik. Tək bizlik deyil...
- Yəni bunlar belə abırsızlaşıblar?
- Abırsız olublar da sözdür. Yaltaq yaltağın qarasınca deyinir, qaloşun, maskanın yekəsi bu xasiyyətli adamları söyür. Guya həmin yarama-zın yekəsı bu özü deyil. Hansını deyim, hansını danışım. O qədər ucuz adamlarla oturub-durublar, lap cındıra dönüblər. Açıram televizoru, deyirlər ki, bir cavan oğlan özün bıçaqlayıb, polis də bunu görüb. Ay balam, bu oğlan dəlidir, nədir özüm bıçaqlaya. Maraqlandım, nələr eşitdim.
- De, biz də bilək.
- Deməlidir ki. Başqa bir məsələni çözələyim, bəlkə, bununla onu tutuşdurub, bir şey başa düşdüm. Deməli, bilirsən də, komissarlıq neçə çörəkli işdir - pul sel kimi. Allah qəzəbinə gəlməsələr, yığdıq-larını bu əsrdə yeyib qurtara bilməzlər. Bizim cənub komissarlıqlarının birində yaxşı bir dəllal var. Adı da peyğəmbər adıdır. Təkcə bir rayonun yox e, regionun hərbi ilə bağlı bütün fırıldaq işlərini bu adam fırladır. Pul da ki, paçka ilə, kisə ilə gəlir. İndi bu adam nə etməldir? Bəzi–bəzi işlərdən sonra qalır dünyanın şah əyləncəsi – bazlıq. Bu kişi də başlayır bazlığa. Gözü o qədər qızır, axırda aşiq olur təzə ailə həyatı quran bir qıza. Düzünə qalsa, qızın özündə də az olmur. Bir də o qədər pulun qabağında kim dayanar? Deyilənə görə, vətənin müdafiəsi etibar edilmiş peyğəmbər adı daşıyan bu şəxs cananını yağ-bal içində saxlayır. Qızın mamasının da ondan narazılığı yoxdur. Bu cavan oğlan özünü polisin binası qarşısında niyə bıçaqladı, day onu bilmirəm.
- Bacılı, sən gəl belə xatalı söhbətləri az elə. Guya mənim belə işlər-dən xəbərim yoxdur. İntəhası, nəyimə lazım. Elə xırda-para şeylər-dən, nə bilim təhsildən, ünvanlı yardımdan–filandan danışıb günümü keçirirəm. Rəhmətlik Seyid Sadıq demişkən, sən də tərpətmə.
- Qıza, mən neynim? Gəlir nişangaha, mən də ora-burasından deyi-rəm. İstəyirsən, bir dənə də qazan qaynadım.
- Yox, bacılı gələn dəfəyə saxla, bu dəfə çox tozanaq elədin. Bizim kişilərn də qeyrətinə bələdsən. İndi belə-belə danışarsan, onların da namus damarı tutar, gedib qan salarlar, jurnalistlərin bayramı ərəfəsi qanqaraçılıq olar.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :675

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az