13 avqust 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-13 avqust 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Hə, nə dedi?
- Dedi, fırıldaq yeri bizim məhkəmələr. Buradakı bəzi yuristlər ancaq aferistliklə məşğuldurlar. Tutaq ki, məhkəmə sənin haqqında qərar çıxardıb. O qərarı sənə vermir ki, təkrar şikayət edə bilməyəsən... Ora-bura şikayyət eləyəndən sonra, sənə məhkəmədən məktub gəlir ki, filan qərarı sənə təkrarən göndəririk. Guya bir dəfə göndərdilər.
- Elə bu?
- Vay o günə boşanma işin ola. Evlənmək 30 manatadırsa, boşanmaq 300 manatdan aşağı başa gəlmir. Səni o qədər get-gələ salırlar, sağdan-soldan o qədər “tas” oxuyurlar, heç bilmirsən nə edəsən. Axır ki, boşanma ərizəni qəbulı edirlər. Bir həftədən sonra sənə məktub gəlir ki, heç demə, səndən başqa bir dənə də ”sən” var imiş. Yəni o biri səndən sonra ərizə verir ki, mən boşanmaq istəmirəm. Məhkəmə də iddianı dərhai rədd edir. İndi sən, keçəlin məsəli olmasın, hər şeyi pozub gərək təzədən başlayasan. Hələ bundan da biabırçı işlər olur. Yaxşı pul verəndə, arvadı ərdən xəbərsiz, yaxud əri arvadından xəbərsiz boşayırlar. Qısası, məhkəmələr elə rüsvayçı bir məkana çevirilib ki, düşüb orda ölsən belə, hökm çıxardacaqlar ki, yox sən ölməmisən, hələ də YAP-da üzvlük haqqı verirsən.
- Onların üzdəniraq iş üsulundan birini də mən deyim. Kim ki, böyük-lərdən, ya pullulardan şikayyətə gedir, əvvəl şikayyətçini nazlayır, sonra qızışdırıb deyirlər ki, əşi, fliankəs bizim qabağımızda kimdir, onu belə əzərik, belə asıb-kəsərik. Elə ki, səndən şikayət dolu ərizələr alırlar, sonra həmən adam dəvət olunur, haqq divanına: “A kişi, sənə hörmətimiz var, rayonun sayılan kişilərindən birısən, intə-hası, bu filankəs də yazır da, indi neyləyək?” Məlumdur ki, bir məşhur vəkil demişkən, pul kəşf olunandan bütün hörmətlər vahid forma alıb, bu məsələ də elə həmin pul formasında həll olunur.
- İndi deyirsən ki, işimiz dolaşıb eləsə, məhkəməyə-filana getməyək.
- Pulun olsa, niyə getmirsən. Maşallah, ölkə miqyaslı dəllallar orada en qədər. Hətta bəzi vəkillər də çörəyini elə dəllallıqla çıxardır. Çün-ki bilir ki, min qanun sadalasa da, ortada pul, tapşırıq yoxdursa, onun sadaladığı qanunların bir qəpiklik nəticəsi olmayacaq.
- Onda məhkəmələrə getməkdənsə, elə yaxşısı budur ki, kim desə məngənə, bir sillə qoy ənginə.
- Bəlkə, elə adamlar məhkəməyə yox, elə hamısı qəzetə müraciət etsin.
- Bəzi məmurlar başçının qorxusundan heç qəzəet oxuyur ki!?
- Niyə oxumur, qıza. Qəzetin xalqa xeyri olmasa da, məmurlara, xüsusən, adam tutan idarələrə xeyri çoxdur. Məsələn, biz ki, başlayırıq bəzilərinin pulunu saymağa. Tutaq ki, ”müəllimlərin həmkarları”nın bir ildə yığdığı 150 min manatı nə etdiyini, bonkomat adı ilə yeyilən 100 minlərlə manatın hara getdiyini və sair yazırıq. Həmin adamtutan idarələr çağırır həmən pul yığanı yanına və deyir: “Balası, bu əməliyyatı heç bizə demirsən, bu işdən mənim haqqım heç gəlmir? Get, əminin payını gətir”. Beləliklə, həmin müdirin qulağını balaca, bəzən də daha bərk çəkirlər.
- Deyirəm, rüşvət alanda da gərək adına–sanına görə alasan. Məsələn, zonamızın mədəni mərkəzi kimi. Tutaq ki, Masallıda, Cəlilabadda torpağın 1 kvadratmetrini 500-600 manata satırlarsa, həmin mədəni mərkəzdə, yəni Lənkəranda, deyilənlərə görə, bu məbləğ 1000 manatdan aşağı deyil. Kişilərin adı-sanı var. Ucuz ətin də ki, şorbası olmur. Gərək baha alasan ki, qədrini də biləsən. Xalqı-mız, o cümlədən 5-6 yaradıcılıq təşkilatının üzvü olan ziyalılarımız, yazıçılarımız elə mədənidirlər ki, xalqı minib çapsan, cınqırını da çıxartmaz.
- Çınqırını çıxartmasa, yenə abırlıdır. Hələ utanmaz-utanmaz xalqı, lap onun qohum–qardaşını çapıb-talayanın şəninə tərif də söyləyirlər.
- İndi dediklərini onların boynuna qoya bilərsən?
- Sənə keçən dəfə dedim ki, bizim xalqın çoxunda etiraz mədəniyyəti çatmır ki, onu çapıb talayana “yox”deyə bilsin. İkincisi də, etiraf mədəniyyəti çatmır ki, bu acizliyini, bu miskinliyini etiraf etsin. Söhbəti də qurtar. Gedək domino vurmağa. Bir də uşaqlardan soruş, gör, Mavritaniyada vəziyyət necədir?
Zahir əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :692

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az