30 avqust 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-30 avqust 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Bacılı, get özünə sən də obyekdən–zadan al da.
- Qıza, obyekt almalıdır ki. Bir də gördün ki, YAPzadələrdən birinin gözü düşdü sənin odyektinə. Ya gedib Fərhad Əliyev kimi havasız otaqda, başının üstündə 24 saat yanan elektirik lanpasının altında ömrünü çürütməlisən, ya da əlində olan obyektlərinin sənədinin üstünə bir qəşəng tort da qoyub aparasan “qurbanolduqlarımızın” hüzuruna ki, qardaş, elə sənin üçün tikdirirdim, intəhası, bağışlamağa ürək eləmirdim.
- Doğrudan, belə edirlər?
- Bəs nə bilmişdin? Bizim rayonun 2 nəfər bərkgedəni var idi ha, məşhur kərpicçi ilə, məşhur mebelçi; Xırdalandakı obyektlərini bax beləcə kişi kimi təhvil verdilər. Yazıqları o günə qoydular ki, indi burdakı obyektlərin işıq pulunu da ağıllı-başlı verə bilmirlər.
- Düz iş görməyiblər. İkisi də yaxşı oğlan idi. Hərdənbir çaşsalar da, necə olsa...
- Yaxşı, indi bu pulları neyləyək?
- Bəlkə, vəzifəyə keçəsən - adı ad, pul da öz-özünə gəlir. Bizdə elə ən yaxşı obyekt hökumətdə vəzifə tutmaqdır.
- Yox, qıza, hamısından bezmişəm. O zəhrimar vəzifə nə qədər yaxşı oğlanı heç nəyə döndərdi. Nə qədər əyilmək olar, nə qədər üzəduranlıq olar? Düzdür, Allah bəzilərinin cəzasını verib. Ancaq o qədər çoxalıblar ki, daha GÖYDƏKİ hamısını cəzalandırmağa catdırmır.
- Deyirlər, müxalifətdə də yaxşı çörək çıxır.
- O keçmişdə idi. İndi satılmağa, dəllallığa o qədər adam var, heç yiyə duran yoxdur. Görmürsən, partiyaların rayon təşkilatlarının sədrləri toylarda tamadalıq etməklə məşğuldur. Yoxsa ki, illərlə gözlə “Müsavat gələcək, zülm bitəcək!” Ay gəldi ha. Rauf Arifoğlu heç imkan verər. Hərtərəfli fikirləş e. Balaca müqayisə apar - müxalifət deyir ki, ”Qələbə”yə, yəni həmin adlı kino–teatrın yanındakı meydana gəl, mitinq elə. Hakimiyyət isə deyir ki, məni istəyən Qəbələyə gəlsin - yəni ölkənin ən qəşəng kurort mərkəzləridən birinə. İndi hansı yaxşıdır - birində başına gün dəyir, kürəyinə polis dubinkası. O birində isə, yəni Qəbələdə səni ceyran bulaqlar, quzu kababı, daha nələr, nələr gözləyir.
- Bacılı, sən dərya imişsən ki.
- Qıza, bu sözu bir də dilinə gətirmə. İndi dərya olmaq çox xatalıdır - balığını tutub, kürüsünü xaricə satır, kababını özləri yeyir. Sahilindəki qumları elə satırlar ki, bir də görürsən heç ləpələnməyə yer qalmayıb.
- Daha o dəniz olmadı ki.
- Bəs nədir? Onda ayılıb görürsən ki, olmusan balıqqulağı, camaat da səni kisələrə doldurub tökür qəbirlərin üstünə.
- Bəs təklifin nədir?
- Birinci, dərya olma. Odur Xəzər üçün neçə ölkə bir-birini qırır -biri deyir altı mənimdir, biri deyir üstü. Elə göldən, çaydan-zaddan ol, bir təhər gününü keçir. Oduye, o qədər çay var, üstündə körpüsü, altında heç suyu da yoxdur, amma kef eləyir. Hələ gölləri demirəm, nə sağa axır, nə sola - elə “lallığına“ görə dolyasını alır.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :736

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az