31oktyadr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-31oktyadr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Nə yaxşı.
- Qıza, nə yaxşıbazlıqdır. Bir çoxunun özlərindən xəbərsiz məzuniyyətə də çıxardıblar, pullarını da yeyiblər. Bir az duyuq düşənlərə isə deyirlər ki, 10-15 il ərzində almadığın məzuniyyət pulunun yarısı sənin, yarısı mənim. Qalan yarısını da aşağıdakılarla bölüşdürürlər. Məzuniyyət pulunu alanın özünə qəpik-quruş qalsa, şükürlükdür.
- Bəs heç dillənən yoxdur?
- Onu bilirəm ki, bir nəfər maliyyə nazirinə teleqram vurmaq istəyir ki, zəhmət olmasa, gəl mənim batan məzuniyyətlərimin pulunu buradakı məmurlardan al, ver mənə. Yoxsa, bunlar digər pullar kimi, məzuniyyət pullarını da yeyib, daha da genələcəklər. 400-500 min manat sənə elə-belə gəlməsin ha.
- Bəlkə, bu pulları da bankomata verib, məsələni mədəni yolla həll etsinlər.
- Guya bankomat kartı alanlar belə çörəyə çatıb. Əgər adam tutan idarələrin rəhbərləri kef-damaqdan, bir də özlərinə villa-filan tikməkdən ayılıb, balaca reyd keçirtsələr, görərlər ki, minlərlə ban-komat kartı təqaüdçülərdə yox, həmin kəndin poçt işçilərində və digər “rəsmi şəxslərdədir”. Hər ay həmin minlərlə təqaüdçünün alacağından 1-2 manatı çırpışdırıb, sonra yerdə qalan pulu verirlər həmin şəxsə. Hökumət təqaüdü artıran kimi , onlar da şapkanı artırırlar. Daha rəhbərlərimiz bu boyda zırıltını görmürlərsə, gərək bu məmurların hamısını aparaq Masallıda açılan təzə göz xəstəxanasına.
- Bəs sən bilən, niyə, müəllimlərin məvacibini 2 aydır ki, vermirlər? Yəqin ki, onları da bankomata keçirtmək istəyirlər.
- Qıza, bankomat bir bəla olub, keçib bunların boğazına. Prezidentin göstərişi var ki, ilin sonunadək hamı pulun bankomatla alsın. Bu məsələ də reallaşsa, bəzi müdirlər, xüsusən, təhsilin müdiri, mktəblərin direktorları gərək işdən çıxa. İndi məsələ lap qəlizləşdi. Əvvəllər başçı kimisə qorxudanda deyirdi ki, “sökərəm” a , yəni obyektini dağıdaram. İndi isə deyir ki, bax, səni bankomata keçirdərəm a. Ya mən deyəni gətir, ya da bankomat... Qıza, baş idarədə bu dəqiqə elə alver gedir ki, soğan-sarmısaq alveri onun yanında toya getməlidir.
- Deyirəm, dünya mədəniləşir, bizimkilər isə... O gün təsadüfən yolum işıq idarəsinə düşmüşdü...Nüdirin otağında elə söyüşlər, elə təhqirlər gəlirdi ki, mat qaldım. Dedilər ki, özündən böyüklərin ətəyini yalaya-yalaya yerini bərkidəndən sonra, indi acığını işçilərdən çıxır. Onlar da bir tikə çörəyə görə lal olublar. Dedim ki, bu cür söyüşlərin yiyəsinin normal ailə tərbiyəsi sual altında olsa da, heç olmasa dövlət qulluqçularının etik davranışı haqqında qanunu hərdən bunların yadına salsınlar.
- Bunlar ki, bu qədər qudurğanlıq edir, bəs bu rayonun böyüyü yoxdur?
- Qıza, hamısından gözükölgəlidir də. Özü də bu gün-sabahlıqdır. Amma gedənə yaxın təhsilin müdirinə balaca xox gəlib, sonra da qulağını möhkəm çərtib. Prosto vaxt azdır, bəzi incəlikləri bitdə-bitdə aça bilmirlər. Gələn sayda gör sənə nələr deyəcəyəm. O qədər qaşınmayan yerdən qan çıxardacam ki, gəl görəsən.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :675

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az