11 dekabr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


11 dekabr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT - Nən bilim, vallah, hərə bir söz danışır. Orada rengen də yoxdur, baxasan, biləsən hansı eyibin sahibidir. Əksəriyyət işə deyir ki, guya, baş həkim yuxarıların dolyasını çatdıra bilmirmiş, ona görə üzüsulu aradan çıxmaq istəyib.
- Qıza, mən onu təcrübəli adam bilirdim. Bəzi məsələləri başa düşmür, gəlsin Masallının, Cəlilabadın baş həkimlərinin yanına, onu başa salsınlar ki, nəyin, yəni kimin qulağını necə kəsmək lazımdır. Tenboli rayonda yeni xəstəxana binası tikilir.
- Yeni dedin, yadıma Masallıdakı yeni binaya köçmuş məktəb – lisey düşdü. Görürsən, nə qəşəng binası var? Görəsən, işərisi nə təhərdir?
- Tam məlumatım yoxdur. Amma onu bilirəm ki, 20 manatlıq cəftəni burada uşaqlara 50 manata satıblar. İndi isə yanacaq pulu yığırlar – hər uşaqdan ən azı 50 manatdan. Burada 450 uşağın təhsil aldığını nəzərə alsaq, təxminən 20 mindən artıq pul edir.
- Buna mənim heç şübhəm yoxdur. Çünki bira elə adamlar rəhbərlik edir ki, onlar rayondakı təhsil sahəsində rüşvətxorluğun yüksəlişi sahəsində böyük xidmətlər göstərirdilər. Onlar elə bir təcrübə yaradıblar ki, indiki təhsil şöbə müdiri və həmkarlar sədri həmin bəd-nam təçrübəni heç cür tərgitmək istəmirlər. Hələ eşitmişəm, ölkə başçısı bu məktəbə gələndə qonşu məktəblərin kompüterlərini bura yığıblar ki, guya burda uşaqların çoxu kompüterlə işləyir. Amma əslində məktəbdəki 5-6 kompüterə də uşaqları yaxın qoymurlar ki, xarab olar. Həmin otağın qapısını da aylarla açmırlar. Deyirlər ki, bu kompüterlər qonaqlara göstərmək üçündür, uşaqların işlətməsi üçün yox. İmkan olsa bu sayımızda, olmasa növbəti sayımızda onların əndirabadi işlərini zəhmətkeşlərə daha geniş şəkildə çatdıracağıq.
- Qıza, onların nə günahı. Əgər rayonun böyüyü yalan deyirsə, dediklərindən qaçırsa, hamının dozasını aybaay artırırsa, bu binəvalar neyləsin.
- O dozanı necə alırlar e?
- Məsələn, gedir bir ucqar məktəbə, başlayır uşaqları saymağa. Daha kimsədən soruşmur e, odun niyə yoxdur? Bufet niyə işləmir? Məktəbin filan yeri niyə uçub, dərdiniz nədir? Davamiyyətə görə bir haray-həşir salır, gəl görəsən. Həmən ayın sonunda müəllimlərin əmək haqqından tutulmaların faizi bir az da artır. İndi başa düşdün, dolyanı necə qaldırırlar. Sənə o qədər çəmlər öyrədəcəyəm, axırda özün də başçılıq edəcəksən.
- Allah kəssin belə başçılığı. Hər kişi bu cür çörək yeməz. Bir də başçını görüb eləsən, ona de ki, o ucqar kəndlərindənsə, rayonun düz mərkəzində, təzə bazarla şəhər 1 saylı məktəbin arasında yerləşən yaşayış sahəsinə gəlsin. Görsün ki, şəhərin mərkəzində yüzlərə evin minlərə sakini o palçıqlı küçələri neçə keçir, qazı, suyu, normal işıq olmayan evlərdə neçə yaşayır? Duxu var, oraları sahmana salsın. Yoxsa dükan sökməyə nə var ki?
- Qıza dəlisən, nəsən. Başçının elə yerlərdə nə işi var. Elə yol kənarında bir- iki park saldırır, işıqlar quraşdırır, fəvvarə düzəltdirir, elə bilir daha buna çatan olmaz.
- Millət ki, bu qədr yatıb a, onun yerinə olsam, daha çox minib çaparam . Bu rayonda elə özündən deyən oğlanlar var ki, rayonun 99 faizini söksən, tükü də tərpənməz, amma özünün bir tükünə dəysən, çığırtısı, bağırtısı ərşə dayanar.
Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :292

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff