10 yanvar 2009-cu il ÇƏPƏRÜSTÜ SÖHBƏT


10 yanvar 2009-cu il ÇƏPƏRÜSTÜ SÖHBƏT- İndi deməyin nədir, istefa verək ?
- İstefa niyə veririk ki? 10 dəfə imama qulaq asanda, bir dəfə də şeyta-na qulaq asaq.
- Sağ-solumuz şeytanla doludur. İndi onlar deyənə qulaq asaq?
- Qıza, mən bu şeytanları demirəm e. Doğruçu şeytandan danışıram. Gör bu zalım balası şeytan duz deyir, ya yox.
- Danış da, onsuz da hərə bir nağıl deyir, birini də sən de.
- Həmin şeytan bir dəstə adamı yoldan çıxarıb, böyük bir ağacın altında qumar oynayır və başqa-başqa pis əməllərlə məşğul olurmuş. Bir bazburudlu kişi buna dözməyib, əlinbə bir balta götürüb, gedir həmin iri ağacı kəsməyə ki, şeytan burada meydan sulaya bilməsin. Şeytan tez bir cavan oğlan cildindən çıxır həmin kişinin qabağına ki, qoymaram sən bu ağacı kəsəsən. Nə isə süpürləşirlər. Həmin kişi şeytanı yıxır ayağının altı-na ki, səni öldürəcəyəm. Şeytan görür iş şuluqdur. Şirin dilini işə salıb deyir ki, sənə gündə 2-3 qızıl gətirərəm, amma məni öldürmə. Razılaşırlar.
- Şeytan dediyinə əməl edir?
- Bəli, edir. 10-15 gün hər gün o kişinin qapısına bir qızıl gətirir və sonra qızıl gətirməyi dayandırır. Kişi bir neçə gün gözləyir, görür ki, qızıl gəlmədi, yenə baltanı götürür, gedir həmən ağacı kəsməyə. Yenə şeytan cavan oğlan libasında çıxır onun qabağına və yenə tutuşurlar. Bu dəfə şeytan kişini salır ayağının altına. Kişi deyir: “Necə oldu ki, sən mənə güc gəldin? Şeytan deyir ki, əvvəl əqidə uğrunda vuruşurdu, sənə gücüm çatmırdı. İndi isı qızıla görə şarpışırdın, səni asanlıqla əzdim”.
- İndi demək istəyirsən ki, bızdə çoxu elə qızıla-filana, yəni dükan–bazara görə vuruşur, ona görə tez uduzur?
- Əlbəttə. Onlar rayonun ümumi bəlaları uğrunda çarpışsa, onlara kim bata bilər. Eşidərsən də, seçkidə onbaşı, yüzbaşı, minbaşı və buna bən-zər “vəzifəlilərə”, qısaca desək, dəllallıq edənlərə boyun aldıqları pulları verməyiblər. Yəni həmin şeytan kimi bunları fırladıblar, axırı da ki, belə.
- Qıza, onlar kimə atmayıblar ki? Xalqa o qədər atıb doyublar, indi də bir–birinə girişirlər. Deyilənə görə, seçki ərəfəsində hər rayonda hər məntəqə üçün şirnilik kimi 100 manat nəzərdə tutulub. Bu pulun yarısı həmin məntəqələrin yerləşdiyi kəndə gələnə kimi “baş kassir” tərəfin-dən çırpışdırılır və bölüşdürülür. Qalan yarısını, təxminən 200 manatını ərazi nümayəndələri “həzm ediblər”. Yerdə qalan 300 manatı isə məntəqə üzvləri arasında paylanıb. Deyilənə görə, bəzi yerlərdə məntə-qə sədri üzvlərə çatacaq puldan da çırpışdırıb, yəni ki, özünə ayrıca veri-lən 100 manatdan əlavə, ümumi qazandan da pay götürüb. Bax, buna görə, o şeytanın sözü olmasın, bunlar əqidə yolunda çalışmadıqları üçün indi qalıblar mələyə-mələyə, nə vəd olunan pullarını alı bıilr, nə də səs-lərini çıxara bilirlər.
- Qıza, bu şeytanın nə yaxşı sözləri varmış. Onu hərdən çağır çəpərüüstünə, bəzilərininmaskalarını açsın. Onsuz da özünü imam övladı kimi göstərmələrindən çoxunun həndəvərimizə gəlməyə kişiliyi çatmır, onlara baxanda yenə şeytana şükür. Bu başdan bilirsən ki, şeytandır, şeytanlığını da edir.
- O, gəlməyinə gələr, intəhası, buradakı şeytanlar imkan verməz.
Zahir Əmənov






R4suloffR4suloff

OXUNMA SAYI :613

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az