19 yanvar 2009-cu il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-19 yanvar 2009-cu il ÇƏPƏRÜSTÜ SÖHBƏT İndi qəpik-quruş söhbəti edirsən?
- Həmin 10 manatı vur 320 nəfərə. Sonra da bu incəsənət ocağına bir balaca nəzər sal. Gör, ayda 150-200 manat alan 90 müəllimin hər biri ayda 15-20 faizdən nə qədər tərləyir. Müdirin cibində gizlədilən bankomatları istəyənlərə isə hansı hədələr biçilir.
- De də, de, hansı hədələr?
- Məsələn, deyirlər ki, dərs yükünu azaldaram. Yəni 3 uşağın adını çıxmaq kifayyətdir ki, əmək haqqı 100 manat azaldılsın. Eh, nənəli, burada elə qəşşşəəəəəng oyunlar var ki, yarısını saxlayaq növbəti görüşə. İndisə sənə bir az böyüklərimizin müasir bəhanələrindən danışaq. Məsələn, başçının rayon mərkəzində nə qədər ağaçı məhv etdiyini, yerində hərəsi bir tərəfdə boynunu bükən palmalar əkdiyini görmüsən də? İndi deyir ki, bir kişi mənə deməyib ki, o palmaları əkmək üçün yüzlərlə dağ govdəli ağacları kəsmə. Bir də deyir ki, hansı ağac yanıbsa, məni gözdən salmaq üçün onu burdakı bəbxahlar edib - yəni dibinə nöyüt töküblər ki, yansın.
- Başqa hansı bəhanələri deyir?
- Bir də deyir ki, dükanları da mən sökdürməməşəm. Camaat qızışıb, özləri öz dükanını söküb. Hələ qalanlarını da sökmək istəyirlər, lakin başçı qoymur.
- İnsaflı adamdır. Nə yaxşı dnməyib ki, yerli sakinlər özləri asfaltı qazıb, yolları çala-çuxur edir, özləri gölməçələr yaradırlar.
- Qıza, deyirlər, hər yerdə vahid pəncərə yaradırlar. Elə icra aparatının qarşısında da vahid pəncərə olmasa da, bir vahid ”fartoçka” yaratsınlar. Bütün idarələrərin taslarını, digər əlavə xərclərini yazıb vursunlar həmin “ fortoçka”nın qabağına. Kim levi, yarım levi və sair yollarla pensiya, hərbi bilet, ünvanlı yardım, vəzifə, dükan yeri almaq, kimisə şərləmək... və sair istəyir, həmin “fortoçka” dan haqqını ödəyib məsələsini həll etsin. Vallah, get-gələ bundan çox çıxır.
- Bir də nənəli, elə qədimlərdə də belə olub da. İlk dövlətlər yarananda guya təhsil şöbəsi, səhiyyə, sosial müdafiə hərbi komis-sarlıq olub? Elə bir padşah olub, bir qazı-məhkəmə, bir idarə ediblər. Yoxsa, indiki kimi şillə vurmağa polis baxır, təsdiqinə pro-kuror, hökm verməyə məhkəmə. Hələ böyürdən baxan təşkiltların adını demirəm.
- Deyirəm ki, bəzi məmurlar ki, bu qədər yeyib, özləri, mülkləri və maşınları günbəgün şişir a, bunun sonu nə ola bilər?
- Bacılı, filosoflar da deyir, həyat da göstərib ki, elə şiş yoxdur ki, axırda partlamasın. Yoxsa, ya irinləyər, ya da çürüyər.
Zahir Əmənov R4suloffR4suloff

OXUNMA SAYI :328

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff