31 yanvar 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Əgər belə deyibsə və dediyinə əməl edirsə, çox ağıllı adamdır.
- Qıza, qəzet oxumamağın ağıllı olmağa nə dəxli var?
- Sən bir az sadəlövhsən, həyatın incəliklərini başa düşmürsən. İndi bacın səni başa salar, sən də bilərsən. Çoxları bilir ki, icra başçıları çox vicdanlı adamlar olur. Qəzet də elə şeydir ki, hətta yatmış vicdanları oyadır. Yəni vicdanlı adamlar yüksək ağıl nəticəsində dərk edirlər ki, biz haqq-ədalətdən yazan qəzeti oxusaq, buradakı yazılardan törətdiyimiz bəd əməllərimizlə tanış olsaq, xəcalət çəkərik, vicdanımız ağrıyar. Özü-müz özümüzü söyərik ki, bu qədər var-dövlətin içində xalqı niyə zibilin, xarabalığın içində yaşadırıq, niyə qazını, işığını dəqiqəbaşı kəsir, min zəhmətlə tikdikləri obyektləri tar-mar edir, hər dəfə min bəhanə ilə əmək haqlarının filan faizini çırpışdırırıq. Bax, vicdanlarını oyatmamaq üçün onlar qəzet oxumurlar. Bu da onların olduqca ağıllı və uzaqgörən olmalarına dəlalət edir.
- Nənəli, mən belə dərin şeyləri bilmirəm. Deməli, onlar ancaq buna görə qəzet oxumurlar?
- Yox, təkcə bu deyil. Məsələn, biz yazırıq ki, xalqın mədəniyyəti belə, tarixi belə, məşhur şəxsiyyətləri belə. Nə bilim, xalqımızın zəngin ənənələri olub, dediyi hər sözə sahiblik edən kişiləri olub və sair. Onlar bunu oxuyanda fikirləri dağılır. Yəni ki, başçının əsas vəzifəsi nədir? Dükan yeri satmaq, dağ gövdəli ağacları kəsmək, onlarla obyekti söküb, 5 qatına təzədən sahiblərinə satmaq və sair. Bizim o mədəniyyətdən, tarixdən yazdıqlarımızı oxuyanda onlar çaşıb haqq-hesabı qatışdırır. Tarix, mədəniyyət gəldi gedərdi - bu gun qəhrəman olan sabah qatil kimi də sənədləşdirilə bilər, yaxud da əksinə. Amma bu haqq-hesab məsələsi ki var, o gözləmir. Məsələn, bu gün ayın sonunda, bütün lazımi yerlərdən haqq-hesablar alınıb, lazımi yerlərə göndərilməlidir. Kinoda deyilmişkən, nəyin bahasına olursa, olsun. Axı, bu pul olmasa, korrupsiyaya qarşı necə mübarizə aprmaq olar? Məsələn, bəziləri vergi işçilərini qınayır ki, builki məhərrəmlik ayında azad sahibkarların başına elə oyun açıblar ki, İmam Hüseyn müsibəti onların yadından çıxıb. Əcəb də ediblər. Məsələn, mən Həcdən gələn aptekçi tanıyıram, dərmanı o “kafir” aptekçiden 2 dəfə baha satır.
- O gün biri soruşur ki, bu başçını niyə çox tənqib edirsən, bəs...
- Səni başa düşdüm. Əslinə qalanda o adam düz deyir. Vallah, mənim də ətrafımda bu qədər yaltaqlıq edən ziyalıciyəz, ağsaqqalciyəz olsa, ondan da betər söküb dağıdaram... Bizimkiləri qoyasan, çayxana qırağında dırıldamağa. O vaxt partlayırlar ki, öz maraqlarına toxunursan. Nə qədər ki, övladlarının vəzifəsinə, obyektlərinə toxunan yoxdur lap şeytanı da huri-mələk kimi tərifləyəcəklər. O gün bir bərkgedən molladan soruşurlar ki, niyə adamlar aftafanı necə tutmaq barədə on illərdir mollaya sual verib, bunu öyrənmək istəyir, lakin peyğəmbərin “zülmə dözən zülmkara bərabərdir” kəlamına şoxları, elə mollalar özü də əməl etmək istəmir. Molla bir az duruxandan sonra heç bilinmədi nə vaxt aradan çıxdı.
- Sən də belə şeylərə başını çox ağrıtma. Qonşu dükana yaxşı qara tum gəlib. 1-2 kiloqram alıb seriala baxa-baxa çirtlayaq özümüz üçün.
Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :615

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az