10 fevral 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


10 fevral 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT - Niyə olmur ki? Neçə illər idi, kişi məktəb direktoru idi. Hər ay hər müəllimin maaşından 5-10 manat çırpışdırır, yuxarıların da payını verir-di, öz payımızı da götürürdük. Allah bu bankomat çıxardanın evini yıxsın, indi məcbir edirlər ki, hamı pulunu bakomatdan alsın. Biz də ona görə plastik kartların paylandığı günü ümumtəhsil matəm günü elan eləmişik.
- Bəs dediləri ki, düzəlişiblər.
- “Düzəlişiblər” demək elə belə deyil ki. Bir lətifə var idi e – canavar dovşanı döymək istəyəndə, heç bəhanə tapmasaydı, deyirdi ki, papağın hanı? İndi deyilənə görə, bizim hörmətli başçı da təhsildən ələvə pul qoparda bilməyəndə, deyir ki, pulu mütləq bankomatla verməlisiniz. 2-3 min şirinlik verəndə bu iş yoluna düşür, olmayanda...
- Deyəsən, bu dəfə bazarlıq alınmayıb. Kecən il bəzi məktəblərə plastik kart payalayıblar.
- Bu, bəzi adamların, xüsusən də, təhsil şöbə müdirlərinin vena damarını, yaxud digər strateji yerlərini kəsmək kimi bir şeydir. Yazıq müdirlər nə edəcəklər? Elə məktəblər var idi ki, müəllim heç cədvəli götürmürdü, drektor öz kefi ilə nə qədər istəsə, o qədər də ona pul verirdi.
- Təhsil şöbə müdirinin bazarı lap kasıblaşar ki.
- Qıza, onlar kol-kosdan da pul çıxarırlar. Təzəlikçə tapşırıq verib ki, orta məktəb məzunları üçün “venetka“ları ancaq bir nəfər çəkməlidir. Əvvəl bu iş 15 manata idisə, indi olub 20 manat. Deyirlər ki, ən azı əlavə olunan 5 manat müdirə çatır. İndi 2 mindən artıq “venetka-nın pulunu hesabla, gör nə qədər edir? Amma bu şöbənin işçiləri hazırkı vəziyyətdə bankomat tərəfində çıxış yolu axtarırlar. Bəziləri təklf edir ki, direktorların plastik kartlarını alıb özlərinidə saxlasınlar. Digərləri isə təklif edir ki, ortada pul yoxdursa, lap kişi kimi işləyək. Gündə gedib davamiyyətdən tutmuş dərnəyədək, gündəlikdən tutmuş yoxlama işlərinədək məktəblərdə hər şeyi bitdə-bitdə yoxlayaq, pulumuzu da yalvara-yalvara versinlər.
- Deyirəm, yüz dəfə imam üçün ağlayanda bir dəfə gərək yezid üçün də ağlayasan. Məsələn, elə döşəyirik bu başçıdan. Elə biulirsən, o, kefdədir. Yazığa bilirsən, nə qədər atırlar. İndi bir səhvdir edib, “Neft fondu” ndan rayon üçün ayrılan pulların çoxunu çırpışdırıb. Elə gözükölgəli olub ki, indi heç əlinin altındakı pullardan xəbəri olmur. Biri büdcədənkanar fonddan, o biri budcədən çırpışdırır, təmir adı ilə pulları elə fırladırlar ki, heç özü bilmir ayın neçəsidir.
- O böyükdür, gərək qartal kimi 2 klometrdən görə ki, hansı kolun dibində hansı dovşan var, onu da ovlamalıdır. Amma bizimki, kitab-dəftəri itirib.
- Kitab–dəftər dedin, yadıma bəzi şairlər düşdü. Sən demə, şeir də biznes imiş. Mütləq deyil ki, hansı peşənın sahibi olasan, əsas odur ki, oradan pul çixarda biləsən. Məsələn, oğlan var, 2 misranı bir-birinə quraşdıra bilmlir, amma kasıb şairlərə pul verib özü üçün elə qəşəng şeirlər yazdırır, elə qəşəng üzlüklü kitablar buraxdırır ki, bir də görursən sorağı xariçi ölkələrdən, məşhur festifallardan gəlir.
- Düzdür, nənəli. Dəllal var, müdirdən yaxşı dolanır. Bir dəfə yazmşdıq e, qəzet var, özü yoxdur, amma 100-200 vəsiqə satır, özü də 100 manatdan.
- Yaxşı ki, belə əndirabadi işləri görənlər günbəgün çoxalır. Yoxsa, çəpərüstündə nədən danışardıq?
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :737

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az