20 fevral 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-20 fevral 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Doğrudan da, yaman zor sərlövhədir ha!.
- Hə, nənəli, oturub özüm üçün getdim çorta. “Ac ol, kişi ol!” məsələsindən sonra mən bu movzuda belə sərrast ifadəyə rast gəlməmişdim. Özüm üçün bir daha aydınlaşdırmağa başladım ki, kişi kimi yaşamaq nədir, adam kimi yaşamaq nə?
- Bacılı, sözünü də kəcirəm, doğrudanmı biz tərəflərdə bunun ikisi eyni vaxtda mümkün deyil? Yəni, həm kişi kimi yaşayasan, həm də adam kimi.
- Qıza, mümkün olsa idi, daha bunu başlığa niyə çıxardırdılar ki? Həm də bu ifadə mənim yadıma başqa bir ifadəni saldı. Bir dənə cavan filosof var e, Erkin Qədirli. O yazır ki, bu hökumət adamı vəzifəyə verəndə təkcə əməyini yox, onun vicdanını da alır. Yəni, nə qədər vəzifədəsən, vicdan sənlik deyil. Biz onu ləkələyə də bilərik, parçalaya da bilərik, daşa da döndərərik - sən gərək dinməyəsən. Çünki sənə vəzifə vermişik.
- Yadıma düşdü, yadıma düşdü, bu barədə bizim qəzetdə vaxtilə “Protez vicdanlar” adlı bir yazı yazılmışdı.
- Hə, məni çaşdırma, harda qalmışdıq?
- Hə, kalkulyatoru qabağıma qoyub hesablamağa başladım ki, görə-sən bizdə kişi kimi yaşayan çoxdur, ya adam kimi yaşayan.
- Nənəli, kalkulyator nə göstərdi?
- Biabırçılıq. Məlum oldu ki, bizdə kişi kimi yaşayan da, adam kimi yaşayan da elə də çox deyilmiş. Bizdə əksəriyyətimiz elə-belə yaşayırıq - guya yaşayırıq.
- Bəlkə, bir az xırdalayasan?
- Elə il boyu xırdaladığım belə-belə şeylərdir də. Hansını xırdalayım? Tutaq ki, hər hansı müdir kişi kimi yaşamaq istəyir, ancaq və ancaq aldığı əmək haqqı ilə dolanır. Onda gərək bütün qohum-əqraba onlara nəzir-niyaz gətirə. Məsələn, fərz et ki, hərbi komissar axırıncı dəfə səhər çağı balla qaymaq yeyib və kişi kimi özünə soz vürir ki, bir də heç vaxt saxtakarlıq edib, nə aşağıdan pul alacağam, nə yuxarılara pul verəcəyəm, kimin yaşı tamam oldu, birbaşa yollaya-cağam hərbi xidmətə.
- Onda nə olacaq ki?
- O olacaq ki, soldat əlindən ölkədə tərpənmək olmayacaq. Komis-sarlıqdakılar da ildə bir dəfə maşın dəyişməyəcək, Bakıda və xaric-də 2 ev, 2-3 arvad, 2 villa saxlamayacaqlar.
- Biz bir yana, bəs müdirlər bu məsələdən çıxış yolunu nədə görür?
- Nədə görəcəklər, odur e, səhiyyə başqanımız belə işlərin fikirin-dən gündə 3-4 dəfə içir, bəzən o qədər kefli olur ki, maşının sürətini qaldırır 150 –yə və düşür radara. Hələ bir dəfə gecə palataya kefli gəldiyi üçün yaşlı tibb bacılarından biri onu oradan qovmuşdu.
- Yazıq neyləsin, dərdi çoxdur da. Yaxınları deyir ki, yazıq baş həkim gecələr yata bilmir. Levi yolla əritdiyi saxta dərmanlar, yetim-yesirdən çırpışdırdıqları, üzünə durub şərlədikləri şpris formasında ona hücum çəkib ora-burasına batırmış. Ona görə özünə 300-400 min manata otel-motel alıb ki, dərd güc verəndə, qaçsın ora.
- İndi sən bilən baş həkim həmin otellərdə adam kimi yaşayar, ya kişi kimi?
- Bu sualın cavabını çəpərüstündə bilmək olmaz, get onu “çəpəraltıda” iş görənlərdən soruş!
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :643

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az