11 mart 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-11 mart 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Deyirsən, de də. Onsuz da ağızlarının “rastamoşkası” yoxdur. Elə nə gəldi, danışırlar.
- Deməli bu cəzaçəkmə yeri var ha, sən demə, bura bəziləri üçün əsl kef-damaq yeri, yəni kefçəkmə yeri imiş.
- Qıza, orada heç məhkum olur ki, hələ bir kef də çəksinlər. Bir–iki nəfər azan-tezəni çıxmaq şərti ilə, ordakı məhkumların sayı orada çalışan işçilərin sayından az olur. Qaldı ki, cəzaçəkmə yerlərində kef çəkməyə, belə şeylər ancaq müdirlərə qismət olan bir işdir. Yadında olar e, keçmişdə bir lətifə var idi. Xan bir dəfə kefinin doxsan doqquz vaxtın-da nökərdən soruşur ki, evlənmək kefdir ya iş ? . Nökər də qorxa-qorxa deyir ki, ağa, qurban olum, evlənmək əlbəttə ki, kefdir, yoxsa iş olsa idi, bizə tapşırardılar.
- Mətləbə gəl, nağıl danışma.
- Hə də, bu cəzaçəkmə idarəsinin müdiri də burada əsl kef çəkirmiş. Deyilənə görə, idarənin ən çətin işlərini də katibəsi görürmüş. Müdir də onun zəhmətini layiqincə qiymətləndirir - səhər tezdən camaatın gözü qabağında CİP-nə mindirib işə gətirir, sonra da lazım olan bəzi-bəzi yerlərə aparırmış. Pal-paltar alanda evdəkindən onu fərqləndirmirmiş və sair və ilaxır.
- Bəs oradakı müavinlər, başqa rəhbərlər buna neçə dözürmüş?
-Deyilənə görə, onlar da qorxağın biri imiş. Pul olan yerdə belə şeylərə çox da bənd olmurlar.
- Onu bilirəm. Bizimkilər cəsarətlənəndə 5-10 dəqiqə qəhrəman olub, sonra künc-bucaqda gizlənirlər.
- İndi bildin, cəzaçəkmə yerlərində kef çəkmə nəyə deyirlər? Daha hər şeyi açıb-ağartmıram da. Elə deyəndə ki, “o məsələ”. Hamı başa düşür ki, nə deyirsən. Bir də o pul ki orada var ha, o olmasın, o birsi olsun, kim qudurmaz ki?
- Qıza, bir xəbər də mən deyim. Eşitmisən də, keçən ay musiqi məktə-binin kollektivi bizim üçün sinə döyürmüş. Arada musuqi məktəbinin “sekretlərini” açandan sonra, yəni hər uşaqdan 1 manat əvəzinə onların 10 manat almaları və digər saxta işlərini faş edəndən sonra müdir qarı-şıq yığışıb bu məsələni müzakirə ediblər. Orada xor kollektivi güçlü inkişaf etdiyindən biri deyirmiş, “ay onu yazanın, bizim saxtakarlığımızı faş edənin qolları sınsın”, hamı xorla deyirmiş “Amin”. Belə-belə xeyli qarğışlar və aminlər olub.
- Həmin məktəblə bağlı bir-iki gülməcə də var. Yaxın vatlarda onları da qəzetdə aşkarlayandan sonra, bir xalq lətifəsində deyilmişkən, oradakı-lar həmin müsibətlərin 3-də, 7-də, 40-da da gedib “ağlaşma” edəcəklər.
- Yaxşı, bu bayram günlərində hara baş çəkmək fikirin var?
- O qədər yerə çağırıblar ki, adam heç bilmir, hansına getsin. Bir də ki, hara gedirsən, getməyinə peşman olursan. O gün bir xəstəmiz var idi, apardıq Mərkəzi Xəstəxanaya. Girişdəki təntənəni görüb elə fikirləşdim ki, dünya düzəlib. Elə 10-15 addım getdim “infeksiya şöbəsi”nə çatan-dan sonra gördüm ki, nənəli, bu şöbə özü başdan–başa infeksiya imiş ki... Su yox, kanalizasiya yox, istilik yox, otaqlar xarabadan da xaraba gündə. Düzdür, bəziləri deyir ki, burada iti bağlasan qalmaz, amma Allah tərəfi, həmin “infeksiya şöbəsi“nin birinci mərtəbəsində xeyli it yatmışdı. Deyilənə görə, bu xaraba gündə olana şöbəyə itləri ona görə buraxıblar ki, axşamlar narkomanlar bura gəlib özlərinə rahat şəkildə iynə vurmasınlar. Qısası şöbə it günündə. Adam xəstəxana rəhbərliyinin CİP–inə baxır, aldığı obyektlərə baxır, ... şöbəsinə baxır. Buna görə sənəddə burada guya xeyli xəstə yatsa da, həqqiqətdə buradakı palatalarda hər hansı bəni-insanın bircə gün belə qalması mümkünsüzdür.
- Sən belə binaların içərisinə niyə baxırsan ki, elə çöl tərəfinə, yəni bər-bəzəkli tərəfinə bax, bəsdir.
- İçəri girəndə nə olur ki.
- Bİr də gördün ki, baş həkim özü burada dərman paylayır.
- Yəni onun burada heç kimə inamı qalmayıb.
- Bizə bu səhifədə ayrılan yer qurtardı, bu barədə sonra danışarıq.
Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :466

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az