20 aprel 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-20 aprel 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Bəs cinsini dəyişənlərə nə deyirsən?
- Bunun üçün də heç ələliyyat lazım deyil. Kor-kor, gör-gör, çoxları bilir ki, filankəslərin cinsi yazılan qrafada “kişi” yazılıbsa da, özləri kişi adın-dan çox-çox uzaqdır.
- Qıza, bilirəm, bunlar təzə söhbət deyil e. Əsas odur ki, bizdə vəkillik vəzifəsi ömrünü başa vurur.
- Nə danışırsan, nənəli. Yekə-yekə ölkələrdə vəkillik işi prokuror, polis rəisi işindən də yüksək tutulur, o ölkələrdə vəkillər nə qədər gurultulu işlərdə insanların hüququnu müdafiə edir, günahsız şərlənənləri elə məhkəmə zallarında azad etdirirlər.
- Əslində bizdə də kağız üzərində elədir. Yəni, vəkillər qanunsuzluq girdabına düşənləri məhkəmədə müdafiə edir, ortaya daşdan keçən dəlil və sübutlar qoyub, hakimə sübut edirlər ki, bu vətəndaşın günahı yoxdur və yaxud günahı siz deyən qədər deyil.
- Bəs əslində necədir?
- Əslində elədir ki bizdə vəkil özün yırtıb-dağıtsa, nə qədər vəsatət qal-dırsa, ortaya gözəgirən dəlil və südutlar qoysa da, hakim onları heç veci-nə də almır. Bir həftə əvvəldən yazdığı hökmü oxuyub, əks tərəflə halallaşır.
- Elə bunları demək istəyirdin?
- İndi sözümün canın deyəcəyəm. Bu yaxınlarda məhkəməyə işi düşən vətəndaş müqəddəs qanunlarımızın keşikçisi ilə, necə deyərlər, “Yeriyən qanun” adlandırılan hakimlə bazarlıq edərkən, hakim ona yuxarı bir məbləğ oxuyur. Vətəndaş deyir ki, bu məbləğ çoxdur, çünki vəkilə də filan qədər vermişəm. Hakim deyir ki, vəkil bizdə bu stul, şkaf kimi bir şeydir, onun nə deməsinin mənim çıxartdığım hökmə heç dəxli yoxdur. Ən yaxşı halda savadından aslı olmayaraq onlar vətəndaşla mənim aramda dəllallıq edə bilmirlər. Get, vəkilə verdiyini də al gətir mənə, istədiyin hökmü mən çıxardacağam. Mənim nə kefimə, pulumu ver, istəyirsən, qadını özündən xəbərsiz boşayım, qatili milli qəhrəman edim, düz söz danışanı da “vətən xaini“ təşkil edim və sair.
- Bunu Azərbaycan Respublikası adından hökm edən hakim deyir də?
-Bəli. Onlar belə-belə işlər edirlər ki, həm məcazi, həm də texniki məna-da o ətrafdan üfunət iyi gəlir də.
- Qıza, üfunət dedim, yadıma yenə ayaqyolu düşdü. Sən demə işıq idarəsində də bu məsələ it günündədir.
- Yəqin ona görədir ki, orada hamı bir-bir ilə koridorda, elə camaatın yanında söyüşlə danışır. Bir-birinə”petux” deyən kim, nə bilim...deyən kim. Daha elə sözlər ki, qəzetə-filana çıxarılası deyil.
- Deyəsən, söyüşdə yaxşı pul var. Odu e, mədəni idarələrdə işləyənlər qəpiyə güllə atır, amma sən dediyin söyüşçü idarələrdəki söyüşçü rəhbərlərin, hətta müavinlərinin nəyi yoxdur - 1-2 xarici maşın, Bakıda villa, kommersiya dükan və sairə.
- Bu barədə dəqiq bir şey deyə bilmərəm. Çünki elə-elə şeylərdən çox xəbərim yoxdur. Amma ayaqyolu məsələsi, deyəsən, cənubda ən zırıltı problemdir. Dağdan-arandan gəlib bu gözəl yurdda vəzifə tutub, özlərinə cah-calal quranlar buradakı bədbəxztlərə bir normal ayaqyolunu da çox görürlər.
Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :386

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff