20 may 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-20 may 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Bəs səni kim inandırdı?
- Bu yaxınlarda bazara getmişdim. Alverçi arvad dedi ki, yaxşı “lal alça” var. Qulaqlarıma inanmayıb, bir də soruşdum. Dedim, ay bacı, alçanın da lalı olur. Görmüşük ki, alçanı yeyərsən, ağzın buzuşər, başlayarsan, deyinməyə. İndi gör, demokratiya nə qədər boğulub ki, alçanı da lal ediblər.
- Amma “lai alça” yeməyən adamlar da var. O dün biri mənə deyir ki, hökumət səviyyəsində şirinlik nə deməkdir? Gördü, başımı bulayıram, başladı özü danışmağa.
- Yəni dediyini özü izah elədi?
- Bəli. Bildirdi ki, alış-verişin bir çox formaları var. Bunlardan biri də şirinlik, cibxərcliyi deyilən şeylərdir. Məsələn, korrupsiya ilə hər uşaq-muşaq məşğul ola bilməz. Bu, lap böyüklərin təamıdır. Qaldı ki, rüşvətxorluq-filan; bu da rayon səviyyəli rəhbərlərin qismətinə düşüb.
- Bəs o bayaq dediyin cibxərcliyi, şirinlik nə deməkdir?
- Bu elə belə puldur. Uzağı 5 min, 10 min manat. Məsələn, götürək Musiqi məktəbini. İlk baxışdan elə bilirsən ki, burada heç nə yoxdur-köhnə hamam, köhnə pianino. İndi yazıqlar fortepianonu-zadı yeyən deyillər ki? Ona görə elan verirlər ki, burada təhsil pulsuzdur. Amma məktəbə qəbul uçun müraciət edənlərdən ən azından 50-100 manat şirinlik alırlar. Bunu da 100-120 şagirdə vuranda elə də çox pul eləmir - cəmi–cümlətanı 10-11 min manat edə etməyə. Amma bunların rəhbəri də başqaları kimi təcrübəli olsa, bir–iki “levi” müəllim saxlayar, yaxud müəllimlərin bankomatlarından öz paylarını götürəndən sonra, onların pulunu verər, bəzən eyni müəllimə eyni vaxtda, eyni saatda həmin musiqi məktəbinin iki sinfində - həm də orta məktəbdə dərs demək imkanı yaradar. Amma bunu eləmir. Çünki müsiqiçidir, qəlbi təmizdir, belə şeyləri vicdanı qəbul etməz. Mədəni olmaq başqa şeydir e, bacı. Hər adam onu başa düşməz.
- İndi bunları danışmaqda məqsədin nədir?
- Fikrim var ki, gedib Gülümsərovun nəvə-nəticələrini tapam. Bəlkə, bir–iki növ danışan alça çalaq eləyib, milləti bu fəlakətdən xilias edələr. Yoxsa, bu lal alçaları yeyə-yeyə millət əldən gedəcək. 4-5 ilə bu vilayətdə yubileylərdən kənarda danışan olmayacaq.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :735

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az