10 iyun 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


10 iyun 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏTBildirdi ki, ora dəniz səviyyəsindən yüksəkdir, səhətimdə problem yaranar. Dedilər ki, bəlkə uzunömürlülərin məskəni Lerikə gedəsən, yenə bəyənmədi. Dedi ki, Lerikdə az qala bütün rayon bir-birinin nəvə-nəticəsidir, bunları parçalamaq, dağıtmaq xatalı məsələdir. 1-2 ay əvvəl isə Neftçala sakinləri dəridən–qabıqdan çıxdılar ki, Hacı Nadir, gəl bu rayona sahib dur, gəl Neftçaladakı nefti çalalardan çıxart. Dedi ki, dəniz qırağıdır, havası mənə ziyan edir.
- Vəssalam?
- Nə vəssalam? Rəhbərlər çox fikirləşdilər ki, bəlkə, bu rayonlar xırdadır, Hacı bəyənmir, ona böyük yerlər, şəhərdən-filandan təqdim edək. Belə-liklə, Yevlax sakinlərinin çoxsaylı şikayətlərini, yalvarışlarını nəzərə ala-raq Hacı Nadir müəllimə minnətçilər göndərdilər ki, gəl bu rayonun yaraşığını qoru.
- Buna da etraz etdi?
- Belədə deyib ki, birincisi, onsuz da orada bütün budka yerləri satılıb, nəyi satacağam. 2-ci də orada hündürboylu ağaclar azdır, Qəzənfər müəllimin təcrubəsinə əsasən təzə əkilənləri də kəsmək yaxşı deyil. Ən başlıcası isə rayonun adı xoşuna gələmyib. Deyib ki, Yevlax çox bekara addır. Nə iş görsən, elə “lax” çıxacaq.
- Deyirəm ki, bəlkə heç Hacı Nadir müəllimə əziyyət verməyib, səni o rayonlardan birinə başçı göndərək.
- Qıza, o boyda vəzifənin öhdəsindən gələ bilmərəm.
- 100 il qabaq Lenin deyirdi ki, elə hökumət qurmuşam ki, onu aşbaz da idarə edə bilər. İcra başçısı işləməyə nə var ki. Çətini kresloya oturana qədərdir. Pul bir tərəfdən gəlir, xahiş minnət o tərəfdən. Yaltaq-yultaq, xəbərçi, satqın və buna bənzər məxluqlar da hər tərəfdən. İndi gedib özünə təzə yaltaq-filan tapmayacaqsan ki! Neçə ilin sənətkarlarıdır. Neçə başçının qoltuğundan girib balağından çıxıblar. Heç özün də bilmədən işlərin yağ kimi gedəcək. Hər bir-iki ayda nə isə bəhanə elə, başla pul kanpaniyasına – fond pulu, ağac pulu. Lap orjinallıq etmək istəsən xəstəxanadakı kimi sahibsiz itləri öldürmək adı ilə it pulu, nə bilim asfalt pulu... Nədə güzəşt etsən, pul məsələsində güzəşt etmə. Çünki bu adamlardan pul çıxmayanda arxayın olmurlar.
- Deyirlər ki, başçıların öz obyektləri də olur - müdirlərə icarəyə verirlər.
- Bu lap köhnə priyomdu. Tutaq ki, restoranın var, onu kim yaxşı işlədə bilər. Əlbəttə ki, təhsil şöbə müdiri. Özü vuran, məktəb drektorlarının da çoxu vuran. Elə hər drektor ayda 1-2 dəfə dəstəsi ilə sənin restoranında yeyib-içsə, işlər düzəldi də.
- Elə işə mən razı. Amma elə düz-qoş ki, guya mən istəmirəm, onlar xahiş edir.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :696

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az