10 iyul 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-10 iyul 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Qıza, ürək sözündür?
- Əlbəttə. Kimin üçün vuruşuruq e. Yolunda can qoyduqlararımız, bircə nüsxə qəzet almağa can çəkir. Bunlar vətən yolunda can nədir, badım-canından keçmir. Elə deyirlər ki, filan şeydən yaz, filan məmur bizi mi-nib çapır, ondan döşə. Deyirəm, ay bacım, ay qardaşım, o barədə neçə dəfə yazmışıq, bəs oxumursan? Məlum olur ki, bu insan qəzet, kitab oxumur. Bir az qurdalayanda məlim olur ki, lazım olanda onu əzən, taptalayan məmurun qulluğunda da necə lazımdır, durur.
- Belə də. Bizimlə üz-üzə gəlməkədn ehtiyatlanıb, sağın–solun cırmaq-layanlardan biri, gedib dəliqanlı canavarlardan birinə deyib ki, sənə “Baba bulağı” n da qonaqlıq verərəm, cibinə 50-60 manat pul qoyaram, ancaq bir şərtlə-gedib camaatın içərisində filan muxbirə bir sillə, ya daş at. Mən də bunu eşitdim, insanam da, qorxdum. Nə çox səfeh adam. Bir qəpiklik xeyrim yox, ortada başım niyə baş “yeməlidir”.
- Qıza, sən belələrinin hap-gopuna baxma. Balaca da “pıq” eləsək, heç bilməyəcəklər kəpənək kimi hara uçublar. Sən gələcəyi fikirləş. Biz təkcə bu gün üçün yazmırıq ki; ay keçər, il dolanar, dünyada yaxşı, mərd, cəsarətli, sözünün sahibi olan, hər başçının qabağında diz çökməyən kişilər çoxalar, o demokratiyadı, nədi, həmin şey biz tərəflərdə də bərqərarə olar, biz də arzuladığıməz Azərbaycanda yaşayarıq, onda açarlar kitab–dəftəri, görərlər ki, yüzlərin, minlərin layiq olduğu, bir şox ağsaqqalların, ziyalıların, daha nələrin, nələrin bir dükan yerinə, bir kresloya görə ikiqat, üç qat olduğu məqamlarda da sözünü kişilərdən də betər deyən qadınlar var imiş.
- Qıza, başımı piyləmə, mən...
- Sözümü kəsmə. Elə bilirsən başçı insan deyil. O da özünə görə ölçür-biçir. Bizim kimi danışanlar olmasa, o da düşünər ki, heç bu yurdun mərdləri yerli-dibli yox imiş, nə qədər minib çapıram, bir kişi çınqırını çıxartmır. Gürcüsü qışqırır, iranlısı qəşqırır, Allahın ermənisi qışqırır, biz bədbəxtlər isə haqqımızı tələb etmək əvəzinə falçı, cadugar yanına getməkdən doymuruq. O məmurlar var a... bizdən burun tutmaqlarına baxama e, ürəklərində çoxu bizə sağ ol deyir. Bilirsən, o bircə kresloya görə onları nə qədər alçaldır, nə qədər aşağılayırlar. Nə qədər özündən deyən öğlanı təzək kimi divara yapıblar. Amma sənin o cür CİP-in, o cür təmtərağın olmasa da, dəllal, qoltuğagirən, xəbərçi, işverən... kimi ləkəli adlardan da uzaqsan. Hələ də, maşallah, ayaq üstə şax dayanıbsan.
- Sən lap cümə xütbəsi deyirsən ki.
- Neynəyim, nənəli, hamı susubsa, bir gun müxalifətin, bir gün ziyalının, bir gün mollanın əvəzinə danışmağa məcburam. Haqqını qoruduğumun mənə salam verməyə, məndən salam almağa kişiliyi çatmırsa, gözgö-rəsi qəbrə girən deyiləm ki? Ümidimi də üzmürəm . Gün olar arzuladığı-mız günlər gələr, bayaq dediyim kimi, şoxlarının yadında qalmasa da, heç olmasa bir–iki nəfər deyər ki, kişilərin çoxunu susduğu, ancaq “çəpərin” altında, qırağında qırıldatdığı vaxtda, şəpər üstündə xalqın dərd-sərini uca, gur səslə deyən insan da varmış.
- Bu sözündən sonra fikirimi dəyişdim. Yenə çəpər üstəki vəzifəmdə qalıram. Amma bir şərtlə ki, belə bəddin danışma; əvvəlki şuxluqla, əvvəlki məzəylə danış, çünki hələ bəməzəli çoxlu ”marallarımız” var. Onların ”buynuzlarını” vaxtında yontalamasaq, çox budaqları qırarlar.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :729

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az