31 iyul 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-31 iyul 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Yəni bunlar hamısı sənə vacibdir?
- Əlbəttə, vacibdir. Kompüter indi ləbləbi-eldəbi, ağlı üstündə olan hər kəs üçün vacibdir. İndi nə olsun ki, əksər məmurların, lap özündən deyən ziyalıların, məktəb direktorlarının, ərazi nümayəndələrinin, lap bir çox müxalifətçilərin bundan başı çıxmır. Biz onların tayı deyilik ki.
- Onların kompüter öyrənməyə vaxtı var ki. 3-5 nəfəri çıxmaq şərti ilə ziyalıların çoxu naqqalıqla, müxalifətçilərin çoxbilmişləri dəllallıqla, iqtidardakılar da məddahlıqla məşğuldur. Elə küncdə-bucaqda, bəzən toyda-yasda xəlvəti qırıldatmağı bacarırlar, balaca ki diktofonu uzadır-san, “dediklərinizi qəzetdə işıqlandırmaq istəyirik” deməyini görürsən, dili gedir güngörməz yerlərə. Müxalifətçilər tərsə asqıranda da, deyirlər ki, rejim günahkardır. Az qalırsan deyəsən ki, sənin heç bir fərasətin yoxdursa, rejim zalım balası neyləsin. Elə səni görüm rejimsiz qalasan.
- Əsəbləşmə, əsəbləşmə. Mən elə-belə şeylərə görə, o biri – söyüş karate kurslarına yazıldım da. Baxıb gördüm ki, nə qədər mədəni deyirsən, şeirdən, romandan, alimlərdən, peyğəmbərdən misal çəkirsən, az qala Aristoteli, İbn-Sinanı, Kantı dirildib gətirirsən ki, bunları başa salsın, görürsən ki, faydası yoxdur. Bu toy generallarına söz batmır. Bax, onda keçirəm kursda öyrəndiyim söyüşlərə.
- Bəlkə, misal çəkəsən.
- Məsələn, bu yaxınlarda müəllmlərin məzuniyyət pulunu yenə də plastik kartsız, yəni dədə-baba qaydası ilə verib, hər müəllimdən 15-20 manat boğdular. Bu barədə rayon rəhbərinə şikayət edilib. O da nə desə yaxşıdır? Deyib ki, mən 5-10 direktorla söhbət etdim, hamısı dedi ki, bizim əmək haqqımızı düppədüz verdilər. İndi bu ikiüzlülüyə Kant, Aristotel zalım balası neyləsin? İndu biz beləsini mədəni-mədəni sözlərlə tənbeh edəsi deyilik ki. Baxıram “Söyüş” kursunda öyrəndiyim söyüşlərin konsprktinə və bir “daraq” buraxıram həmin rəhbərin sifəti-nə. Yəni, yalan deyənin dədəsi belə, nənsi belə, əcdadı belə, yalan deyənin var... Yoxsa, nə qədər mədəni danışırsan, Allahsız səni Allahdan qorxmağa çağırır, imansız sənə iman-din, siyasi fahişələr əxlaq dərsi verməyə çalışırlar. Düzdür, bunların bəzisi son illər o qədər sırtıqlaşıb, padoşlaşıb ki, omlara söyüş–filan da təsir eləmir.
- Bəs o vaxt nə edirsən?
- Nənəli, karateyə niyə getmişəm? Gördüm ki, bu bədbəxtə söyüş də kar eləmir, keçirəm sonuncu dərsə-karateyə. Birinci Katani, ikinci Katani, görürsən, mal hazırdır. Başlayır zırıldamağa. “Vallah qazandığımın çoxu özümə qalmır. Elə günə salıblar, az qalıb əcdadım yadımdan çıxa” və sair.
- Məhkəmələrin sözü olmasn, indi son xahişin nədir?
- Keçmişdə bir usta qızdırıcısı xarab olanda bir kəlmə”Sistem dəyişməli-dir” deməklə onu ömürlük sürgün etmişdilər. Elə bilmişdilər ki, o, höku-mətin sistemini deyir. Bunu nəzərə alıb sistemlə işim yoxdur. Sadəcə hələlik bir təklif var. Necə ki, bəzi yerlərdə ”Halal market”, “Halal kolbasa”, “Halal sosiska”yaratmırlar? Bax bir-iki rayonda da ”Halal başçı”, “Halal rəis”, “ Halal direktor” və bu kimi “HALAL məhsullar” yaratsınlar. Effekt versə, sonra həmin məhsulların kütləvi istehsalına başlasınlar.
Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :672

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az