11 avqust 2009-cu il ÇƏPƏRÜSTÜ SÖHBƏT


11 avqust 2009-cu il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Yəni onların da dərdi var?
- Deməli, bu müdirləri əvvəllər vəzifəyə verəndə bu başdan haqq-hesabı alırlarmış, iş qurtarırmış. Sonra onları otuzdururdular faizə. Son vaxtlar isə qəribə sifarişlər yerinə yetirməklə məşğuldurlar. Belə ki, kim 5 kub taxta istəyir, kimi 100 kv.m kafel-filan.
- Versinlər də, azları düşüb.
- Dedi, bu olsa idi, nə var idi ki. İndi yuxarıdakılar hamısı özü üçün 5-10 villa tikir. Həyətlərdə də cürbəcür xariçi bitkilər əkirlər. Bu butkilərə də peyin lazımdır. Bu günlər Bakıdan yerdəki rəislərə, müdirlərə ancaq peyin sifariş verirlər. Kimi deyir, ancaq qoyun peyini olsun, o birsi hinduşka peyini istəyir. Yaxşı ki, sərçə, bildirçin peyini istəmirlər, lap müsibət olacaqdı. Nə başını ağrıdım, indi polis işçisi də, təlimatçı da kəndbəkənd düşüb yuxarıdakıların bağı üçün peyin axtarır.
- Bu elə də dərd deyil. Biz tərəflərin çoxu elə peyinlikdir: görmürsən, ən pis kadr da burada necə tez ”yetişir?”
- Mən heç əvvəldən də kadrlarımızın ağlına şübhə etməmişəm. Məsələn, dostumuz, baş həkim Cəlil həkimin ağlına, uzaqgörənliyinə kimin şübhəsi ola bilər?
- Sübut deyə bilərsən?
- Bax, sən çox yox, heç olmasa birçə gün Doğum Şöbəsində gecələyə bilərsən? Buradakı ağacaqanadların, hünülərin əlindən bircə dəqiqə çi-mir edə bilərsən? Əlbəttə, yox.
- Bunun Cəlil həkimin ağıllı olmasına nə dəxli var?
- Çox dəxli var, nənəli. Hamı bilir ki, hərbi xidmətdəki əsgərlərimizin çoxu bitin, birənin içində yaşayır. İndi dünyaya gələn oğulbalalar sabah əsgər olacaq. Əgər onlar anadan olan kimi ağacaqanadın, hününün sancmasına yaxşı öyrəşsələr, dözsələr, hərbi xidmətdə heç bir problemləri olmayacaq. İndi gördün ki, Cəlıl həkim necə ağıllı və uzaqgörən insandır. Belə ağıllıdır ki, hamıya deyir, “akıllı ol”
- Deyirlər ki, onun müavini Asif həkim ondan da ağıllıdır. Boyu balaca olsa da, çox böyük müdirləri yola salıb. Müdirini də qəzetlər tənqid edəndə ona elə qəşəng təsəllilər verir ki, “ay belə qərəzli yazılar, ay səni istəməyənlərin işidir.Cəllil həkim də yoldaş Kərəmov kimi axıb gedir.
- Daha hamısını demə, deyilənlərə görə, baş həkim bizi “nakazat” elətdirib ki, bir də onun adını tutmayaq, yoxsa...
- Onda bir məsələ də var, onu da deyim, bu günkü söhbətimizi qurtaraq.
-Hansını, hacırəhbərin informatorluğunu deyirsən?
- İnformatorluq deyəndə, belə işlərin el arasında adı başqadır, intəhası, mədəni olmaq bizi birtəhər edib, hər şeyi öz adı ilə deyə bilmirik.
- Qıza, sən əhvalatı danış, xalq özü ad verər.
- Əhvalat deyəndə belə olub da. Hacırəhbərlərdən biri meşədə zorla özəlləşdirdikləri istirahət mərkəzindəki obyektində istirahət edirmiş. Bir də görür ki, bura bur iranlı gənc bir qızla səfər edib, oradakı kabinetlərin birində yerləşdilər. Hacımüdir dərhal hiss edir ki, bu çörəkli işdir. Dərhal “QAİ”də çalışan o tərəfə nəzarət edən qohumuna zəng edir ki, tez gəl, “quş tutmuşuq”. Həmin “qaişnik” də dəstəsi ilə təcili surətdə “cinayətkar” iranlıların başının üstünü kəsdirir. Vəziyyət olduqca gərgin şəkil alır. İşi quran hacırəhbər özü işə qarışıb, guya barışıq yaratmaq üçün iranlı oğlanı kənara çəkir. Bir az çək–çevirdən sonra oğlanı basırlar ki, bu şox xatalı işdir. Aşkarlansa, rəsmiləşsə, gərək iran tərəfə bildirək ki, orada da sənə ən azı 100 şallaq, bəlkə də dar ağacı gözləyir. Oğlan yazıq da məcbur olub bir az qızdan borc alıb, qalanını da özü düzəldib, hacırəhbərə 1000 dollar verib, İran-Azərbaycan münasibətlərini gərginləşdirməmək üçün aradan çıxır.
- Bir mahnıda deyilmişkən, mən bu sözlərə inanmaram. Tutaq ki bu iş lap oldu, sən onu necə bildin?
- Hacırəhbər həmin 1000 dollardan heç kimə, hətta “QAİ” qohumu ilə gələn patrullara da bir qəpik verməyib, onlar da açıb sandığı, töküb panbığı.
- Hə, indi bir az inandım. Yəqin ki, sən də bir daha inandın ki, bu torpaq əsl peyinlikdir: nə istəsən yetişir - işverən ,üzəduran, mədəni dilənçi, söyüşçü müdir...
- Deyirəm ki, bacı, burdan, hələ yerli heyvaların peyinindən belə qiymətli şeylər yetişirsə, gör o xaricdən gətirilən 41 min dollarlıq eşşəklərin peyinindən hansı dəyərli kadrlar əmələ gələr. Bir sözlə, belə kadrları olan millətin gələcəyi parlaqdır, buna söz ola bilməz.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :455

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff