31 avqust 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


31 avqust 2009-ci il  ÇƏPƏRÜSTÜ SÖHBƏT- Amma mənim yadıma tamam başqa sohbətlər düşür. İntiriqa da aşkarlığa köməklik göstərir. Yəni intiriqa olmasa, hər işi xəlvətdə görərlər, heç kimin heç nədən xəbəri olmaz. Məsələn, hamı bilir ki, meşədən qanunusuz ağac daşımaqda bizim tərəflər ad çıxardıb. Əvvəllər buradakı müdirlərin Bakıdakı binaları, villaları üçün “Qırmızı kitab”a düşən nadir ağaclardan parket, tavan, döşəmə taxtaları daşıyıb həmin “Qırmızı kitabı” “Qara kitab”a döndərdilər. İndi həmin işlər başqa şəkil alsa da, odun daşıyanlar azalmır ki, azalmır. Bu işin də səsi çıxmırdı. Çünki orada intiriqa yox idi. İndi rayon polis şöbəsində zor intiriqa gedir. Deyilənə görə, 4 qrup - biri rəisin, biri müavinin, biri bölmənin, biri əmioğluların qrupları bu odun məsələsini bölüşə bilmir. Biri bu qrupun odun maşınını tutdurur, digəri o biri qrupun. O, bunu hədələyir, bu, onu. Rəis günləri sayır, o biriləri pulları, baçqa birisi odunları... Bu odun davası ilə bağlı elə polisin həyətində polis işçiləri bir-birlərini elə söyüşlərlə bəzəyiblər ki, ellər tamaşasına dayanıb.
- Mən eştdiyimə görə, bu məsələ məzuniyyətdən gələn icra başçısını da narahat edir. Rüşvət aparatı mərkəzləşəndə bilirsən ki, faizi kimdən alırsan. Yoxsa, rəhbər bilmir ki, odunun haqq-hesabını bu 4 qrupun hansından alsın. Hətta təklif edir ki, kəsilən ağacların kötüyü birinin, gövdəsi o birinin, budağı lap o birisinin, yarpağı da bu birisinin... lakin alınmır. Odun intiriqası az qala dükan–bazar, hətta Qarabağ davasını arxda qoyub. Deyəsən, axırda ATƏT, Minsk Qrupu məsələyə qarışmalı olacaq. Əziyyəti də yenə xalq çəkir - odun gündən-günə bahalaşır.
- Bəlkə bu intiriqaçılar da cadugərin yanına getsinlər?
- Cadugərlər daha maraqlı işlərlə məşğuldurlar. Belə qatışıq işlərə baş qoşmazlar. Məsələn, bizim çox hörmətli, ilhamlı cadugərlərdən biri arvad-uşağını atıb Moskvaya qaçan bir qadının həyat yoldaşını geri qaytarmaq üçün onun xanımına danasını satdırıb və vəd edir ki, ərin 10-15 günə qayıdacaq. Qadın 10 gün gözləyir, 15 gün gözləyir, görür ki, kişi qayıtmadı. Başılovlu cumur cadugərin evinə. Cadugər özünü itirmədən hasarın yanında onu qarşılayıb deyir: ”Qıza, haradasan, cinlər Rostova qədər gedib, pulları qurtarıb, həyətdəki keçini də sat, pulunu gətir, cinlərə pul yollayaq, məsələni həll etsinlər”.
- Yaxşı, keçən dəfə Mətləbin karikaturasında “Kitab səni mənə göstərir” deyən cadugər doğrudan da belə əməl edib?
- Qıza, niyə eləməyib. Bu hələ harasıdır. Qonşu kənddə bir cadugər var, hansı qadını tək, ya ürəyiymşaq görür, dərhai deyir ki, bacı, deməyə də utanıram, sənin duanı gərək göbəyinə yazam.
- Belə-belə imansızlıq edirlər ki, göydən ilan-qurbağa yağır da...
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :660

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az