10 sentyabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


10 sentyabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Məsələ belədir də. Başçı məzuniyyətdən gələndən sonra bir neçə gün sakitlik olur. Sonradan xəbər xəbərin dalınca gəlməyə başladı. Babalı deyənlərin boynuna, deyirlər ki, hörmətli, şövkətli başçımız məzuniyyətdən qayıtdıqdan sonra yığıb öz komandasını başına, bəyan edib ki, məni işdən çıxardırlar, xeyli maya qoyub qaldım yerimdə (Guya bizdə yuxarıdakılar rüşvət alır. Böhtana bax e). Sonra da deyib ki, “başı” paralanan pullarımın üstünü düzəltməlisiniz.

- Deyir ki, əvvəl lap bərk gedib - 20-30 mindən danışırmış. Sonra yavaş-yavaş düşüb aşağı. İndi ərazi nümayəndələrindən 3-15 min manat arası haqq–hesab tələb olunur.
- O bədbəxtlər bunu haradan verəcəklər?
- Onlara çəmlər də öyrədib. Dedi ki, kəndə hay salın ki, kim payıbəlli torpaqda ev tikib, yaxud sənədi olmayan tikintisi var, təcili sökuləcək. Bİr də deyib ki, paylaşdırın da - kənddə həkim məntəqəsi var, mədəniyyət evi var, məktəblər var.
- Bəs sahibkarlara dəymirlər?
- Sahibkarların qulağını başqa ”qayçı” ilə kəsəcəklər.
- Yəqin ki, bəziləri pulu düzəldə bilməyib işdən çıxacaq.
- Elə bilirsən ki, işdən çıxmağa qoyurlar? Yəni “Qd gəlini” tamaşasında deyiləntək: “Ya dar ağacı, ya əli Quranlı Solmaz”. Bizim dildə Ya “para–para”, ya da şərləyib tutduracağıq.
- Sən kişinin siyasətində uzaqgörənliyə bir bax.
- Hələ bu harasıdır. Bir-iki vəzifəni boş saxlayırlar ki, görək vəzifə hərisləri kimlərdir. Kimlər o binaya girmək üçün sinov gedir, salsınlar tora. Görsələr ki, bundan da bir şey çıxmır, özləri pullu, çoxlu qoyun-quzusu olan adamları müəyyənləşdirib, çağırırlar iqamətgaha. Deyirlər ki, a kişi haçana kimi qoyun-quzunun içində batacaqsan. Onları sat, pulunu ver bizə, özündə bəy balası kimi kabinetlərin birində dart özünü. Qoyun-keçi ölub-itəndir, dünyada ”özünü dartmaq” qalacaq.
- Onlar da razılıaşır?
- Qıza, ömrünün çoxunu qoyun-keçi ilə keçirən bəziləri elə o xasiyyətdə olur da. Da niyə razılaşmır ki? Amma ayıq adamlar da var ha. Bəziləri de-yir ki, vəzifədə qalmaq üçün pul yığmaq söhbəti hay-küydür, sadəcə yaxın vaxtlarda işdən çıxarılacağını bilib, gethagetdə zənbilini daha çox doldurmaq istəyir.
- Deyirəm, belə-belə işlərə görədir də, bizim millətin adı dünyanın reytinq siyahılarında axırdan 2-3–cü yerdən bu tərəfə gələ bilmir. İraq-iraq qonşunun toyuğu bir az çəpərindən bu yana keçsə, onun toyuğu tökdüyü dəndən 1-2 dənə götürsə, “özgə-özgə” deyə özünü yırtıb dağı-dar. Amma eşitsə ki, rayon dağılır, təhsil, səhiyyə məhv olur, dəyərli bir ziyalımız dardadır, yaxud ölur, lap bir rayonumuzu da düşmən işğal edir, heç tükü tərpənməz. Allah bizi yaradıb çəpər davası, damcı yeri davası etməyə. Amma belə ziyalıya xəbər versələr ki, ermənilər qız-gəlinimizi əsir götürüb, İrəvanda onlara lüt-üryan küçə süpürtdürür, onda peysərlərini qaşıyarlar. Bir cavan ata var. Nişanlı qızının böyrəyi xəstə-dir. Səhər axşam ora-bura çırpınır, qəzetdə, televiziyada elanlar verdirir, amma müaliçə pulunu düzəldə bilimir. İşdi-şayət, başçının çeçələ barmağı zədələnsə, ona pul lazım olsa bizim hacılar, ağsaqqallar, ziyalılar, bilirsən, nələrdən keçərlər.
- Belə dərin söhbətlərdən mənim başım çıxmır. Amma bir şeyi bilirəm ki, başçımız tez-tez pulyığma kampaniyası keçirtməkdə düz eləyir. Çünki bizdə elə adamlar var ki, onların pulu bir az çox olan kimi başlayırlar sağı-solu qapmağa. Buna görə bunların pulunu yaralayanda, yəni onları çərtəndə elə bil qanlarını təzələyirsən. Silkələnirlər, çırpınırlar, amma sonda yenə rəhbər deyən səmtə uzanırlar.
Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :576

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az