30 sentyabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-30 sentyabr 2009-ci il  ÇƏPƏRÜSTÜ SÖHBƏT Heç ad çəkən olur?
- Niyə olmur ki? Biri var, daha and verib adını çəkmirəm, deyir ki, bu sözu qəbiristanlıqda dədə-bala eyni müştəri ilə “o məsələ” ilə məşğul olan seyidlərə atmamısan ki? Bu, Rusiyadan gətirib öz evində saxladığı qardaşı qızına girişən məmura aiddir.
- Bu mövzuda bir dənə də bomba xəbər var. Bəs onlardan səs-soraq yoxdur?
- O elə xəbərdir ki, desəm, necə deyərlər, bütün “vaqonlar” dəyəcək bir-birinə. Dədəsi bir kişi olmasa da, uşaq yazıqdır.
- Bu sohbətə sonra qayıdarıq. İndi hələlək bu söhbəti yığışdırıb keçək elm və texnika yeniliklərinə. Otən sayımızda 3G adlı telefonlardan yazmışdıq ha, çoxunun canına vəlvələ salıb.
- Telefonun nəyindən qorxurlar ki?
- Axı, bu telefonlar göstərən telefonlardır. Yəni, bəzi kişilər restoranın xəlvət guşəsində kefə baxanda deyirdi, məciddəyəm, filan yerdə filan əməl edəndə deyirdi iclasdayam. İndi arvad deyə bilər ki, kişi, olduğun yeri göstər, görüm doğurdan oradasan, ya yox.
- Qıza, bu dərd deyil e. Uzağı telrfonu söndürər. Dərd özgə dərddir. Kompüterə insan beyninin kopyasını çıxardırlar. Necə ki, birinin böyrəyi-ni, ürəyini başqasına köçürtmürdülər? İndi də beyini köşürdəcəklər. Məsələn, pulla axmağın biri, bir də gördün dahi bir şəxsiyyətin beynini “perevod” elətdirdi özünə.
- Onda elə millət ”opdavoy “ dahi olacaq ki?
- Baxaq görək də necə olur? Ucuz olsa, nicyə versələr, mən də bir-iki icra başçısının beyninin kopyasını alacam. Görüm bu qədər firildaqları o balaca beyinə necə yerləşdiriblər.
- Televiziyalar demişkən, yenə keçək yerli xəbərlərə. Məşədi İbad deyənədə yadına nə düşdü?
- Əlbəttə ki, cavan qıza gözü düşən 50 yaşlı kişi. Niyə soruşursan ki?
- Amma bu günün Məşədi İbadlarının (O indi hacıdır) gözü özündən xeyli cavan vəzifələrə düşür. İnanırsan ki, 60 yaşlı hacının “pioner vajata”, “dəstə rəhbəri”, indiki dildə desək, məktəbdə gənclər təşkilatının sədri təyin edilməsi?
- Bunu kim edibsə, çox müdrik adamdır. Elə müdrik vəzifəni uşaq-muşaqlara tapşırırlar ki, bu günə qalmışıq da. O böyüklüdə hüzr məclisini yola verən molla bir balaca təşkilata nə baxır.
- Əzrayilı aldatmaq istəyən ahıl qocanın əhvalatını bilirsən də?
- Hansı? Qoca əzrayılı görən kimi başlayıb uşaq təki ağlayıb ”inqə-inqə” deməyə, Əzrayıl da deyir ki, ağlama, ağlama, gəl gedək, “OPPALARA”.
- İndi deyirsən ki, bəzilərinin “oppalara“ gedən vaxtıdır?
- Mən heç nə demirəm, bu, ev tapşırığıdır.
- Lap yadımdan çıxmışdı. Sonda sizə bir elanı xatırladaq. Rəhbərlik bizdən xahiş edib xalqa çatdıraq ki, büdcəni dordurmaq üçün hər məktəbdən 100-300 manat arası pul tələb olunur. Xahiş edirlər ki, qanqaraçılıq yaratmayıb, müdirlər nə istəyirlərsə, onu vaxtında ödəsinlər. Həmin cərimələr yaxın vaxtlarda arta da bilər.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :559

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az