11 oktyabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


[thumb=left]http://cenubxeberleri.com/uploads/posts/2016-02/1456562862_1453482025_cheperustu.jpg[ Deyirəm belə getsə, bizim qəhrəman, Babək qeyrətli, Koroğlu qüdrətli xalqımız dünyada biabır olacaq. Düzdü, deyəndə adamın əti tökülür. Amma daha məcburuq da.
- Nənəli, nə təhər olur e, cavanların çoxunu hərbi xidmətdən o xəstəliklə yayındırırlar ki, bunların çoxu, üzr istəyirəm, guya yerlərini batırır, kişilər də bu cür arayış alır. Bəs qəhrəmanlar haradadır?
- Sənə bir misal deyim, onu dərk edib, bunu başa düşərsən. Bizim insanlar niyə muzeyə getmir? Çünki bizdə hər yer muzeydir. Bəzi idarələrdə 5 dəqiqəliklər zamanı, yaxud məktəblərdə müəllimlər otağında dərs ərəfəsi, buna bənzər digər yerlərdə bəzilərinə nəzər sal - elə bil orada əyləşənlər hazır muzey eksponanatıdır. Nə dinir, nə danışır. Bəzisi qurudulmuş balıq kimi, o biri dəmirə döyülmüş çekanka kimi, eramızdan əvvəl yazmış, mumiyalanmış məxluq kimi yapışıb bir tərəfə. El-elə getsin, sel-selə getsin, bunların səsləri çıxmır. Xəstəxana tanıyıram, ordakıların 99 faizinin baş həkimdən zəhləsi gedir. Lakin 3-4 həkim tapmazsan ki, bunu açıq-aşkar, imzalı desin. Sən bunlardan qəhrəmanlıq gözləyirsən?
- Qorxurlar da, işdən çıxardarlar. Onlar da gedib “işverərən” işləyən deyillər ki.
- “İşverən” dedim, yenə də yadıma həmin iyrənc məxluqlar düşdü. Əvvəllər elə bilirdim ki, ən qədim peşə “filan “ peşədir. İndi məlum oldu ki, “işverənlikdən” daha qədim və çörəkli peşə yox imiş. Mən-dən olsa, onları da tez-tez təltif edərdim. Elə bilirsən, saatlarla o çay-xanada, o müdirin-bu müdirin qapısında sülənmək asan işdir? Məsələn, neçə illərdir ki, Viduşkayla Curuşka (ona Curəli də deyirlər) mərkəzdəki çayxanalarda lövbər atıb, donosçuluqla məşğuldurlar. Əsas işləri də redaksiyamıza girib-çıxanları qeydə alıb, onlar haqqında söz bəzəməkdir. Həmin adam redaksiyanin qiymətini görür, o dəqiqə zəng hazırdır: ”Filakəs redaksiyaya getdi, filan dəqiqədir oradadır, hökumət əleyhinə tədbir keçirirlər”. Deyirəm, kül o rəhbərin başına ki, onun informatorları belə şərəfsiz və vicdansızlardır. Bunlar o qədər ləyaqətsiz adamlardır ki, hətta yerlilərdən biri onların üzünə sən öləndən sonra camaat bu qəbiristanlığa gələndə deyəcək: “Allah burada yatanları rəhmət eləsin, bir nəfərdən başqa”.
- Bunlara bu qədər yer ayırmaqdansa, bəlkə, birdəfəlik şəkillərini çap edib, altında da yazaq - rayonumuzun ən şərəfsiz məxluqları.
- Qəzet heyf deyil, onların şəkili ora düşsün.
- Yaxşı, bu söhbəti də qatlayaq. Yeri gəlmişkən, səndən bir şey də soruşum. Niyə bunlar yayın ortasında ağac əkirdilər, indi isə yox?
- Heç o vaxt əkdiklərini qoruya bilirlər ki? Gör Mərkəzi Xəstəxananın baş həkimi nə qədər kasıblayıb ki, indi ağac sulamaq üçün də həkim-lərdən pul yığır.
- Qıza, daha bu qədər də xırdaçılıq eləməz. Bəlkə, kefli olub, elə-belə deyib? Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :804

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az