19 noyabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


19 noyabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Onun da dərdi var?
- Sən demə, onun ən böyük dərdi bizımkilərin yalandan ölmələri imiş. Bizimkilər yazığa mənasız yerə nə qədər əziyyət verir, vaxtını alır, çaşdırır...
- Yuxunun kökünü de, kökünü.
- Məsələnin kökündə bizimkilərin qorxaqlığı dayanır. Onlar Əzrayıl cənabın işini xeyli çətinləşdirir. O, mənimlə söhbətdə deyirdi ki, sizdə adamlar qorxusundan, cəsarətsizlikdən gündə 5-10 dəfə ölüb-dirilir. Mənim siyahımda bu adamın ölümünə 10-15 il qalıb. Bu bədbəxt gündə 50 dəfə “vızıv “atır ki, ölürəm, gəl canımı al. Mənim də min cür işim var. Bekar deyiləm ki? Bir də görürsən İraqda, Əfqanıstanda “krupnıy” partlayış olub, onlarla adam can verir. Təcili gedib onların canını almalıyam. Elə bu vaxt yenə sizdən “vızıv” gəlir ki, təcili gəl canımı al, ölürəm. Gəlib görürəm ki, heç nə. Müdir bir az buna gözünü bərəldib, bu bədbəxt ölür. Nə bilim, müxalif qəzet oxuyanda qonşu onu görüb, şefə xəbər verib, bundan pul istəyir, bunun ürəyi gedib. Deyirəm, ay binəva, bu qədər yığmısan, ver də, hamısını özün yiyəsi deyilsən ki. Bunlara başa salmaq olmur. O gün bizim komandada olan digər mələkləri-İsrafili, Mikayılı, Cəbrayılı da çağırıram ki, bunları başa salın, qorxaqlığı tərgidsinlər, çoxunun ayaq üstə qırxı çıxıb, belə də acizlik, mağmınlıq olar?
- Bəs sən demədin ki, bizdə zirək oğlanlar da var. Lazım gəlsə, Əzrayılın özünə də ”atarlar”. Məsələn, Masallıda qaz idarəsinin keçmiş müdiri var idi ha – Elxan bəy. İşdən çıxana yaxın, rayona 22 ştat gətirdi və biri 2 min 500 manatadan satdı “təminat şöbəsində”, “işıq idarəsində” ixtisara düşən, keçmişdə yaxşı pulyığan kimi tanınan şəxslərə. Özü də qaçdı Gəncəyə.
- O bəddəxtlər bu pulu necə çıxardacaq?
- Bunun min bir yoly var. Məsələn, Mollaoba kəndində təbii qazı evə çəkib sobaya qoşmurlar. Deyirlər ki, elə şlanqla özünüz qoşarsınız. O biri qazçı isə gəlib deyir ki, niyə qazı şlanqla qoşmusunuz? Sonra sənə danışım gözündə qorxu olmayan Şəmi qaqaşdan . Kişinin zirəkliyinə söhbət yoxdur. Gah narkotikə görə qolubağlı apardılar, gah dükanında güya silah tapdılar, sonra hətta mərkəzdə ən yaraşıqlı dükanlardan olan “Ovcular” mağazasını yerlə-yeksan etdilər. Lakin o yenə qorxmadı. Bu yaxınlarda Şəmi qaqaş onu yıxanlara tüpürdüklərini yalamağa məcbur etdi. Yəni, hay-küylə sökülən dükanın yerində ondan da yaraşıqlı dükan tikməyə başlayıb. Nə qorxubazlıqdır? Allahın fağırı Novrüz müəllim var idi ha. Elmira Axundovanın köməkçisi olandan elə ürəklənib ki, oda qohumunun sökülən dükanının yerində təzə dükan tikir.
- Qıza, belələri əsl Əzrayıl görməyib. Bir dəfə onlara gözün bərəltsə, heç bilməzlər, Gülüstan haradadır, İrəm harada.
- Nənəli, Əzrayılın dərin intelikti, biznes bacarığı olsa, bu qədər adam öldürməyi, can almağı kənara qoyub, 100-150 manata “Qızıl qələm” mükafatı alıb, bir az babat pul verib, lap icra hakimiyyətinin böyründə Avropa standartlarına uyğun mal meydanı tikdirər. Bilirsən, orada nə pul var?
- Deyirsən ki, indi kişi neçə illik əzrayıllığından istefa versin?
- İstefa verəndə nə oara ki?
- Qıza, yenə ona şükür, ürəyində bir az insaf var. Doğruçu Əzrayıl istefa versə, bilirsən, ortalığa nə qədər “kitayski Əzrayıl”lar çıxacaq? Bu yenə də adamın ancaq canını alır, qondarma Əzrayıllar bizi öldürəndən sonra hələ “Meyit” firması açıb tükümüzü birinə, sümüyümüzü birinə, orqanlarımızı başqalarına satarlar.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :613

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az