10 dekabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


10 dekabr 2009-ci il  ÇƏPƏRÜSTÜ SÖHBƏT -Yəni, hamı döyüşə hazırdır?
- Yox, hamını deyə bilmərəm, aralarında tək-tük fırıldaqçılar da var. Çünki orada mənə bir əhvalat danışdılar, az qala ağlım çaşa. Deməli, müharibə adını eşidən kimi bir əsgərimiz dönüz tükü ilə sarımsağı ayağına bağlayıb və bir sutka belə saxlayıb. Bu əməliyyatdan sonra oğlanın ayağı elə vəziyyət düşüb ki, hətta onu kəsməli olublar. Amma oğlan “arzusuna” çatıb, hərbidən tərxis olunub.
- Vəssalam?
-Həm də deyiblər ki, bu xəbərdən sonra yerini isladanların sayi sürətlə artib. Ön cəbhəyə getmək istəməyənlər qəndin üstünə 2-3 damcı yod töküb, sonra ağızlarına atıb,süni şəkildə temperaturlarını elə yuksəldirlər ki, deyirsən əsgər bu dəqiqə öləcək.
-Yəni əsgərlərimiz bu qədər elimlidir?
- Bəs nə bilmişdin. Ona görə lap çox elimi olanları, məsələn, bələdiyyə sədirlərinin ərazi nümayəndəsi işləyənlərini, böyük sahibkarların uşaqlarını hərbi xidmətə aparmırlar. Onlar yüksək ağla və elimə malik oduqları üçün, elə fəndlər fikirləşə bilirlər ki, hətta komandirlər çaş-baş qalır.
- Doğrüdan da indi ağıllı olmaq çox müsibətli işdir. O gün kişidən sorüşürlar ki, nə əcəb, çölə az-az çıxırsan?
-Hə, nə dedi?
- Dedi, əvvəllər dəliləri, ağzının danışığını bilməyənləri çölə-bayra buraxmazdılar. İndi əksinə olub. Yəni kim daha ağıllıdır, kim daha mədənidir, kim daha savadlıdır çölə çıxmağa qorxur.
- Elə niyə?
- O qədər ağzının danışığın bilməyən həyasız, üzəduran, super sırtıqlar... əmələ gəlib ki, həmin haqq söz deyən haqqını sübut edənəcən, bir silsilə doqquz mərtəbə söyüş, bəzən qapaz, yumuruq qazanır.
-Bəs yerli rəhbərlər hara baxır?
-Bu üzəduranlar, iş verlənlər elə onların qeyri-rəsmi işçiləridir də. O rəhbərin çoxu elə belələrinin gücünə vəzifədə oturur, yoxsa saxtakarlıqlarına görə çoxdan zibil yeşiyində idilər.
-Yəqin bələdiyyə seçkilərindən sonra bəzi ağsaqqallar demişkən “haqq-ədalət” yerini tapar.
- Bələdiyyə dedim, yadıma bir məsəl düşdü. Axı, heç yerdə namizədlərin şəkillərinə seçki platformalarına rast gəlinmir.
- Qıza, bunlar hamısı pul deməkdir. Bu bələdiyyə üzvü olmaq istəyənlərin çoxunun ağıllı-başlı savadı da yoxdur, normal fikir, təklif söyləməyə də. Gərək kiməsə pul verib özlərinə platförma yazdıralar. Elə 50-60 yerə şəkil yapşdırmaq üçün də pul lazımdır. Rəhbərlik onlara başa salıb ki, elə seçki platformasına, təbliğat xarakterli şəkillərə verecəyiniz pulu da bizə verin, qalanı ilə işimiz yoxdur.
- Bəs bunlar belə imansızlıq edəndə Allahdan qorxmurlır?
- Onları yaxşı tanımırsan. Bunlar Qurbanolduğumuzla da dil tapmağı bacarır. Xalqın milyonlarla pulunu çırpışdırır, sonra onun 1-2 faizini xərcləyib, 2 dəfə Kərbəlaya, 1 dəfə Həcc ziyarətinə gedib, qurban kəsib, ehsan verib aman kağızı alırlar.
-Olar, olar, çünki xalqımız şair xalqdır, hər xəyanəti tez bağışlayır.
Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :633

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az