10 iyun 2010 Çəpərüstü söhbət


10 iyun 2010      Çəpərüstü söhbət- Baxır onu kim vurur, kimə vurur. Silləni dədə-nənə söyüşü ilə birlikdə vurur, ya elə-belə, salatsız ‚ yəni söyüşsüz. Məsələn, Yaşılburun adalarında aqroservizin direktorunun müavininə vurulan söyüşlü silləni 500-ə də ört-basdır etmək olur. Adi sahibkarı şərləmək lazım olan da isə, hətta vurulmayan silləyə görə adamı həbs edirlər.
- Qıza, nəyinə lazımdır e. Kimi sillə yeyir, kimi söyüş yeyir. Əvvəl onun-bunun pulunu sayırdın, indi də yedikləri sillələri sayırsan. Bunlar təəccüblü deyil. Təəccüblü odur ki, indi bəzi məmurlar rəhbərə yaltaqlanmaq üçün yeni doğulan uşaqlarının adını Palma qoyurlar. Soyadlarını dəyişdirib, rayondakı boynubükük palmaların şərəfinə Palmazadə edirlər. İndi gör Palma oğlu Palmalar böyüyüb nə fısqırıq çıxaracaqlar.
- Qıza, nə palmabazlıqdır. Qan daman işlərdən danış e. Keçən dəfə demişdim ha. Yaşılburun adalarında “gözüiləgörən dəyus” söyüşünə görə hamı bir nəfəri təbrik edib. Bax ondan sonra biz tərəfdə qırğın düşüb - biri deyir məni deyir, o biri deyib, sən öl, məni deyir. Qısası, 5-10 nəfər bu ada görə bir-birini qırırmış. Bu vaxt hündürboy, qalstuklu, gülərüz bir kişi gəlib onları sakitləşdirərək mərd-mərdana deyib ki, özünüz boş yerə yormayın, el bilir, aləm bilir, o söyüş mənimdir.
- Ona görə bəzi yerlərdə belə qoz-qoz danışır?
- Nə qoz-filan, bunlar heç məqamı gələndə fındıq nədir, fıstıq da ola bilmirlər.
- Bir xəbər də eşitmişəm. Deyirlər, son vaxtlar kadrların şəxsi işlərini yaman yoxlayırlar. Kim ki keçmişdə xalturşik, qəssab, xuliqan, nə bilim ayağısürüşkən olub... belələrinə daha çox etimad göstərirlər. Çünki belələrini idarə etmək çox asan olur. “Kık” eləyib, “deyərəm ha!” qorxudan kimi, qanın rənginin sarı, yaxud qırmızı olduğunu qarışdırırlar.
- Belə getsə, bəzi qanunlarda dəyişiklik olmalıdır. Məsələn, keçmişdə qəhrəmanlar çox idi. Birinə Milli Qəhrəman, o birisinə Əmək Qəhrəmanı və sair adlar verilirdi. Amma indi elə sənətkarlar yetişib ki, gərək onlara ilin maskası, ilin miskini‚ ilin nakişisi və sair adlar verilsin. - Guya belə şeylər həmin məmurlara təsir edəcək? Onlar pulla mənəviyyatların, ar-namusların elə presləyiblər ki, inan, onlara bir daraq dəyus gülləsi vursan da, kar edəsi deyil.
- Elə o gün bir nəfər mənə zəng çalıb, bu barədə xeyli giley-güzar edib, sonra da qabırğama bolluca tənqid döşədi.
- Nəyimizi tənqid edirdi ki?
- Yazdıqlarımızı. O daş-divara təsir edən sözlərimizi.
- Axı nə deyirdi e..?
- Deyirdi ki, yığışdırın belə-belə sözləri. Səbəbini də belə əsaslandırdı ki, sözü o kəslərə deyin ki, onların mənəviyyatı, kişiliyi var, kinodakı Kərbəlayı demişkən, namusu, qeyrəti var. Yoxsa... bunların bütün ölmüşlərin, qalmışların üzlərinə söy, heç tükləri də tərpənmir. Lap kürəklərinə yekə paz da vursan, deyəcək ki, görəsən bu taqqatuq haradan gəlir.
- Elə bu?
- Yox, bacılı. Axırda bir məsəl də danışdı, amma bilmədim bunu bizimkilərə nə dəxli var. Onun danışdığına inansaq, Şimali Qafqazda bir tayfa var, oranın qadınları il ərzində bir neçə dəfə ərə gedirlər. 3-4 əri olmayanın qohumları bunu özünə dərd edir. Hətta 5-6 ay bacısını görməyən qadın onunla rastlaşanda deyib ki, bacın ölsün bacı, yenə də həmin kişidəsən? İndi bizim bəzi məmur məxluqlar da, gücünə görə tez-tez patronlarını dəyişməyəndə... Nə isə. Bu ev tapşırığıdır. Araşdırıb, cavabını bir nəfərə deyərsən, o da yayacaq kəndə.
Sərraf Zahir R4suloffR4suloff

OXUNMA SAYI :698

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az