11 iyul 2010-cu il ÇƏPƏRÜSTÜ SÖHBƏT


11 iyul 2010-cu il  ÇƏPƏRÜSTÜ SÖHBƏT- Necə alınıb?
- Dəf kimi. Əvvəl gedib böyuk idarələrdən birinə. Deyir, içəri girən kimi, gördüm çoxu mənə zənlə baxır ki, pul verəndir, ya yox. Onları intizarda çox saxlamayıb bildirdim ki, qardaş, puluna minnət, filan işi görmək istəyirəm, bunu kim düzüb qoşa bilər? İnanırsan, bacılı, koridordakı 6-7 nəfərin hamısı az qala bir ağızdan deyib ki, mənlikdir. Amma bir dostumuz eyni məsələ ilə bağlı ora gedəndə, pul verən olmadığına görə hamı demişdi ki, filan şöbəlikdir, o adam da indi burada yoxdur. Nə isə pul görən kimi kişinin problemi bir göz qırpımında həll edilir.
- Elə bu?
- Sonra kişi gedir başqa bir idarəyə. Bilir ki, müdir yaxşı vurandır. Çataçat qoltuğundakı iki super arağı stolun üstünə qoyur, mətləbə keçməzdən qadaq bəyan edərək xatırladır ki, rəhmətlik babamdan qalma xasiyyətdir, heç yerə əliboş gedə bilmirəm. Müdir də ürək dolusu deyir ki, Allah babana rəhmət eləsin, yoxsa, bəzilərinin babası kimi uşağın başını xarab eləyir, Konstutusiya belə gəldi, Avropa konvensiyası belə getdi – pulunu ver, şəkilini çəkdir də. Beləliklə, kişi bu işi də düzüb qoşur, sevincək maşına əyləşib qaza nə təhər basırsa, az qala qırmızı işıqda “QAİ”–nin özünü vura. Tez maşındak “Press” lövhəsini, jurnalist vəsiqəsini bir tərəfə tullayıb, “QAİ”–nin üzünə hırıldaya-hırıldaya ona bir 10-luq uzadır, “naçalnik, deyəsən, bir az naruşenni eləmişəm axı”. “QAİ” də 10 manatı görəndən sonra nə desə yaxşıdır, belə əcəb eləyib qaydanı pozmusan, kaş həmişə naru-şenni eləyəsən, biz də dolanaq. Yoxsa stolbanı, asfaltı yeməyəcəyik ki, özün də bilirsən ki, “tas”ımızı nə qədər qaldırıblar.
- Beləliklə, kişi lap həvəslənib?
- Bəs nədir? Əvvəlkindən də böyük həvəslə gedib torpaq satan idarəyə. Əvvəllər ordan-burdan nə qədər zəng etdirirmiş, “sən ölün” birini 5 qəpiyə vurub deyirmişlər ki, torpaq-filan qalmayıb, qəbiristanlıq yerlərinə qədər satmışıq. Kişi deyir ki, əlində pul içəri girən kimi başqa mənzərə gördüm. Belə ki, içəri keçən kimi salamsız-filansız bildirib ki, özgəsi 5 verir, mən 15 verirəm, mənə 1-2 sotuq torpaq təşkil edin. Tez kişi üçün çay-filan təşkil edib deyirlər ki, heç problemi yoxdur. Zarafatca deyir ki, bəs əvvəllər deyirdiniz bir qarış da boş torpaq qalmayıb, indi torpaq balaladı? Onlar da deyir, elə söhbətlər həyatı başa düşməyənlər üçündür. Sən pulu düş, qalanı sənlik deyil. Nə isə, hesablaşırlar. Bundan sonra kişiyə deyirlər ki, gedək, filan binanın üstünü sənin üçün sənədləşdirək. Gəlirlər həmin dükanın yanına. Kişi görur ki, qəşəng bir marketdir. Torpaq satan dükan sahibinə deyir ki, sənin dükanının üstünü satmışıq bu kişiyə. Market sahibi az qalır dəlilik edə: “Ay bu filan sənədim, ay bu mənim kupçam, filan-bəşməkan”. Torpaq satan deyir ki, qardaş, özünü sökmə, bu sənədlərin hamısında yazılıb ki, dükanın altındakı torpaq sənindir. Yazılmayıb ki, bunun yuxarısı da, yəni göyü də sənindir. Buradan atmosfer qatına neçə min metrə var, hamısını sənə satmamışıq ki? Qısası, bunun üstünü satırıq bu kişiyə. Lazım olsa, onun tikdiyi dükanın da üstünü satarıq başqasına. Xudavəndi Aləmə o qədər yaxın olarıq, bəlkə Allah xofu qəlbimizə daha çox dolar, yoxsa, elə qudura-qudura gedirik e.
- Deməli, bütün işləri kəsə yolla həll edib?
- Bəs nədir? Kişi indi başa düşüb ki, hər işdə gərək haqq-hesabı bu başdan göstərəsən. Bəzi alkaşlar olur e, taksi saxlatdıranda, ayaq üstə güclə dayansalrar da, 1-2 manatı əllərində yellədə-yellədə taksiyə əl edirlər ki, sürücü bu başdan bilsin, o, pulun hamısını arağa verməyib, evə getməyə də pul saxlayıb.
- Hər sahəni başa düşən var da.
- Bax o vaxtdan kef-damaq içində yaşayırıq. Bəzi müdirlər pul verən olduğumuzu bilib, yağlı iş olanda özləri bizə xəbər edir. Kişi də deyir ki, pulla iş görməyin sirlərinə bir az da yiyələnsən, bəlkə elə gedib başqaları kimi dəllal da işləyə bilərsən.
- Allah xeyrinizi versin.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :527

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az