20 iyul 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


20 iyul 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Sənin bu sözün mənim yadıma bir əhvalatı saldı. Hələ sovet dönəmində rayonlardan birinə təzə təyin edilən rəhbər sürüçüsünə deyir ki, imkan olanda bu tərəflərin hörmətli və hazırcavab kişiləri ilə məni tanış elə. O da razılaşır. Günlərin bir günü həmin rəhbər sürücü ilə maşında gedərkən görür ki, bir yaşlı kişi yolun ortası ilə eşşəyi sürə-sürə gedir. Sürücü rəhbərə xatırladır ki, yoldaş başçı, bu kişi sənin axtardığın hazırcavab kişilərədən biridir. Rəhbər deyir ki, siqnal ver dayansın. Sürücü nə qədər siqnal verirsə, kişi yoldan çıxmır, yenə yoluna davam edir. Rəhbər kişinin hazırcavablığını yaddan çıxarıb, elə maşından kişinin üstünə qışqırır ki, Allahın eşşəyi də yoldan çıxıb dayandı, amma sən hələ gedirsən. Kişi heç halını pozmayaraq geriyə baxmadan deyir ki, ay başına dönüm, o eşşək də sizin kimi oxumuşdur, siqnal-zad başa düşür, mən avam, savadsız adamam, siqnal-miqnal bilmirəm.
- İndi deyirsən biz də avamıq, bu oxumuşları başa sala bilmirik?
- O qələti eləyə bilmərəm. Amma onu deyim ki, həmin rəhbər bu söhbətdən sonra həmin kişini dəvət edir kabnetinə. Deyir xoşuma gəldin, mənə bəzi məsləhətlər ver. Hazırcavab kişi deyir ki, istəyirsən, vəzifən uzunömürlü olsun, qudurğan, üzəduran adamlardan çox istifadə elə. Çünki öz yerlilərini yerli-yersiz “qapanlar” həmişə özündən böyüklərin, gəlmələrin ayaqqabılarını da yalamağa hazır olurlar.
- Hazırcavab kişi daha hansı məsləhətləri verib?
- Qıza, hamısını desəm bu rəhbərlər başımızda lap badımcan əkər. Bəlkə keçək başqa mətləbə.
- Keçək də.
- Deyilənlərə görə, qonşu Lənkəran rayonunda “55” adlı bir əməliyyat düzəldiblər. Kimin ki, qeydiyyata düşməyə heç bir yeri yoxdür,
həmin şəxsi məcbur olub polisin binasına qeydiyyata götürürlər və ona izah edirlər ki, “55”lə duzəlir. Kim ki, çıxardıb rahatca 55 manatı verir, iş bununla da qurtarır. Yox, həmin şəxs çox haray-həşir salıb şikayət edəndə deyirlər ki, bu adama pul deməmişik, Nazirlər Kabinetinin 55 saylı qərarını xatırlatmışıq. Bu şəxs isə çaşaraq qərarın nömrəsini pul kimi başa duşdü.
- Görürsən, pul alanda da siyasətlə alasan.
- Təkcə alanda yox, həm də verəndə. Məsələn, mənin Yaşıl Burun adalarındakı dostlarım yazır ki, daha burada əhalinin elə təbəqəsi yoxdur ki, onlara ”tas” qoymasınlar. Axırıncı dəfə evlərində iş görən xarratlar, suvaqçılar... “tas”a otuzdurulub. Bunu eşidən mürdəşirlər, kəfən biçənlər, mərsiyyəxanlar... özləri gedib rəisin yanına ki, bizim “tas”ımız nə olacaq, indidən bilək. Deyilənə görə razılaşıblar. Qısası, indi həmin ölkədə “Köhnə hamam, köhnə tas” məsələni dəyişdirib, “ Təzə rəis, təzə tas”kimi işlədirlər. Özü də sən vergi ödəmələrinə baxma, hərdən yubada bilərsən, bu zaman avtomatik ”polisə müqavimət” maddəsinə düçar olurlar.
- Lap əcəb eləyirlər. Bunlar həmişə düz işləsəydi, indi biz nədən yazardıq? O “tas”a otuzduranlara çox boy verəndə tası adamın başında çatladırlar. Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :630

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az