31 avqust 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


İndi “kattalı” da, “kattasız” da kəndi o qədər çapan var ki, gəl görəsən.
31 avqust 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT - Amma öz aramızdır, bu ərazı nümayəndələrinin yaxşı çaq-çuqqu olmasa, həmin vəzifəyə 10-15 min manat maya qoymazlar ki?
- Bacılı nə qədər ki, əlində hökümət möhürü var, çaq-çuq da var. Əvvəllər Rusiyaya gedənlərə verdikləri tərəvəz arayışından, həyətyanı torpaqdan-zaddan qazanırdılar, amma indi çörək yerlərinin ünvanları dəyişib.
- Onda təzə çörək yerlərini yavaş-yavaş xırdala, qoy bilməyənlər də bilsin.
- Elə başladıq ünvanlı yardımlardn. Deməli, bu ərzi nümayəndələri əlbir olur ”təminat şöbəsinin” müfəttişləri ilə. Ehtiyacı olanlar, kasıb, əlsiz–ayaqsızlar qalıb bir tərəfdə, Mersedesi, KaMAz-ı, topdağıtmaz imarətləri olanlar üçün elə arayış düzəldirlər ki, guya bu şəxslər acından ölur.Ona görə, ünvanlı yardım alanların siyahısını hətta deputatlar da bunlardan ala bilmir.Hökumət məmurları deyir ki, tankın, raketin, sualtı qayığın yerini deyərik, amma ünvanl sosiyal yardım alanlaırın adını yox.
- Düz də eləyirlər. Hansı dəli oğuradığı pulun yerini deyər. Bəs indiki “katta”ların sonrakı qazancı nədən olur?
-Azyaşlılıarın nigahı indi olub ən çorəkli yer. Əvvələr hər yetimdən 100-150 manat alıb, bu barədə qərarı verirdilər. İndi val dəyişib. 1-2 nəfərdən alırlar, amma 1000-1500 manatdan az alımırlar.
- Arada “S” adlı kənddə də belə bir şey olmuşdu.
- Düz tapmısan. Hətta yuxarı təşkilatlara da şikayət olmuşdu. Qıza, oğlana toy da calınmışdı, 14 yaşlı qız gəlin də köçmüşdü. Amma icra hakimiyyətinin köməyi ilə arayış aldılar ki, bu toy kaseti-filanı quramadır, toy-filan olmayıb. Sonrası isə lap rüsvayçılıq oldu. Deyilənə görə, işi ört–basdır etmək üçün həmin az yaşlı qızı guya aborta aparıblar, sonra da bir bəhanə ilə boşamaq istəyiblər. Bu günlərdə 15 yaşı tamam olan qızın taleyı hələ də çək-çevirdədir.
- Qıza, bu harasıdır? İndi ərazi nümayəndələri arayışla pensiyaya şıxanlar üçün ələvə uşaq təşkil edirlər. Yəni, pensiyaya çıxmaq üçün sənin 4 uşağın var. Bir var, əziyyət çəkib 9 ay qarnında uşaq bəsləyəsən, bir də var, hər uşağa 100 manat veib çoxuşaqlı ana olasan.
- Bir də bu çörəkli işlərdən yerdən yerə fərqi var. Məsələn, hansı ərazidə su hövzəsi, meşə, başqa sərvətlər var, onlara uyğun əlavə “tas”lar və qazanclar da olur. Ərasidə yol çəkilişi-filanı da çörəkli işlərdəndir. Xeyriyyəçinin çəkdiyi yol bələdiyyənin adına, bələdiyyənin çəkdiyi icra hakimiyyətinin adına... belə-belə aləmi qatışdırıb, pul qapazlayırsan. Sonra hər saxta “qırmızı hərbi biletə” görə ərazi nümayəndəsinin haqqı var. Bığıburma cavan hərbiyə getməyib, onun gözu qabağında gəzsin, pul verməsin, bu da insaf deyil. Ağlı olan ərazi nümayəndəsi seçkidə də yaxşı pul vurur. Əlidən də alır, Vəlidən də, ya bəxt, hansı seçilə.
- Elə təkçə ərazi nümayəndəsi dolanır, ya işçılərə də pay düşür?
- Əvvəllər çaq-çuq çox idi, hamıya pay düşürdü. Amma indi başçı sümüyə dirənib. Məsələn, ərazi nümayəndəsinin mühasibini işə götürəndə “qulağını” elə kəsirdilər ki, o yazıq bilmir, verdiyini haradan çıxartsın. O da cumur xadimələrin üstünə. Hər xadimənin əmək haqqından5-6 manat çırpışdırır ki, amayabaş çlxsın.
- Bu da hər yerədə mümkün olmur. Elə ərazi nümayəndəsi var ki, xadimə məsələsini də özəlləşdirib. Məsələn, Hüsni Uzəduran var idi ha, onun ərazi nüməyndəsi işləyən oğlunun tamahı o qədər itilik eləyir ki, öz cavan həyat yoldaşını işlədiyi binaya süpürgəçi “aformit” elətdirib, amma otağı başqa bir qoca arvada süpürtdürür.
- Amma mən bilən xadimə biznesi elə də az qazanc gətirmir. Elə məktəb yoxdur ki, orada 10 xadimədən 5-nin adı artıq yazılmasın, plastik kartı da direktorda olmasın.
- Lap yadımdan çıxmışdı. Bunların ən çörəkli işlərindən biri də payıbəlli torpaqlarda həyətyanı yer satmaqdır. Əvvəl pul alırlar ki, get tik, sonra deyirlər ki, pul ver, cəriməsini ödəyək. Sonra da başqalarını həvəsləndirirlər ki, çox adam tiksin, kütləvi olsun, sökə bilməsinlər.
- Bütün bunlar oz yerində. Rayonumuzda elə ərazi nümayəndəsi, bərkgedən molla, hakimiyyətə işləyən ziyalı tapmazsan ki, yağlı yerdə bir ”tocka”sı olmasın.
- Burada pis nə var ki?
- Bizdə hakimiyyət ”tocka”nı o adama verir ki, həmin şəxs istənilən vaxt onların qarşısında vergülə, ən aşağı nöqtə-vergülə dönsün.
- Onda Allah üsünüzə baxıb ki, apastrof ləğv edilib. Vergül əyilsə də, ayağı yerdədir, apastrofun isə qıçı elə yuxarıda olur. Yoxsa, indi ətrafımız “apastrof”- la dolmuşdu.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :691

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az