20 sentyabr 2010 ci-il Çəpərüstü söhbət


20 sentyabr 2010 ci-il    Çəpərüstü söhbətYox, qıza. Məsələ özgədir. Bu işdə onlarla adamın adı gedir. Hər adamın polisə girib-çıxması da fıştırıqla başa gəlmir ki! Yəni sən günahsız olduğunu sübut edənə qədər çox doğanaqlardan keçirsən.

- Sözünün canın de.

- Sözün canı odur ki, Qumbaşı Masallı ilə Lənkəran rayonunun sərhəddində yerləşir. Bu qədər masallılının Lənkəran polisinə izahat verməsi, bəzi masallılı polisləri narahat edib. Hətta biri ürəyindəkini dilə gətirərək deyib ki, zalım uşağı, bu davanı 100 metrə bu tərəfdə, Masallı ərazisində törətsəydiniz, dünya dağılmazdı ki. Bu qədər çörəyi qonşu rayonun polislərinə qismət elədiniz.

- Belə şeylər çox olur. Xüsusən, Bakıda. Orada bəzən küçənin bu tərəfi bir rayonun, o biri tərəfi başqa rayonun ərazisinə daxil olur. Bir nəfər masallılı gəncin əlindən xəta çıxır. Amma işi sahmana salmaq, polisə vermək üçün “şirinliyi” olmur. Polis isə ona qardaş kimi məsləhət bilir ki, gedib küçənin o biri hissəsində, yəni digər rayonun ərazisində oğurluq etsin, oğurladığını satıb bunların pulunu versin.

- Bəzi icra başçılarının əməlinə baxanda bu polislərin işi toya getməlidir. Yadında olar da, cənub rayonlarından birinin başçısı 6-7 il əvvəl həkimin ona yazdığı “Şam” adlanan dərmanı bilmədən ağzına atmışdı. 5-6 il əvəl isə idarəçilikdən xəbəri olmayanı başqa bir başçı fəaliyyətə başladığı gün ümumi şöbə müdirinin onun qarşısına qoyduğu şikayət məktublarına baxaraq soruşub ki, indi bunları nə edim? Şöbə müdiri də deyir ki, dərkənar qoy. Bir neçə saatdan sonra məktubları geri aparan şöbə müdiri baxıb görür ki, başçı bütün məktubların üstünə yazıb “dərkənar”, “dərkənar”, “dərkənar”.

- Məndə Yardımlıdan da maraqlı xəbər var. Lap Xudayar bəylə Məmmədhəsən kişinin eşşək məsələsinə oxşayır.

- Danış, biz də bilək.

- Necə deyərlər, hadisə baş verir Yardımlının Anzov kəndində. Belə ki, seçki ərəfəsində bir çox yaşayış məntəqələrində olduğu kimi, bu rayonun Anzov, Şiləvəngə, Dağüzü, Zəngələ, Qaraqaya və sair kəndlərində seçki məntəqəsi kimi istifadə olunacaq məktəblərin təmirinə başlanılıb. Lakin bu təmir işləri o qədər bərbad və yarıtmaz aparılır ki, necə deyərlər, məktəbin bu tərəfinin təmiri qurtarmamış, o biri tərəfi uçur. Tikinti materiallarını baha qiymətlə sənədləşdirib, ucuzundan istifadə edirlər. Hətta mismarı, şrupu saya-saya 1 kiloqramdan artıq olmayaraq verirlər.

- Bəs, bu eşşək söhbəti nə olan şeydir?

- Burada su məsələsi də əsl problemə çevrilib. Belə ki, Anzov kəndinə verilən texniki su kənddən 3 kilometr məsafədə yerləşir. Tikinti işlərində istifadə etmək üçün kənd sakinlərindən birinin eşşəyi bu işə cəlb edilib. Onu da xatırladaq ki, bu kənddə hər evin öz eşşəyi, təqribən 100-ə yaxın eşşək var. Həmin eşşəyin sahibi gündə 10-15 “reys” edərək, o 3 kilometrlik məsafədən tikintiyə xüsusi qablarda su daşıyıb. Hər “reys” bir manata danışılsa da, indi kişinin haqqını kəsirlər. Bu yazıq da Məmmədhəsən kişi kimi düşüb həmin “Xudayar bəy”in dalınca, pulunu ala bilmir.

- Bax, burada mənim yadıma başqa bir “eşşək” söhbəti düşür. Belə ki, bir uşaq atasından soruşur ki, “eşşək” sözündə neçə “ş” var? Atası da deyir ki, baxır onu kimə deyirsən də. Adam var əməlinə görə ona “eşşək” deyəndə elə bir “ş”da bəsdir. Məsələn, “eşək”. Amma adam var, lap 4 “ş”-da işlətsən, məsələn, “e-ş-ş-ş-ş-ə-k” də desən, yenə azdır.

- Bu xırda-mırda söhbətləri qurtar. Gəl, seçkidən danışaq. Deyə bilərsənmi, xalq kimə səs verəcək?

- Mən bilən söz bilməyən, indiyədək səsi çıxmayan namizədlər daha çox səs alacaq. Bu barədə gələn dəfə daha ətraflı danışarıq. Onda bilinər ki, “qara” ilə “ağ günə” çıxan namizəd kimdir, seçkidə “Yusif Sərrac” rolunu oynayanlar kim. Hələlik bəlli olan isə odur ki, YAP-ın namizədi kimi seçkiyə qoşulanlardan birinin, yeyib-içən oğlan olduğu uçun yeməkxanalara xeyli borcu var. Ümid edir ki, seçki öncəsi onun borclarını ödəyən tapılacaq.

Sərraf Zahir R4suloffR4suloff

OXUNMA SAYI :593

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az