20 oktyabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


20 oktyabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Bəs nədir? Çoxlarını elə bəlkə də, boğdular. Elə adamlar namizədliyini qeydə alırlar ki, bacı canı, Milli Məclis sözlərinin mənasını belə bilmir. Yəni həmin adamların bəzisinin həyatda puldan başqa bildiy heç bir şey yoxdur.
- Ağlıma qurban olum. Bəziləri məni də yoldan çıxardıb deyirdi ki, namizədliyini irəli sür, başqaları necə, sən də elə. Düymə basmağa nə var? Hər ayda bir-iki çörəkli iş aşırıb bəy balası kimi dolanırsan. Yaxşı ki razı olmadım. Yoxsa indi məni də vətən xaini çıxatmışdılar.
- Mütləq deyil ki, deputat olub çörək qazanasan. Oğlan var idi, yalandan namizədliyini irəli sürməklə də pis qazanmadı. Yəni haqq-hesabını alıb, vaxtında namizədliyini geri götürdü, daha dəqiq desək, satdı. Pulu pul, hörməti də hörmət.
- O namizədliyi qeydə alınmayanlar var ha, onlar gərək hökumətə minnətdar olalar. Bir var ki, qeydə alınasan, ona–buna yalvarıb səs xahiş edəsən, kəndbəkənd gəzib zülümlə tərəfdar toplayasan, hələ seçki günü, onun axşamı DSK qabağında yatasan, sonra da hər şey fış-fışla gedə. Bizim humanist, xeyirxah hökümətimiz bu başdan həmin adamlara başa saldı ki, bu iş sənlik deyil, nə verirlər al, get çaq-çuqunu elə.
- Çox sağ olsunlar. Məndən olsa, təzə seçiləcək o deputatları heç əziyyət verib, Mill Məcilisə çağırmaram. Ayaq üstə şəkillərini çəkdirib vurduraram Milli Məclısin salonuna. Onsuz da bir çoxu ağızlarını açıb bir kəlmə də damışmırlar. Əvvəllər deputatxanada 5-8 müxalifətçi əyləşirdi, bunların ağzından vurmaq, lap söymək üçün bir iki söyüşçü deputata ehtiyaç olurdu. İndi həmin məsələ də həll olunur, Milli Məclisdə tam sakitlikdir.
- Bir də elə bilirsən ki, hakimiyyətdəkilər xamdır? Arzuolunmaz şəxsi qeydə alıb, sonra da yalvar-yaxar etsinlər ki, sən Allah, namizədliyini geri götür, nə bilim seçki günü hər qutunun yanına bir müşahidəçi əyləşdirib, zəhləmizi tökmə və sair. Elə bu başdan nəfəsin kəsir, o nəmizədlər də bir–iki həftə qara-qışqırıq salıb sakitləşir.
- Buna görə bu məsələni birdəfəlik qatlayıb qoyaq başqa tərəfə, ərəb ölkələrində parlament yoxdur, əhali yaşamır? Gündə bir ölkədə kefdədirlər.
- Qıza, dərd o deyil. Bilirsən də, bu yaxınlarda ictimai televiziya hər namizəd üçün 4 dəqəqəlik efir vaxtı ayırıb. Məni dərd götürüb ki, o söz bilməyən namizədlər 4 dəqiqədə nə danışaçaqlar, axı bu bədbəxtlər söz bilmir, onların bəzisi 3 sözü bir-birinin dalınca qoşmağı bacarmır.
- Elə buna görə bəzisi heç efirə çıxmır, yaxud da ora nümayəndəsini göndərirlər.
- Amma mənim bəzi yalançı alternativlərə lap babalım, yazığım gəlir. Hamı bilir ki, bu şəxslər həmin namizədin vəkilidir, dəllalıdır. Amma güya burada rəqibdirlər. Adamları lap siçan-pişik sayırlar, guya heç kim heç nəyi başa düşmür. Daha qorxaqlıq bu qədər də olmaz axı. Keçmişdə
deyərdilər ki, əsl igid mübarizə meydanında bilinər. Bunlar isə mübarizədən elə qorxurlar, elə qorxurlar, arvad kimi mən xəçalət çəkirəm. Belə yerdə deyirlər də qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.
- Bu, yalançı altevnativləri görəndə yadıma bir qədim əhvalat düşdü. Hələ sovet dövründə bəziləri təzə tanış olduğu qızın yanında şellənmək üçün bəzi dostlarına deyərdi ki, mən qıza keçən yolda qarşıma çıxıb, mənə söz atarsan, mən də sənə bir dənə vurub aşırdaram, qız da görər ki, necə qoçuyam. İndi bunlar da, deyəsən, həmin yolu tutub.
- Elə-belə yaxşıdır. Bəzi yalan söyüş dağarcığı olan deputatdansa, elə lal-dinməzi, söz bilməzi abırlıdır.
- Sənə bir ”ev tapşırığı” da verim. Araşdır görək, o, hansı xanım deputatlığa namizəddir ki, gah deyir, seçkini oliqarxlar həll edir, gah yalandan İngiltərə ilə telefonla danışır ki, orada hakimiyyətə yaxın olan xanım guya bunu dəstəkləyir.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :488

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az