31 oktyabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


31 oktyabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT. Deputatlığa namizədlərdən biri televiziyada namizəd kimi çıxışından qabaq yaxınlarına deyib ki, birdən qarşımdakı kağız yerə düşsə, ya opponentim onu əlmdən alsa, gərək durum oradan qaçım. Çünki hamı bilir ki, mən, yəni sabahkı deputat 2 sözü bir-birinin dalınca qoşa bilmirəm. Allah məni yaradıb yaşadığım ərazidə əhalinin pulunu yığım, üstündən bir az götürüm, qalanlarını çatdırım rayonun böyüyünə.
- Belə-belə işlərə görə ürəkbulanma artıb?
- Bəs nədir? Televiziyada 5-10 kişi düzülüb boy-boya, 2-3 nəfəri çıxmaq şərti ilə iqtidarlı–müxalifətli qığıldaya-qığıldaya, sözlərinin dalı-qabağı bilinmədən elə hey qırıldadırlar. İsa Qənbərin sözü olmasın - nə günə qalmısınız? Doğrudanmı, bu millət ağzı söz tutan, yaltaqlıqdan, miskinlikdən uzaq, ləyaqətli övladları yoxdur ki, bunlar meydan sulayır?
- Eh ay bacı, birini bilirsən, birini yox. Bunlar var ha, onların işi-gücü ancaq onlara biyyət etməyənlərə şəbədə qoşmaq, onları ləkələməkdir. Bu gün lap Koroğlunu gətirib deputat etmək istəyəsən, onu da ləkələyərlər. Biri deyəcək ki, qanunsuz silah gəzdirirmiş, o biri deyəcək reketçiliklə məşğul olub, hörmətli mülkədarlarımızın əmlakını dağıdıb, kütləvi insan qırğınına səbəb olub, dağlarda qeydiyyatsız yaşayıb və sair.
- Elə-belə şeylərə görədir ki, vaxtilə yazıçı Seyran Səxavət yazmışdı ki, bu gedişlə bu xalq lap Məhəmməd Peyğəmbərin də deputatlığına əngəl törədər.
- Məni daha çox yandıran, adını ziyalı qoyub bəzilərinin bu seçkidə “quyruq” funksiyasını yerinə yetirməsidir. Məşhur kinoda deyilmişkən “Bəy, sən gərək bu işə qol qoymayaydın”. Hərdən istəyirsən lap söyüş söyməməyə görə qardaşından pul alıb, sonrakı haqsızlığı görüb pulu qaytaran kişi kimi bəzi salam-əleyklərin üstündən xətt çəkəsən, deyəsən ki, hər şey bir yana, imkan ver, bu “ziyalını” əməlli-başlı söyüm ki, ürəyim soyusun. (Vay, yenə ürəyim bulandı.)
- Bir tanışım var, deyir ki, kənddəki namizədlərdən biri 3 gündür YAP rayon qərargahından çıxa bilmir. Neçə gündür burada onun üçün yazılan hazır çıxışı normal oxuya bilmir. Deyən yoxdur, ay bədbəxt balası, get idmanını elə, başını bura niyə soxursan ki, belə günə də qalasan.
- Hələ bu harasıdır. Bir “köhnə deputat”, indiki namizəd var, puldan başqa bir şey tanımır. Keçmişə aid də bəzi-bəzi söhbətlər var, hələ ki, tərpətmirlər. Deməli, bu, özü üçün bir platforma düzəltdirib, o platformada o qədər vədlər verir ki, dünyanın 5 ölkəsinin nazirlər kabineti yığışsa, həmin vədlərin heç yarısını 10-15 ilə reallaşdıra bilməz.
- Əvvəllər deyirdilər ki, döyüş alnımıza yazılıb. İndi deyəsən, bunların alnına elə şeylər yazılıb ki, desəm, yenə ürəyin bulanacaq. Mən bu fikirlə razı deyiləm. Bizimkilərdə düyüşkənlik yenə var. Baxır nə üçün? Məsələn, bəzi icra başçıları öz bazarı uğurunda elə vuruşur ki, o, Qarabağ uğurunda belə vuruşsa idi, indi Xankəndini almışdı.
- Bunların başı öz işlərinə belə qarışıb ki, xalq yadlarından çıxıb da. İndi falçının yanına gedənlərin sayı deputatın, icra başçısının yanına gedəndən çoxdur. Buna görədir ki, bəzi millət vəkilləri yel əsən kimi xalq nədir, heç özünə vəkillik edə bilmir.
- Yaxşı, yenə ucun tutub, getdin ucuzluğa. Qayıdaq seçkiyə. Sənə bircə sual verim: “De görüm, seçkini sən təşkil etsə idin, nə edərdən?”
- Birincisi, kim namizədliyin qeyd etdirməki istəsə idi, qeydə alardım. Lap olsun namizədlərin sayı 5-10 min. Daha sonra namizədlərin seçkiqabağı xeyriyyəçilik etməsinə qadağa qoymazdım - kim istəyir yol çəkdirsin, körpü tikdirsin, pul paylasın bu içdə hamıya sərbəstlik verərdim, hətta yaxşı pul paylayanları həvəsləndirərdim.Təsəvvür elə, 5 min adamın hərəsi bir iş görsə, nə qədər iş görulər. Çünki bunların əksəriyyəti elə adamlaradır ki, dədələrinin hüzründə də adamlara müftə yemək vermir. Amma seçki vaxtı səxavətli olur, xeyli pul xərcləyirlər.
- Bəs sonu nə olacaq?
- Sonu nə olacaq ki?! Yenə həmin qutu, həmin seçki komissiyası, kimi istəyirsən seç də. Amma “zato” seçkiyə qədər xalq üçün nə qədər iş görüləcək.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :620

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az