11 noyabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-11 noyabr 2010-ci il  ÇƏPƏRÜSTÜ SÖHBƏT Qıza, bəzi 4-5 yaxşı adamın namizədliyin irəli sürülərdi ki, əhali bu yaxşılardan ən yaxşısını seçsinlər. Bizdə isə 4-5 pisi salırlar ortaya ki, gedin bu pislərdən lap pisini seçin.
- Bacılı, fərqi nədir e, yaxşı, ya pis namzəd, onsuz da dediklərinə əhəmiyyət verən yoxdur. Camaat hələ də bilimir ki, yaxşı deputat kimə deyərlər. Bəziləri deyir ki, deputat yola asfalt salan deyil, qaz, su məsələsini həll edən deyil. O, qanun yaratmalıdır. Başçısı da deyir, tutaq ki, lap onlar deyən kimidir. Yəni Pənah Hüseynli kimi hər iclasda 2-3 dəfə haray-həşir saldın. Nə olsun. Lap parlamentin yarısı elə Pənah kimi oldu inqilabçı. Qaldırdığı məsələlərə aid qanun qəbul edildi. O qanunu kim icra edəcək? Ünvanlı yardıma aid nə gözəl qanun var. İcrasından danış e, qıza. Korrupsiyaya qarşı mübarizə ilə bağlı qanundan daha nələr yazılmayıb? Bu qanundan sonra korrupsiya daha da çiçəkləndi. Dünyanın heç yerində insan hüquqları ilə bağlı bizdəki qədər çox və qəşəng-qəşəng qanunlar qəbul olunmayıb. Lakin bizdəki qədər insan hüquqlarını pozan da az tapılar. Hara fırladırsan, yenə də görürsən ki, ən yaxşısı tum çırtlaya-çırtlaya domino oynamaqdır.
- Mən fikir vermişəm, bəzilərinə bu deputatlıq heç lazım deyil. Sadəcə puluna görə oyuna salıblar. Bəziləri isə sadəcə mirta deputat olmaq istəyir ki, desinlər, filankəsin də oğlu deputatdı.
- Onu-bunu bilmirəm, bu ilki seçkilər yağ kimi getdi. “Nişanlanmış” namizədlərin 95 faizinin nəinki reyal alternativi yox idi, əksəriyyəti vəkillərdən, əsas müdafiəçilərdən özlərinə alternativ düzəltmişdilər. Bunu da öz krflərinə eləmiyiblər e. Axı dünya baxır. Seçkiyə tək-tənha qatılmayacaqlar ki? Taxtadan, qamışdan da olsa, görüntü xatirinə 2-3 namizəd düzəltməli idilər, onu da düzəltdilər. Həmin yalaçı namizədlər də nə itirir ki? Pulu pul, adı da ad. Gələcəkdə tərcümeyi-hallarında yazacaqlar ki, filan ildə mən də deputatlığa namizəd olmuşam.
- Bu söhbətləri eşidəndə mənim yadıma Leyli-Məcnun əhvalatı düşür.
- Leyli- Məcnunun bu seçkiyə nə dəxli var?
- Qıza, bunu məsəl üçün dedim. Əslində yadıma düşən məşhur futbolçu Pele ilə bağlı bir olaydır. Belə ki, bir dəfə oyunda elə vəziyyət yaranır ki, onun tərəfdaşı qapıçını da aldadır topu otürür Peleyə ki, onu boş qapıya vursun. Lakin Pele boş qapıya top vurmağı özünə yaraşdırmayıb, bilə-bilə topu kənara ötütür. İndi ay bacı qurban, bu gün özündən deyən oğlanların çoxu “topu” boş qapıya vurmaqdan utanıb-qızarmırlar. Adama deməzlər ki, belə güclü idinsə, onlarla adama namizədliyini hədə-qorxu ilə niyə geri götüzdürdün? Belə güclü idinsə, deputat postuna “oppalarda” niyə gəlirdin? Kişi kimi güclü rəqiblərlə döyüşə-döyüşə gəlsəydin, qalib gələndə də hamı bir ağızdan deyərdi: “Ki-ş-i-d-i bu!!!”.
- Mənə elə gəlir ki, zaman keçdikcə insanlar atalar sozünə daha çox əməl edir. Bir misal var ha: “On iki imama yalvarana kimi, elə bircə Allaha yalvar”, bax, bu seçkilərdə də həmin məsələyə ustalıqla əməl etdilər. Hər dairədə 40 min seçiciyə, 200-300 məntəqə üzvünə yalvarana kimi, elə bircə yuxarıda bərkgedən bir oliqarxla, aşağıda da icra başçısı ilə dil tapırsan, məsələ bitir.
- Bəs seçkidən sonrakı işlərdən ağlın nə kəsir?
- Bəzi adamlar var idi ki, bu vaxta qədər bəzi papaqları, yəni vəzifələri istəyirdilər. İndi isə istəyirlər ki, özləri papaq dəyişən olsun . Ona görə bəzi vəzifələrin adını salıblar qara siyahıya.
- Sən bilən, torpaqların yerini dəyişəndə cəm dəyişəcək?
- Bu misal keçmişdən qalmadır. İndi sağluğuva nəinki torpaqların, lap çıxılanların, vurulanların, bölünənlərin də yerini dəyişirsən, heç nə dəyişmir. Balaca ötəri ünvanlı yardım məsələsinə nəzər sal. Hansı müdir olur-olsun, istər elə-beləsi, istər əsil-nəcabətlisi, əli bir az pula bulaşan kimi murdarlıq, saxtakarlıq dirənir ərşə.
- Bu xırda məsələlərdən sonra da danışa bilərik. İndi gedək, dincələk. Bəlkə, gələn dəfə bu mövzuda elə söhbətlər etdim ki, nəinki heyrətdən tüklərin biz-biz ola, bəlkə də rəngin dəyişə.
Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :614

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az