30 noyabr 2010-ci il ÇƏPƏRSÜSTÜ SÖHBƏT


30 noyabr 2010-ci il ÇƏPƏRSÜSTÜ SÖHBƏT- Sizin ki, qonşular sakitdir?
- Mən də elə bilirdim. Çünki qonşu kişi bir az sözü üzə şax deyən olsa da, xanım çox sakit, lal-dinməzin biridir. Heç ucadan səsini eşitməmişdim.
- Bəs dava-dalaşa səbəb nə imiş?
- Deməli, nədənsə kişinin papağı arvadın diqətini cəlb edir. Ərindən soruşur ki, ay kişi, xeyir ola, papağının ortası az qala deşilə. Kişi də deyir ki, həmişə sozün düzünü dediyim üçün, hamının nöqsanını gözünün içinə dediyim üçün, hər yetən bir qapaz vurub, papağım olub deşik-deşik. Arvad deyir ki, belə şey olmaz. Kişi nə qədər and-aman edirsə, arvad inanmır. Axırda kişi “əyani vasitəyə” əl atır. Arvada deyir ki, elə sənin də nöqsanını üzünə desəm, şivən qopardacaqsan. Arvad deyir ki, hələ de. Kişi bir az sıxıla-sıxıla deyir ki, vallah, elə sən də dədən evində qartımışdın, xalan, bibin güclə mənə sırıdı. Bunu eşidən arvad başlayır kişini qapazlamağa.
- Deməyindən belə çıxır ki, daha düz soz deməyək?
- Özün bilərsn e, sadəcə bir misaldır da çəkdim. Yəni düz sozə görə qapaz yeməsən də, elə əhəmiyyət verən də tapılmayacaq. Bizimkilər ancaq pul məsələsində dillənir. Bax, seçkidə nə qədr murdarlıq oldu, minlərlə insan susdu. Onda ki, başaladılar seçki saxtakarlığına görə məntəqə sədrlərinə, üzvlərinə pul paylaşmağa, şivən qopdu. Çünki pul əsas sahibinə çatana qədər gah “sponsor”, gah ərazi nümayəndəsi, gah məntəqə sədri pulun “qulağını” kəsir. Ona görə də əksər məntəqə üzvləri verilən “haqqın” onlara göndəriləndən xeyli az olduğu gümanındadırlar.
- Yəni bu pisliklərdən insan qəlbini təmizləmək olmaz?
- O vaxt yaponlar müharibədən sonra musiqu dərslərinin sayını artırdılar ki, insanların qəlbindən nifrəti, pislikləri daha çox təmizləsinlər. Amma bizdə hətta musiqi məktəblərinə gah “Seygah” , gah “Humayun” üstündə elə saxtakarlıqlar edirlər, özün də heyran qalırsan. Saxtakarlıq bəzilərinin gözünü elə qapayıb ki, musiqi dərslərini elə musiqidən xəbərsiz şəxslərə tapşırırlar ki, şagirdlər az qala həmin müəllimlərin özünə dərs keçsinlər. Qısası, bu məktəblərdə müəllimlər valideynləri “mədəni–mədəni” elə soyurlar ki, özün də heyran qalırsan. İnanmazsan, bir dəfə bekarçılıqda gəl, bu gəlhagəlin “çertiyojunu” sənə göstərim.
- Məndə də başqa işlərin ”çertiyojları” var. Əvvəllər yol kənarındakı çöl quşlarına yel vurardılar ki, daha kök görünsün, indi cücələri də, inəkləri də o cürə şişirdib satırlar.
- Sən də söhbət tapdın da danışmağa. İndi axmaqlar da görür ki, ətrafımızda it yiyəsini də tanımır. Rəhmətlik Seyid Sadığın “kişi var?” sualına cavab verən tapılmır. “Kişi sözü”nü yeyənlərin sayı isə günbəgün artır. Bir az səbr elə, gör nə konsertlər olacaq.
- Ramiz Rovşən demişkən, nə yaxşı ki, gecə yavaş-yavaş işıqlanır. Yəni gecə qəfil işıqlansa, bilsək ki, kimlər əyilə-əyilə kimin evindən çıxır, kimin əli kimin cibindən çıxır, onda bilirsən nələr olar?
- Nələr olar?
- Ən azından bilinər ki, özündən deyən çox oğlanın imzası ilə rəhbərlik etdiyi ərazidə 100 min manatlarla pul silinir, min cür murdarlıq edilir, lakin kənd təəssübü çəkməli olanlar beş–on manatın müqabilində buna susurlar.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :592

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az