21 dekabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


21 dekabr 2010-ci il  ÇƏPƏRÜSTÜ SÖHBƏT- Düz tapıbsan, bacı qurban. İndiki həkimlər xəstələrə elə bahalı dərmanlar yazır ki, dərmanın qiymətlərinə baxanda həmin şəxsin bütün xəstəliyi yadından çıxır. Səbəbini də sən soruşmamış deyəcəyəm. Sən demə, həkimlər bəzi dərman satan işbazlarla birləşib həmin dərmanların satışında xeyli faiz götürürlər. Əvvəllər xəstə dərmanın yanına gedirdi, indi dərman xəstənin yanına gedir. Belə ki, işbaz dərman satanlar gəlir bəzi bərkgedən həkimlərin yanına və razılaşırlar ki, düz gəldi-gəlmədi bizim firmanın dərmanlarından yaz xəstələr üçün. Pul ola, həkim ola. Haqqında mahnılar qoşduğumuz “sənə qurban, can həkim” də ağına-bozuna baxmadan xəstənin resseptini həmin dərmanlarla dol-durur, özü də bu işdən gələn qazancın 15-20 faizini götürür. Əvvəllər 1 manata olan dərman firma dərmanı olandan sonra olur 7-8 manata, 5 manatlıq olur 25 manata. Bir parodiyada deyilmişkən, xəstənin sazı olur kontrabas.
- Hələ insafın itirməmiş bəzi həkimlər deyir ki, bu firma dərmanları xəstəni sağaltmaq üçün yox, onu ömrü boyu müalicəyə düçar etmək üçündür. Bir çox həkimlər - ginekoloqundan cərrahına qədər, bu alverdən bəzən ayda 1-2 min manat qazanır.
- Bu ki, gözgörəsi soyğunçuluqdur. Bəs buna əlac etmək olmaz?
- Niyə olmaz. Baş həkim, hüquq mühafizə oradanları bir-iki nəfəri sınaq üçün, şərti “kliyent” sifəti ilə, yəni narkotik alverçilərini tutduqları kimi, yollasınlar həmin həkimlərin yanına, görsünlər ki, bizim ağ xalatlılar xəstələri necə qaragünə qoyur, onların anasını bu firma dərmanları ilə necə ağladırlar.
- Amma eləməzlər. Çünki həmin faizlərdən onlara da faiz gəlir. Elə deyilsə, göstərsinlər məharətini.
- Bax, belə-belə sönbətlərdən bezdim, o gün hirsimdən az qalmışdım əsgərliyə gedəm. Lap getdim də. Girdim komissarlığa, dedim ki, onsuz da onlarla kişinin əvəzinə danışıram, savaşıram, elə birdəfəlik onların əvəzinə gedib cəbhədə də döyüşəcəyəm.
- Bəs nə oldu?
- Bir–iki nəfər məni kənara çəkib dedi ki, biz burada dəllal işləyirik, sənə nə lazımdır – qırmızı bilet, möhlət hüququ, uşağı evdə əyləşdirə-əyləşdirə əsgər etmək...?
- Dedim, ay qardaş, mən əsgər getmək istəyirəm. Dedilər ki, qıza, ağlını başına yığ. O qədər bığıburma o dükanda, bu bazarda veyillənib, əsgər getməyən var. Hələ neçəsi vəzifə də tutb. Bax bir musiqi məktəbinin rəhbəri var. Saxta işlərdən o qədər pul çırpışdırandan sonra özünə, qardaşdığına, oğluna... yalançı hərbi bilet alıb. Vətəni qörumaq elə sənə qalıb?
- Elə oradan çıxıb çəpərüstünə gəlmək istəyirdim ki, gördüm polislərin biri jurnalistin qolunu burub, polis maşınına salmaq istəyirlər.
- Bəlkə jurnalist olduğunu bilməyiblər?
- Ola bilər, bacı. Çünki bunların bəzəisi kitab-dəftəri elə itirib, rayonun ziyalısı kimdir, ağsaqqalı kimdir, keflərinə deyil. Bunların tanıdıqları ancaq iş verənlər, qədim peşə sahibləri, narkotiklə adam şərləyənlər, evyıxanlar, onlar üçün vaxtaşırı bazarlıq edənlərdir. Ziyalı onların nəyinə lazımdır ki, tanısınlar.
Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :591

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az