28 fevral 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


28 fevral 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT - Bu hardan yadına düşdü?
- Bu yaxında, yəni 8 mart ərəfəsində bir müəllimə uşaqları hədiyyə əzabından qurtarmaq üçün deyib ki, hədiyyə almaqla özünüzü çox da yormayın, üzməyin. Elə pul da gətirə bilərsiniz. Hətta humanistlik edərək bildirir ki, imkanı olanlar filan qədər, imkanı olmayan filan qədər.
- Bu ki, uşaqları təqir etməkdir. İndi hansı uşaq özünü alçaldıb deyəcək ki, mən imkansızam.
- İndi bizdə belədir də, vurub öldürməyəcəyik ki.
- Amma hər şeyin pulla həll olması yaxşı şeydir. Vaxtilə bir nəfər də ona yaxşılıq edən müdirinə deyir ki, sənin yaxşılığının xəcalətindən heç bilmirəm necə çıxım? Müdir də deyir ki, qəm eləmə, pul kəşf olunandan sonra bütün hörmətlər vahid forma alıb. Siz də bu vahid formadan faydalana bilərsiniz.
- Qıza, indi bütün dünya rüşvət əleyhinə mübarizə aparır, amma sən belə vaxtda hələ də camaata çəm-çüm öyrədirsən.
- Belə danışma, bəzilərinin yarasını qaşıtdırırsan. Rüşvət almamaqla bağlı ötən söhbətlərdən sonra biri bizə zəng edib deyir ki, sən Allah, bu söhbəti yığışdırın. Deyirəm, niyə? Deyir ki, yaxşı, bəzi qoca qurdlar deyək ki, tamahlarını bir az cilovlayıb susdular. Köhnədən yığdıqlarından yeyib, günlərini keçirtdilər. Mən zalım balası heç bu postu almaq üçün verdiyimin yarısını çıxartmamışam, bunun əvəzini kim verəcək? “Rüşvətə yox” hərəkatı başqa problemlər də yaradıb. Deyilənə görə, komissarlıqdan keçən “niqodni”lərdən daha pul almaq istəmirlər. İndi yazıq “niqodni”lər razıdırlar ki, əvvəlkindən də 2 dəfə çox pul versinlər, təki onlara sağlam yazmasınlar. Yoxsa, 30-35 yaşlarında hərbi xidmətə getməli olarlar.
- Voobşe, bizim adamların pul verməklə arası necədir?
- Baxır da, xoşluqla pul söhbəti yoxdur. Amma zorla alanda heç cınqırlarını da çıxartmırlar. Məsələn, elə-belə desən ki, qəzetə 40 qəpik ver, ağlamağa başlayacaq. Amma əmək haqqından ona verilməyən, yaxud içində oxunmaya bir normal yazı olmayan qəzet üçün ondan 30-40 manat pul tutanda isə lal olub dinməyəcək. Bizim adamlar qəribədir e. Saxtakarın yanında saxtakarı söysən, o da söyəcək, daha özunu o yerə qoymaz ki, elə saxtakarın yekəsi özüdür.
- Düz deyirsən, bacı. O gün bir müxalifətçiyə deyirəm, işlədiyin məktəbdə biabırçılıq ərşə çıxıb, bəlkə, ondan bir şey yazasan?
- Deyir, olar ki, Misirdən - Hüsni Mübarəkdən yazım? Deyirəm, direktordan yaz, deyir, bəlkə, Qəddafidən yazım?
- Bizə elə belə-belə şeylərə görə qəhrəman xalq deyirlər. Bax, başı bəlalı “Köhnə bazar” deyilən yerdə yenə sökhasökdür. Güya avtomobillərin yolunu daraldıb arxada dayanacaq düzəldirlər.
- Bunlar dayanacaq düzəldən idilərsə, elə “Respublika”bankın yanındakı boş sahəni göbələk kimi dükanlarla nuyə doldururdular?
- Ardına qilaq as. Deməli, rəhbərlərimiz dükan sahiblərinə çox hörmətlə, nəzakətlə yanaşır. Deyirlər ki, sizə “azar” demirik, “dərd” demirik, sadəcə dükanın böyük-kiçikliyindən aslı olaraq 5-10 min manat istəyirik, sonra da dükanınızı söküb 5 metr qabaqda tikin. Cəmi-cümlətanı 20-25 min xərcə düşəcəksiniz.
- Rəhbərlərimizin humanistliyinə bələdəm. Elə həmin köhnə bazarın qərb tərəfində 103 metrlik toyuq və yun bazarı var ha, rəhbər deyir ki bunu sökün, 25 metri mənim, qalan 75 metrini 3 nəfər arasında bölün. Yəni 3 nəsdir, qoy şərikər 4 olsun. Sizin mənə 1 qəpiyiniz də lazım deyil. Hansı rəhbər bunu edər? Şəxsən mən rəhbər olsaydım, ən azı həmin yeri ....
- Yaxşı, bəs yerdə qalan 3 metr nə oldu?
- Həmin 3 metr ordakı asma körpünün yanındadır. Yerli sakinlər deyir ki, bəs bu 3 metri neyləyək? Rəhbər deyir ki, bu sizlik deyil. Amma körpünün kənarındakı zibillərdən, üfunətdən istədiyiniz formada faydalana bilərsiz.
- Qıza, belə söhbətlər qurtaran deyil. Mənim başqa təklifim var. Deyirəm, nə qədər ki, doğum şöbəsində dünyaya təzə gəlinlərə görə pul almırlar, bəlkə, kişini başa salıb, zor-xoş gənc nəslin sayını bir az da artıraq. Çünki qorxuram, təzədən rüşvətə başlayandan sonra bu itkilərin əvəzini çıxmaq üçün haqq-hesabı 2-3 dəfə artırarlar. Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :582

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az