10 mart 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-10 mart 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Bacılı, zarafat edirsən, ya doğrudan belədir?
- Zarafat niyə olur ki? Bax, iqtidar xalqı ayağa qaldırmaq üçün yalançı işıq borcu, qaz borcu adı ilə milləti minib çapır, bəzən gündə saatlarla işıqları sondürürdülər, lakin millət tərpənmir, yüzdən 99-u cınqırını da çıxartmır. Yüzlərlə adamın dükan-bazarını viran edir, torpağın əlindən alır, lakin ziyan çəkənlər dillənmək, etiraz etmək əvəzinə, hətta onların haqqını tələb edənlərə dirsək göstərməyə cəhd edirlər.Başçının, Allaha şükür, hər cür imkanı, şəraiti, milyonlarla dəyəri olan villası. Ona belə şeylərdən gələn pul nə lazımdır ki? Sadəcə xalqı ayağa qaldırmaq istəyir. Lakin qəhrəman xalqımız tərpənmir ki, tərpənmir. Polisin qardaşlıq yardımı ilə 7-8 ay öncə kömür satandan, dollar satandan qızıl satanadək hamının aylıq “tas”ını bir neçə dəfə qaldırdılar. Qəhrəman xalqım yenə susdu.
- Bacılı, xalq etiraz etməyə hara çıxsın e. Daha bütün künc-bucağı dükan yeri kimi satıblar. Boş yer qalıb ki?
- Bizim çox hörmətli, uzaqgörən başçımız onu da nəzərə alıb. Bax, Mədəniyyət evinin qarşısında meydanı gör nə qədər genişləndirib. Hələ cənub tərəfində bir tiribuna da düzəltdirib ki, mitinq etmək istəyənlər, rahatca etiraz aksiyası keçirə bilsinlər. Hava qarlı-şaxtalı olsa, bu təzə parkın yaxınlığındakı binaya da girib tədbirlərini qapalı yerdə davam etdirə bilərlər. Ətrafdakı çayxanalar, internet kulublar da mitinqçilərə hər cür xidmət göstərə bilərlər. Daha başçı zalım balası bu xalq üçün nə etməlidir ki, o, mitinq eləyə bilsin?
- Bacılı, deyirəm ki, elə bu parkda heykəli qoyulacaq rəhmətlik Nizami Gəncəvinin “Nuşirəvan və bayquşların söhbəti” əsərindəki Bayquşun “Nə qədər bu şah var, bizim xarabalıq sarıdan korluğumuz olmayacaq” fikrinin təkrarı olmasın, nə qədər ki, bizim belə başçılarımız var, belə-belə söhbətlərdən korluğumuz olmayacaq.
- Düz deyirsən, ay bacı. Daha demək, sağdan-soldan silkələmək bundan çox olmaz, millət ayılmır ki, ayılmır.
- Yüzlərlə ağac kəsildi, yüzlərlə dükan viran edildi, onlarla ziyalı şərləndi, həbsə atıldı, lakin ağsaqqallarımız, mollalarımız dillənmədi, Müaviyəni, Yezidi vətən xaini çıxardanlar öz müaviyələrimizin, yezidlərimizin qulluğunda quzu kimi sakit dayandılar. Elə ağsaqqal, molla hüzr məclisində halva, şorçörəyi yemək üçün deyil ki?
- Bu söhbətlərlə özünü çox yorma. İndi, bacılı, səni bizə ünvanlanan bəzi müraciətlərlə tanış etmək istəyirəm. Bir çox ziyalılarımız bizim vasitəmizlə qərb ölkələrindən xahiş edirlər ki, bizim əvəzimizdə də bir az kitab-qəzet oxusunlar. Yaponiya və Koreyada yaşayanlardan xahiş edirlər ki, bizim əvəzimizə də internetlə daha yaxşı məşğul olsunlar. Nəhayət, ərəb ölkələrinə - Misir, Liviya, Tunis xalqlarına müraciət ünvanlayıblar ki, gəlib burdakı meydanlarda mitinq eləsinlər.
- Bəs bizimkilər özləri bunları niyə etmir ki ?
- Bizimkilərin vaxtı var? Mırt vurmaqdan, nərd atmaqdan, variant verməkdən, domino çırpmaqdan, böyükləri tərifləməkdən, şmotka satmaqdan, pul tapanda yeyib-içməkədn başımız ayılır ki?
- Axı bizim xalq qəhrəman xalqdır, nədən belə acizlik göstərirlər?
- Həmin qəhrəmanların çoxu getdi. İndi çox azı qalıb. Ərəbin başına bomba tökülür, yüzlərlə, minlərlə insanı məhv olur, yenə susmur, bizdə isə elə birindən balaca çimdik götürən kimi, çığırtısı ərşə dirənir və ətrafındakılarla birgə elə yoxa çıxır, illərlə tapmaq olmur.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :410

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff