20 mart 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


20 mart 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Yəni, bu gün heç nə danışmayaq?
- Niyə ki, danışaq e, lətifədən, məzəli söhbətlərdən.
- Razıyam. Amma bir şərtlə. Bu lətifələri gedib elə yerlərdə danışaq ki, o adamların bayram süfrəsi açmağa çox da imkanı yoxdur, bayrama qədər xeyli əzab-əziyyət çəkiblər. Yəni, dadlı yemək tapmasalar da, dadlı söhbətlərdən feyziyab olsunlar.
- Razılaşdıq. Birinci məzəli əhvalatı onda sən danış.
- Deməli, 3 ölkənin polislərini yığırlar bir yerə ki, sizi yarışdıracağıq, görək kim daha fərasətlidir. Şərt də belə olur ki, bir həftə qəfəsdə qalan dovşanı meşəyə buraxıb deyirlər ki, indi gedin, təcili dovşanı tapın. Qəfəsdən çıxan dovşan ola, meşə ola. Polislər dovşanı tapa bilmirlər. Əvvəl ingilis polisi gəlir ki, biz bacarmadıq. Bir az keçir fransız polisi gəlir ki, biz də nə qədər vurnuxduq, tapa bilmədik. Nəhayət, bir saatdan sonra Azərbaycan polisləri qan-tər içində bir ayını sürüyə-sürüyə gətirirlər yarış keçirilən yerə və fəxrlə deyirlər ki, həmin dovşanı tutmuşuq. Münsiflər heyyəti etıraz edib bildirirlər ki, qardaşlar, bu dovşan deyil, əməlli-başlı ayıdır. Bizimkilər isə təkidlə deyir ki, yox, bu dovşandır. İnanmırsınız özündən soruşun. Bu vaxt ağrılardan zarıya-zarıya, bizim polislərə qorxu içində baxa-baxa göz yaşları içərisində deyir ki, vallah dovşanam, nəyə inanırsınız and içim ki, dovşanam, elə dədəm də dovşan olub, nənəm də dovşan olub, bəzi müxalifətçilər bizi şərləyirlər, orda-burda “ayı” deyə çağırırlar.
- İndi bu misalla nə demək istəyirsən ki?
- Çox şey deyərdim. İntəhası razılaşdıq ki, bayramdır, heç kimin xətrinə dəyməyək. Yəni ki, anikdotdur da danışdım. İndi də sən danış.
- Dünyada hər şeyin alqı-satqısının, toplanmasını görmüşdüm, amma yuxu toplayan görməmişdim. Deməli, bu yaxınlarda bir qəzetdə oxudum ki, məşhur şirkətlərdən biri yuxuları toplayır. Bir şirkət bilmək istəyir ki, hansı millət, hansı peşə sahibi necə yuxular görür və bu yuxular əsasında həmin millət haqqında fikir yürüdür. Həmin yuxu yığanlar bir gün də gəlib çıxıblar bizim tərəflərə. Başlayır adamlardan gördüyü yuxuları soruşmağa. Məlum olur ki, bizdəkilərin çoxu heç yuxu görmür. Cəmi yuxu görənlər 20-30 faiz olur ki, bunlar da yuxularında ancaq ünvanlı yardım, plastik kart, qaz pulu, işıq pulu qəbzi, borclu olduğu adamların qəzəbli sifətini, dükan yeri və buna bənzər şeylər görürlər.
- Bayram da olsa, bacılı, səndən bir şey soruşum. Eşitdim ki, bələdiyyənin toxunulmaz fondunda saxta sənədlərlə ev və şirkət tikən bir neçə nəfərin əməlini bəzəmək istəyirsən. Məgər ev tikmək günahdır? Nə işinə qalıb?
- Ev tikmək günah deyil e. Onlarla adamın evini yıxa-yıxa belə evlər tikmək günahdır. Buna görə yaxın vaxtlarda bu məsələni xırdalayacağam.
- Ay bacılı, saxla. Axı danışdıq ki, bayram günüdür. Belə söhbətlər eləmə. Bayram arzularını de, söhbətimizi yekunlaşdıraq.
- No olar, deyim də. Bir daha hamımızın bayramı mübarək olsun! Allah yeni ildə heç birimizə nadan, səriştəsiz rəhbər, böyüklər qarşısında daim əyilən, sınan, riyakarlıq edən ziyalı valideyn qismət etməsin.
Zahir Əmənov
R4suloffR4suloff

OXUNMA SAYI :393

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff