20 avqust 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


20 avqust 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- İndi bunu mənə niyə danışırsan?
-Ona görə ki, indi yerini bilməyənlər çoxalıb, onlara yerini göstərən də yoxdur. Bu yaxınlarda rayonumuzun ən işbilən yaltaqlarından biri mənə maraqlı əhvalat danışdı. Deyir ki, qonşuda biri var idi, acından ölürdü, əlindən də bir iş gəlmirdi. Dedim, gedək sən mənimlə yaltaqlıq elə. Razılaşdıq. Zəmanət durdum, başladıq dədə-baba qaydası ilə eyni adama yaltaqlıq etməyə. 2-3 gündən sonra nə görsəm yaxşıdır? Bu adam mənim kadrıma məndən daha çox, daha yaxşı yaltaqlanır. Onu elə şərləyib oradan qovdurum, iti qovduran kimi. Dedim, küçük, bu qoltuq mənimdir, ora mən girməliyəm, görsən kunc-bucaqda yer qalıb, sən oralara gir.
- Amma mən sənə həyatda yerini tapan bir nəfərdən danışım, özün də “afərin” de. Adını çəkib qəzeti murdarlamaq istəmirəm, elə şərti olaraq onu Hüsni Simasız adlandıraq. Əsas məskəni də Yaşılburun ölkəsidir. Hə, bu adam gedir həmin ölkədəki təhsil nazirinin yanına ki, bəs təkifim var. Təklif də ondan ibarətdir ki, məktəblərdə uşaqlara “Üzəburanlıq” dərsi tədris edilsin və bu işin metodizliyi ona həvalə olunsun. Nazir əvvəl elə bilir ki bu gicləyir. Görür yox e, ciddi söhbət eləyir.
- Qıza, yəqin ki, əvvəl onun iş təcrübəsin öyrənəcək?
-Düz tapmısan. Bu da başlayır “yaradıcılığından” danışmağa. Deyir ki, satqınlığına, alçaqlığına görə hələ uşaqlıqdan ondan çoxunun acığı gəlir-miş və ona deyirmişlər ki,”səndən kişi çıxmaz” və sairə. Amma bu belə sözlərə əhəmiyyət verməyib üzədurmağın, simasızlığın sirlərini dərindən öyrənir. Görür ki, idarədə 5 ağılı, savadlı varsa, müdirin onların hamısın-dan acığı gəlir. Bilir ki, nə vaxtsa, bunlardan biri onun yerinə keçə bilər. Amma “layiqli” şərəfsiz, üzəduran olanda neçə müdir olsa, hamısı istəyir onu qucunda əyləşdirə. Bilir ki, ağzına bir az yal atsa, haraya desə oraya da hürəcək.
- Bəs nazir nə deyir?
- Nazir görür ki, bu üzəduranlıq sahəsində respublika dərəcəli bir mütəxəsisdir. İstəyir əvvəl bunun üçün bir “Əməkdar üzəduran”, ya “Simasız” medalı təşkil etsin, amma o razılaşmır. Deyir ki, onsuz bütün kollektiv mənim şərəfsizliyimə bəlidir, lap doğma kəndimizdə itin hörməti var, mənim hörmətim yoxdur. Özüm də bilirəm ki, burcuda-burcuda gedəndə dalımca nələr deyirlər. Heç əhəmiyyət vermirəm. Min dəfə “əclaf”, “nakişi” desələr də, bunun mənim qazancıma qəti dəxli yoxdur. Çünki son illər bu sahədə xeyli təkminləşdiyimdən məndə bir qramda olsun namus, ləyaqət, abir-həya və buna bənzər kefiyyətlərdən nişanə qalmayıb. Həyatdan izsiz getməmək üçün şakirdlərim də var. Hələlik, Hüsni Vidibalanın xəbərçiliyi, saman altdan su yeritməyi, onun da gələcəkdə yaxşı və perispektivli üzəduran olacağından xəbər verir.
-Bəs bu işin sonu nə olur?
- Nazir birdən ayılan kimi olur soruşur ki, yaxşı, mən sənə kifayət qədər yal verdim, çörəkli etdim , bu sahədə oldu respublika səviyyəli adam. Birdən məndən böyüklərdən biri səni ələ alıb dedi ki, dur bunun, yəni mənim üzümə, onda neyləyərsən? Şərti adı Hüsni Sımasız olan nə desə yaxşıdır: “Bizdə əvvəldən böyüyə hörmət olub. Səndən böyük desə, səni min, minməliyəm. Desə, dinini, cinsini dəyiş, dəyişməliyəm. Bu sahədə mənim birmənalı dönməz və sarsılmaz prinsiplərim var”.
- Bu adam boğrudan da üzəduran kimi həyatda layiqli yerini tapıb.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :592

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az