10 yanvar 2010-ci il Çəpərüstü söhbət


10 yanvar 2010-ci il Çəpərüstü söhbət-Bizim millət belədir də, pul verib iş görməklə heç arası yoxdur. Ona görə nə qədər zirək oğlan qalır kənarda, vəzifəyə el arasında sərixoş və naxoş ləqəbi qazananlar keçir. Çünki belərəri pul verməkdə xəsislik etmir. Yəqin buna görədir ki, rəhmətlik siyasətçi şairlərdən biri vaxtı ilə yazmışdı:
Çiy yumurta soyulmaz,
Bütün xalqlar ayılsa,
Mənim xalqım ayılmaz.
- Bələdiyyədəki haqq-hesablardan da xəbərin var da. Nə təhər düzüb-qoşdularsa şəhər mərkəzində sədirliyin tası qalxdı 70-80 minə. Hələ bu azmış kimi bəzi işləri darter yolu ilə icra etdilər. Sən bilirsən ki, bizimkilərin çoxu Bakıda taxta-şalban alveri ilə məşğuldur. Hörmətli icra başçımız da, sağlığına qismət Bakıda özünə qəşəng villa tikdirir. Buna görə də heç çoxundan pul-zad götürmür, elə hərəsindən 20-30 kubmetir taxta alıb, bələdiyyə sədirliyinin “dobrosunu” verir.
-Sən belə söhbətlərlə heç kimi təəccübləndirə bilməzsən. Xudavənd-aləm də görür ki, bunlar tərpənmir, gah sel-suyla bunları silkələyir, gördü ki, su dizlərinə çıxsa da ayılmaq fikirləri yoxdur, başladı çovğun-tufan-küləklə bunların başını tərpətməyə. Nəticə də göz qabağındadır. Yenə də heç kimin nəinki başı, heç tükü də tərpənmir. İndi taxta-şalban söhbəti ilə bunları tərpətmək istəyirsən?
-Sənə elə gəlir e. İndi fəlakətdə olan pul harada var? Balaca qar yağır, işiq sönür, yağış yağır, işıq sönür, külək əsir, işıq sönür. Səhəri də məlumat yayırlar ki, 50-60 dirək aşıb, 5-6 min metirlik məftil qırılıb və sair. Balaca hesablasan görərsən ki, bizim ölkədə bir dənə də salamat dirək və slamat məftil yoxdur. İndi bunu pula vur, gör fəlakətdə nə qədər pul var?
-Daha bu pul saymaq məni bezdirdi. Eşitmişəm ki, bəzi böyüklər bu siyahıların surətini çıxardıb, həmin adamların aylıq tasını daha da qaldırırlar. Deyirəm, bəlkə ilboyu ayrı-ayrı sahələr üzrə saydığımız pulları kitabça şəkilində çap etdirib, rayonlara təzə təyinat alan icra başçılarına sataq.
-Ay-hay, təyinatı alana kimi belə siyahıları onlara bir neçə dəfə məşq etdirirlər.
-Sonda bir şey də deyim. Axır vaxtlar bilirsən nəyi kəşf etmişəm? Harada ki qeydiyyat lazımdır, onu eləmirik, haradasa buna ehtiyac yoxdur, onu əməlli-başlı səndləşdiririk. Məsələn, sən seçkiyə getməmisən, heç ərazidə olmamısan, iraq olsun lap ölmüsən, onu sənsiz də sənədləşdirəcəklər. Amma sənin mağazana oğrü girsə, əmlakını aparsa, polis yalvar-yaxar edəcək ki, ərizə vermə, sənədləşmə lazım deyil, özümüz bir təhər düzəldib ziyanı ödəyərik.
- Biz belə-belə şeylərə görə analoqu olmayan məmləkət adlanırıq da....
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :644

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az