19 yanvar 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


19 yanvar 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT- Bəs nə oldu?
- Qıza, xəbərçilərin əlindən oturmaq olmur ki. Biri mesaj yollayır, biri üzbəüz deyir, bir “sənə deyirəm amma sən canın heç kimə demə”andı verib, xəbəri bu cür ötürür. Yəni deməyinə baxma burax efirə.
- Nağılları qurtar. Sənə gələn xəbərlərdən danış.
- Lap balacasından başlayaq da. Xudmani bir məclisdə idik. Söhbət norkamanlardan düşdü. Hərə bir epizod danışdı. Yaşlı bir qadın olan tibb işçısi isə nə desə yaxşıdır? İcra Hakimiyyətində də biri var həftədə 1-2 dəfə gəlib, baş həkimin otağında qanını yuduzdurur. Xəbərdən lap matın-qutum qurudu.
- Nənəli, burada pis nə var ki? O qədər murdarlığı ki, işlədiyi binada görür, bu adam ora sığmır, uçmaq istəyir. Adamlar həmişə kefindən uçmur ki, dərdindən bəlalarından da uzaqlaşıb ucmaq istəyənlər var. Ola bilsin ki, həmin kadrın qazancı azdır. O da çox qazansaydı, həmin zəhrimarın əlasından, kokainindən-filanından dadardı, fəsadları da olmazdı. Bir də hər deyilənə inanma. Bəlkə o xəbəri çatdıran özü hallı imiş, heç bilmirmiş nə danışır.
- Yaxşı başqa bir xəbər deyim. Bu günlərdə başqa bir məclisdə iki işverən söhbət edirdi. Biri deyirdi ki, Koroğlu demişkən qəhrəmanlıq dövrü arxada qaldı. Vaxt var idi birinin səsini yazıb, birinin xəlvətdə iş görən zaman şəkilini çəkib gül kimi pul qazanırdıq. İndi əla diktafonlar, video çəkilişlər çıxıb hətta qələmdə eynəkdə, əzada, qəlyanda çəkilişlər aparmaq olur... Neynəyəsən ki, onlarla çörək qazanmağa qoyulub.
-Öldüm sənə çörək yeri göstərməkdən. Hər zamanın özünə görə çörək yerləri olur. Heç nədən çörək qazanmaq istəyirsənsə, get bu icra başçılarının düşmənlərindən birinin qulağının dibinə şillə vur, qaç, sonra pulunu al. Onsuz indi döyəni yox, döyüləni tuturlar. İllah ki, döyülən başçının xoşu gəlməyən adam ola.
-Bəs ekspert-filan.
-Vuranda istirahət günləri vur ki, iş vaxtı başlayıb həkim gələnə kimi vurduğun adamın qızartıları, cızıqları sağalsın.
-Amma qonşu arvad deyir ki, indi ən çörəkli iş arvad mollalığıdır. Bəzi yerlərdə salavatın birini 5-10 manata səsləndirirlər. Bir yasda 10-15 “yağlı” salavat çevirə bilsən – müəllimin bir aylıq məvacibinə bərabərdir. Ya da redaktorlar bir səhifə yazıya heç 10 manat vermirlər.
-Düz deyirsən, bacı. Çörək qazanan hər yerdə qazanır. Ərazi nümayəndəsi var, azyaşlıların ərə verilməsinə görə hər gün danlanır, amma ərazi nümayındısi var, axşam azyaşlının toyuna gedir, 10-15 manat pul atır, səhəri isə qızın dədəsini, ya isə nişanlısını çağırır ki, sizdən yaziblar, 1000 manat veri işi bağlayım. Ərazi nümayəndəsi var, bələdiyyə seçkilərinə görə işdən çıxradırlar, amma elə ərazi nümayəndəsi var ki, xalqın səsini vicdansızcasına saxtalaşdırdığı üçün ona Rusiyadan dərhal Mersedesin pulunu yollayırlar ki, yəni bu da sənin vicdansızlığının haqqı. Bizim Mətləb deyir ki, həmin ərazi nümayəndəsindən 50-60 qoyun alıb vəzifə də verməyi vəd ediblər.
Daha çox qaşıma, bacı qurban qan çıxar.
Sərraf Zahir R4suloffR4suloff

OXUNMA SAYI :663

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az