24- iyun 2003-cü il Başçıdan yaz, başçıdan


24- iyun 2003-cü il  Başçıdan yaz, başçıdan Biz bu məsələni bir neçə “çoxbilmişlə” aydınlaşdırmaq qərarına gəldik. Məlum oldu ki, belə deyənlərin heç bir günahı yoxmuş...
Tutaq ki, bələdiyyələrin ayda-ildə aldığı subsidiyaların “qulağını”, “burnunu” kəsirlər. Bələdiyyə sədirləri də buna dözür. Yəqin gözləri kölgəlidir ki, susrlar. İndi mən bunu qəzetə niyə yazmalıyam? Müxalifətçi vardı, “Azadlıq” radiosundan “duşməzdi”. Bələdiyyəyə keçən kimi lal oldu. Elə indi də sağa-sola işləyən müxalifətçı bələdiyyələr az deyil. Nə qədər silkələyirsən, dili açılmır. Satılmaq, sınmaq bu adamın qanına işləyibsə, başçı neyləsin? Guya biz istəmərik ki, öz yaltağımız olsun.
Pensiyaçıların əksəriyyəti dünyagörmüş, uzaqgörən, insanlardır. Xasiyyətlərini də çətin dəyişirlər. Bu ağsaqqal təqaüdçülər başa düşmür ki, pensiyalarından tutulan 3-4 min manatı pul paylayanlar tək yemir, onların başçılarının başçılarına da pay düşür. Yoxsa, uzaq-uzaq ellərdən bura niyə gəlirlər?
Qısası butun nöqsanlar adiləşib; hər yerdə razılaşdırırlmış nöqsanlar davam edir.
Bu nöqsanlardan çox yazıb, ağartmaq rəhbərliyin xeyrinədir. Çünki onlar maraqlıdır ki, camaat bezsin, onlara baş qoşmasın, desin ki, oduy e, yazdılar, nə olsun ki.
Yadınızdadır da, bir-iki həftə əvvəl Bürcəli vərəqlər yayırdı ki, guya başçı Sahibə adlı bir müğənni xanım üçün 3 min dollar xərcləyib, şəhid ailəsi isə 50 manat istəyəndə ağlaşma qurub, bir qəpik də verməyib. İndi bu Sahibənin sahibi yoxdur, mən neyləyiM? Bu kişi bu böyüklükdə vəzifədə də, bu qədər cah-cəlalın içində də belə-belə işlərlə məşğul olmayıb, haçan məşğul olacaq? Elə əvvəlki başçını da belə işləri yaxşı bacardığına görə lap böyüklər özlərinə məsləhətçi apardılar.
Bizim başçınını kadr siyasətinə də söhbət yoxdur. Vəzifədə ən cəsarətli oğlanları saxlayır. Bu günlərdə İqquşun sukası Cuqqu. danışırdı ki, vəzifə vermək adı ilə pul alıb “qulaq” atdığı biri tapançanı onun təpəsinə dirəyib, lakin verdiyini yenə ala bilməyib. Kadr olar belə.
Bu gunlərdə mənə bir qucaq qəzet gətirmişdilər. Hamısı da başçının gülməşəkər əməllərindən. Bunun biri yalan olar, ikisi yalan olar(vaxtımız olanda bunları ələyib oxuculara çatdıracağıq)...
Deyilənə görə, başçnını bir çətinliyi var. O həmişə qoyunçuluqla məşğul olub, amma indi gəlib görür ki, ətrafda nə qədər “quzubalalar” var, çaşıb qalıb. Onlara bir az “yonca” göstərən kimi, elə mələşirlər, elə mələşirlər ki, görən deyir: maşallah.
Qaldı ki, abadlıq işlərini. Bunu aşıqlar demişkən, sözlə başa sala bilməyəcəm, gərək “saz”la deyəm. Necə deylərlər, burada yadıma bir “yetim əhvalatı” düşdü.
Bir nəfərin işi çətinə düşür. Tanrıya düa edir ki, işim düzəlsə, mütləq yetim sevindirəcəm. İş düzəlir, ancaq bu adamın yetim sevindirməyə ürəyi gəlmir. Lakin qəlbində həmişə qara qalır. Bir gün yolu keçərkən görür ki, bir kimsəsiz uşaq ağlayır. Səbəbini sorüşür. Uşaq deyir ki, yetiməm, əlacsızam, ağlayıram. Həmin kişi tez uşağı yerə yıxıb deyir ki, başını kəsəcəm. Uşaq daha da bərk ağlayır. Kişi deyir: “İndi səni öldürməsəm, sevinərsən?” Uşaq deyir: “Bəli”. Kişi dərhal nəfəs alıb deyir: “Daha bəzi namərdlər deməsin ki, yetim sevinduirmirəm. Hamı gördü ki, mən bu yetimi öldürə bilərdim, amma öldürmədim”
Bax, bu abadlıq işləri də yetim sevindirməyə bənzəyir. Əvvəlki başçılar elə bərbad şərait yardıblar ki, təzələr balaca yaxşı işləyən kimi, sevincimizdən atılıb düşürük.
Allah bu “yetim sevinci”ni bizə çox görməsin.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :549

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az