20 may 2002-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


20 may 2002-ci il   ÇƏPƏRÜSTÜ SÖHBƏT- Elə bizim kişi də belə deyir. Deyirəm, heç olmasa çəpərüstü söhbətimizdə sözüümüzü deyirik. Siz başınızı dükanımızdan, şirkətiüzdən, saunuzdan o tərəfə çıxarda bilmirsiniz. Bunları eşidib atdı “beş”ə.
- Nənəli, bizimkilər elə evdəkilərinin başına qışqırmağı bilir. Baş qoşma. De görüm sandığında , boxçanda nə xəbər var?
- Qıza, xəbər nə gəzir. Bu Gülyanaq diyarı qəbristanlıq kimi bir yerdir. Qəbrsanlıq da nə xəbər olar - ya ölü xortlayar, ya da İnkir-minkir bir hoqqa çıxardar.
- Onda, qoy əvvəl mən bildiklərimi deyim, bəlkə sən də gəldin həvəsə. Deyir, bu əskərlik məslələsini lap döndəriblər oyuncağa. Pullu kişirərin uşaqlarının adı hərbi hissədə “təlim keçir”, özü rayondakı restoranlarda, saunalarda ... “təlimdə” olur. Hörmətli komisarımız da belərərini təbliğ edir. Yəni o biriləri də əskərliyi kağız üzərində keçirtsin. Onsuz da Qarabağı ATƏT-di, MATƏT-di necə satmışdılar, elə də alıb təzədən özümüzə satacaqlar, day uşaqqlara niyə əziyyət verək.
Qıza, sən bilərsən, bu arayış - zad almaq yenə çətindir?
-Yox, nənəli. İndi dirilər bir yana, lap ölüyə də arayış verirlər. Təzə Alvadı ərazi nümayəndəliyinin bu sahədə gözəl təcrübəsi var. İstəyirsən bütün tərtöhürrüylə öyrənim, gələn dəfə qoyum ovcuna.
- Qıza, o Gündəlik məsələsi nədi, yenə girib ortalığı. Bu Misir Mərdənovun işi-gücü yoxdur? Direktorlara yuxarıdan necə tapşırırlarsa, qiymət yazılmayan 1-yə də, məktəbi qurtaran 10-ya, 11-yə də, az qala bələkdəki körpələriə də panpers əvəzinə gündəlik versinlər. Mən də elmədim tənbəllik, gündəliyin 1 səhifəsini özüm doldurdum:
1-ci dərs. Pərdə pulu, odun pulu.
2-ci dərs. Müəllimin ad günü pulu.
3-cü dərs. Boşdur. Müəllimlər yasa gedib.
4-cü dərs. Direktorun dərsidir. RTŞ-dən qonaq gəlib, məşğuldur.
5-ci dərs. Həmkarın dərsidir. RİH-yə çağırırdılar. Üzə durmağa gedib.
6-cı dərs. (Uşaqlar keçmişdə bu vaxtadək məktəbdə saxlayırdılar).
- Mənim yadıma bir xəbər də düşdü. Deyir, rayonun ən böyük məktəb var a. Onun direktoru deyir ki, onsuz da məktəb düzəlməyəcək. Çünki 4 tərəfinə dua basdırdılar. Gərək hər müəllim üstündə bir anti dua asa. Həmin direktor bir də uşaqlara izah edib ki, qitə 6 yox, 5-dir. 6-cı qitəni özüm kəşf edəcəm, ya da kartofdan düzəldəcəm. Bir də danışırlar ki, səlahiyyətli nunayəndə adamtutan idarələrdən pul ala bilmir.
- Bu Junisef də bizdən əl çəkmir a.Yenə 30 milyon manatlıq pulsuz dərman göndərib. Başa düşmürlər ki, pulsuz dərman bizim xəstələrə pis təsir edir. Ona görə “bizimkilər” həmin dərmanları satırlar aptekdə. Qoy, Ynisrf qalsın yana-yana.
-Qıza, o qaz idarəsinin məsələsi necə oldu?
- Deyirlər ki, başçı həmin müdiri çağırıb yanına. Deyib ki, sənin yerinə 20 min dollar verirlər, neynəyək. O da deyib ki, 15 min sizin, qalan 5 minin verin mənə çıxım gedim. Guya Başçı deyib ki, get, səlahiyyətli nümayəndənin yanına. O da getməyib. Bir neçə gündən sonra səlahiyyətli nümayəndə özü zəng edib ki, bəs 15 min dollar nə oldu? Keçmiş müdir də gelib deyib ki, heç hökümətə ödəməsən 1 ildə o qədər qaz pulu yığılmır. Nə isə, gah yuxarı çağırıblar, gah aşağı. Axır ki, bezdirib kitab-dəftəri alıblar.
- Nənəli, deyirlər, bir nəfər gedir axı.
- Yəni getməyi ilə qalmağında bir fərq var?
-Axır-axırda sənə bir dənə də sual verəcəm? “Yeddi gözəl” nə deməkdir?
-Nizaminin poemasıdır da.
-Yox.
-Deyəsən, balet adıdır.
-Yox, yenə bilmədin.
-Deyəsən o adda bir istirahət yeri var.
- Ay mən deyən, “Yeddi gözəl”çaxır adıdır. O xroniki alkol var a... Araqdan polni vurandan sonra keçir bu “Yeddi gözəl” ə. Artıq da nə qalsa, restorandan göturub, butulkanı əlində yellədə-yellədə, özü də aşa-aşa restorandan çıxır. Bildin də kimi deyirəm?
- Lap yadımdan çıxmışdı. Nəvüvə nə ad qoydun?
- Nə ad qoyacam. Təzə rəhbər gələndən uşaqlara ancaq bir ad qoyurlar da: oğlan olsa Faiz, qız olsa Faizə.
Zahir Əmənov
İKİNCİ MAAŞ
- Deyirlər, bəzilərinə 2-ci maaş verirlər.
-Nə danışırsan ə, camaat 1-ci maaşını güclə alır.
-Əşi, mən deyən müdirlər üçündür. Yəni ki daha bəzi müdirlərdən rüşvət almayacaq, onları faizə otuzdurmayacaqlar. Ayda nə qədər qazanıb, neçə nəfərin “qulağını kəsib, hökmətdən nə qədər çırpışdırıb hamısını qoyacaq ortalığa.
-Sonra
-Sonra müdrik və mədəni rəhbərimiz, yaxud onun salahiyyətli nümayəndəsi həmin puldan 2-3 “göy” götürüb verir həmin müdrə; yəni qalan ilə sənin işin yoxdur.
-Bəs qalanı hansı xarabaya gedir?
-Gərək hamısını mən deyəm?

Bu millət nəyin fikrini çəkir?
Bu millət həftədə bir dəfə adam kimi çimməyin;
Bu millət ayda bir dəfə insan balası kimi saçını qırxdırmağın;
Bu millət hörmətlə, izzətlə ölməyin, kəfən pulunun, molla pulunun borclu qalmamağının;
Övladını adam balası kimi oxutmamağın, ev müəllimlərinin haqqını düzəltməyin;
Qışda qaloş almağın, yayada hünü dərmanı almağın;
Qızlar bir yana, qarımış oğlanın evlındirməyin fikirini çəkir.
Daha nə qaldı ki
Bir də bu fikirləri çəkməli olanların fikirini çəkir
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :718

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az