2 aprel 2004-cü il APREL ZARAFATLARI


2 aprel 2004-cü il     APREL ZARAFATLARI “Mən, Allahı bezdirmişəm”
Cənub bölgəsindəki mollalardan biri Kərbalada ziyarətdə olarkən, onunla yanaşı dayanan şəxsə deyir ki, arzularını yerinə yetirməsi üçün onun da əvəzinə Allahdan xahiş etsin.
Həmin adam molladan sorüşür ki, bəs niyə öz arzularının müstəcəb olması üçün Allahdan özün xahiş etmirsən?
Molla deyir:
- Mən mollayam, hər gün Allah-təaladan o qədər xahiş edirəm, onu bezdirmişəm. Səni isə tanımır, səni tez eşidər.
“İlahi, şükür” bilməyən qonaq
Bir şəxs şəhərdən kəndə qonaq gəlir. Xörək yemək zamanı nimdar döşənmiş yerdə bardaş qurur oturur və bəlağıtlı deyir:
- Bismillahir rəhmani rəhim.
Onunla yanaşı əyləşən sorüşür:
-Şəhərdən gəlibsən, nə əcəb belə şeyləri bilirsən?
Şəhərdən gələn deyir, rəhmətlik babam öyrədib ki, xörək yeməyə başlayanda adam bismillah deyər.
Başlayırlar yeməyə. Bir qab, 2 qab. Şəhərli doymaq bilmir. Onun yanında oturan soruşur:
- Ay şəhərli qardaş, rəhmətlik baban sənə ilahi şükür öyrətməyib?
“Xörəyi 3 nəfərlik et”
Özüqarışıq dörd ailə üzvü olan bir qabrovalı yaşadığı 5 mərtəbəli binanın üzərində antenanı düzəldərkən yıxılir. 3-cü mərtəbənin, öz evinin qarşısından keçərkən üzünü pəncərəyə tərəf tutub, deyir:
- Mən getdim, xörəyi 3 nəfərlik edin.
“Sizin itin adamlığı yoxdur”
Bir şəxs hər gün vaxt keçirmək üçün qonşusunun evinə gəlirmiş. Ancaq qoşunun iti başqa vaxt sakit olduğu halda, onu görən kimi hürməyə başlayar, ona hücum edərmiş.
Axırda şəxs təngə gəlib ev sahibinə deyir:
- Ölsən də daha sizə gəlmərəm.
- Nə üçün axı!
-Sizin itinin adamlığı yoxdur, elə məni görən kimi hürür.
“Vətən mənim xalqımdır”
Hərbi hissə. Komandir yeni gəlmiş əsgərnən görüşür:
- Bala, sənin adın nədir?
- Məmməd.
- De, görüm bura niyə gəlmisən?
- Vətəni qorumaq üçün.
- Afərin, bəs vətən sənini nəyindir?
- Vətən mənim anamdır.
- Ay maşallah
Komandir 2-ci əsgərdən soruşur:
- Bəs sənin adın nədir?
- Səməd.
-Səməd, bala, bəs vətən sənin nəyindir?
- Vətən mənim xalamdır.
- Bu necə olur ki?
- Komandir, Məmmədin anası mənim xalamdır da.
“120-yə razı olmadılar”
Məhərrəmlik günü bir kişi təsədüfən məscidə gedir. Molla ondan neçə imam olduğunu soruşanda, kişi əvvəl 70, sonra 80 deyir. Məclisdəkilərin tənəli baxışlarını görəndə elə bilir ki, sayı az deyib. Ona görə də axırda “120” deyib durur. Hamı ondan üz cevirir, kişi də kor-peşman evinə dönür.
Arvad nə üçün tez gəldiyini soruşanda, kişi əhvalatı danışır.
Arvad: - Kül sənin başına, deyədin ki, 12 imamımız var.
Kişi:- Ay axmaq arvad, 120-yə razılaşmadılar, 12-yə razı olardılar.
Topladı: Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :681

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az